5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur - Hikmət Hacıyev

Avropa Parlamentinin qərarını yalnız bir sözlə diplomatik rüsvayçılıq və diplomatik iflas adlandıra bilərik.

1 May 2026 20:49
Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur - Hikmət Hacıyev

Xankəndi, VOA

Avropa Parlamentinin qərarını yalnız bir sözlə diplomatik rüsvayçılıq və diplomatik iflas adlandıra bilərik.

VOA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təəssüflər ki, Avropa Parlamenti tərəfindən belə bir siyasət yürüdülür:

“Birinci onu qeyd edək ki, Avropa Parlamentinin qəbul etdiyi qərarların Azərbaycan Respublikası üçün heç bir əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının bu təsisat qarşısında heç bir öhdəliyi yoxdur.

İkincisi, Avropa Parlamenti bir təsisat olaraq bu kimi məsələlərdə mövqe bildirməyə xüsusi mandatı olan təşkilat da yoxdur. Bu məsələdə açıq demək lazımdır ki, Avropa İttifaqının parlament institutuna kim tərəfindən və yaxud da hansı dövlətlər tərəfindən belə bir mandat verilib ki, onlar Avropa İttifaqının hüdudları xaricində olan bölgələr və yaxud da ölkələr, onların problemləri haqqında belə bir fikirlərlə çıxış etsinlər? Ona görə də bütövlükdə bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur.

Amma bu nəyin göstəricisidir? Azərbaycan Respublikası bölgədə davamlı sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində ciddi addımlar atır. Gördüyünüz kimi, Ermənistan-Azərbaycan normallaşma prosesində sülhün iqtisadi faydalarının formalaşması istiqamətində, Ermənistanın enerji təhlükəsizliyinə töhfə istiqamətində Azərbaycan tərəfindən ciddi addımların atıldığı şəraitdə və Azərbaycan Respublikası Baş nazirinin müavininin Ermənistana səfərindən bir gün keçməmiş Avropa İttifaqı tərəfindən belə bir rüsvayçı, diplomatik rüsvay adlandırıla biləcək qətnamə qəbul edilir.

Bununla da Avropa İttifaqı Parlamentində olan bu şəxslər başa düşməlidirlər ki, onlar bilavasitə sülh prosesinə əngəl yaradırlar. Onların törətdiyi addımları biz pozuculuq, provokasiya və regionu yenidən müharibələrə, gərginliklərə sürükləmək addımı kimi biz bunu qiymətləndirə bilərik. Və bu Ermənistanla Azərbaycan – gördüyünüz kimi bu günləri hər iki dövlət Vaşinqton sammitində qəbul edilmiş qərarların ruhuna uyğun olaraq addımlar atır”.

H.Hacıyev vurğulayıb ki, burada təşəbbüs məhz Azərbaycan Respublikasının əlindədir, ölkəmiz sülh gündəliyini irəli aparır:

“Amma yenə də təəssüflə qeyd etməliyik ki, Avropa Parlamenti tərəfindən belə addımların atılmasıdır. Və bu azərbaycanofob, islamofob təfəkkürlə çıxış eləyən müxtəlif siyasi qruplaşmalardır ki, bu mövqedə dururlar.

Təkrar qeyd edim ki, bunun bizim üçün heç bir əhəmiyyəti yoxdur, amma yenə də biz diplomatik kanallarla bu məsələdə öz qəti mövqeyimizi bildirdik. Azərbaycan Respublikasının Milli Məclisindən bu gün mətbuata verilmiş məlumatda bu öz təsdiqini tapdı ki, Avropa Parlamenti ilə bütün əlaqələri dayandırdılar. Bu bütövlükdə o sualınızla da mən razıyam ki, Avropa İttifaqının Cənubi Qafqaz siyasətinə də vurulmuş bir zərərdir”.

Məqalədə: #Prezident İlham Əliyev #Avropa Parlamenti #Xankəndi #Hikmət Hacıyev

Mövzu üzrə digər xəbərlər

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib
Rəsmi Xronika

Giorgia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

4 Sentyabr 20:13
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

4 Sentyabr 19:05
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Rəsmi Xronika

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı

4 Sentyabr 18:03
Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib
Rəsmi Xronika

Prezident İlham Əliyev İsveçrə və Niderlanda yeni səfirlər təyin edib

4 Sentyabr 15:21

Son Xəbərlər

“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
21:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.