11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Baş xəbər Siyasət
Siyasət

4 minə yaxın vətəndaşımızın taleyi hələ məlum deyil - Hikmət Hacıyev

İşğal dövrünün acı təcrübələrindən, nəticələrindən biri məhz itkin düşmüş şəxslər məsələsidir.

1 May 2026 20:25
4 minə yaxın vətəndaşımızın taleyi hələ məlum deyil - Hikmət Hacıyev

Xankəndi, VOA

Biz keçmişin xatirələrini, acı xatirələrini, qanlı xatirələrini heç vaxt unuda bilmərik. İşğal dövrünün acı təcrübələrindən, nəticələrindən biri məhz itkin düşmüş şəxslər məsələsidir. Bu günədək 4 minə yaxın vətəndaşımızın taleyi barəsində hələ heç bir məlumat yoxdur. Onların da əksəriyyətini məhz mülki şəxslər təşkil edir ki, işğal dövründə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dövründə bu insanlar əsir götürülmüş, girov götürülmüş və onların sonrakı taleyi haqqında da məlumat olmayıb.

VOA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, 30 il ərzində Azərbaycan Respublikasının ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərməsi üçün əlahiddə imkanlar yaradılmış və mandatının da əsasını məhz humanitar məsələlər təşkil etmiş Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bu barədə çoxsaylı məlumatlar toplanlb:

“Lakin onlar işlərini axıra qədər başa çatdırmayıblar, onların üzərinə düşən mandat sona qədər yerinə yetirilməyib. Belə ki, 4 minə qədər insanlarımızın taleyi və onlara münasibətdə törədilən əməllər barədə biz hər hansı bir məlumat ala bilməmişik. Ona görə də bu günə qədər bu məsələ açıq qalmaqda davam edir. Və biz Ermənistan tərəfinə də müxtəlif kanallarla müraciət etmişik. Hətta sonuncu dəfə Ermənistan vətəndaş cəmiyyətinin nümayəndələri burada olanda onlara da müraciət etdik ki, müxtəlif hal şahidlərinin ifadələri, onların məlumatları əsasında Azərbaycan tərəfinə məlumat versinlər. Çünki ailələr hələ də öz övladları, analar öz oğulları barəsində, qızları barəsində məlumatlar gözləyirlər. Amma bu məlumatları hələ biz təqdim edə bilməmişik”.

H.Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyevin yaratdığı şərait, verdiyi tapşırıqlara uyğun olaraq müvafiq dövlət komissiyası tərəfindən aparılmış axtarışlar nəticəsində bir sıra vətəndaşlarımızın qalıqları tapılıb və onların DNT analizləri və çox mürəkkəb bir analiz prosesi nəticəsində onların kimliyi müəyyən edilmiş və ailələrinə məlumat verilib:

“Amma hələ də qarşımızda böyük iş durur. Beynəlxalq humanitar hüquqa əsasən, mandat daşıyıcısı olan Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən bu işlər 30 il ərzində həyata keçirilməli olduğu təqdirdə, onlar tərəfindən bu işlər həyata keçirilməyib. Ən azından da onların gördüyü işləri biz qənaətbəxş hesab etməmişik və xalqımızın da, vətəndaşlarımızın da bu məsələdə haqlı gözləntiləri olub”.

Məqalədə: #Qarabağ #Xankəndi #Hikmət Hacıyev #İlham Əliyev #Xankəndidə Zəfər parkı #Qarabağdan sonra Azərbaycan diplomatiyası

Mövzu üzrə digər xəbərlər

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib
Energetika

Azərbaycan və Əlcəzair enerji əməkdaşlığını müzakirə edib

8 Sentyabr 17:00
250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib
Səudiyyə Ərəbistanı

250 afrikalı zəvvar ümrə ziyarəti üçün Məkkəyə gəlib

8 Sentyabr 16:48
AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir
İqtisadiyyat

AZAL Ciddəyə müntəzəm uçuşları bərpa edir

8 Sentyabr 16:20

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.