6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Məktəbə erkən başlamaq DÇHP riskini artırır

30 May 2024 14:27
Məktəbə erkən başlamaq DÇHP riskini artırır

Bakı. AzerVoice:

Məktəbə erkən başlayan uşaqlarda eyni sinifdəki yaşca böyük digər sinif yoldaşlarına nisbətən diqqət çatışmazlığı və hiperaktivlik pozuntusu (DÇHP) diaqnozunun qoyulma ehtimalı 34 faiz çoxdur.

AzerVoice xəbər veriri ki, bu barədə Harvard Universitetində aparılan bir araşdırmada məlumat verilir. Uşaq bağçası müəlliminiz uşağınızın məktəbə hazır olduğunu söyləyə bilər, lakin bu həmişə doğru olmaya bilər. Çünki məktəbə vaxtından əvvəl başlamaq müvəffəqiyyəti azalda və hətta DÇHP diaqnozu qoyulma ehtimalını da artıra bilər. Bu risk səkkizinci sinfin sonuna qədər davam edir. Məhz buna görə də uşaqları, xüsusən də 6 yaşına çatmamış uşaqları məktəbə göndərməzdən əvvəl iki dəfə düşünmək lazımdır.

Türkiyəli Uşaq və Yeniyetmə Psixiatriya Mütəxəssisi İpek Kuşçu Özücer qeyd edir ki, hətta bir neçə ay belə beyin inkişafı baxımından böyük fərq yarada bilər. İcra funksiyaları adlanan planlaşdırma, təşkilatlanma və özünü idarə etmə bacarıqları altı-yeddi yaşlarında çox böyük dəyişmələr göstərir. Başqa sözlə əl-qolumuzun hərəkətini tormozlamaq, danışa bilməyəcəyimiz yerdə susmaq, qaydalara əməl edilməli olan yerdə istədiyimizi etməkdən çəkindirmək halları bu yaşlarda formalaşıb inkişaf etməyə başlayır. Yaş keçdikcə buradakı ay fərqinin əhəmiyyəti azalır.

Özücer xəbərdarlıq edir ki, 72 aydan əvvəl məktəbə başlamaq əlavə stress yükünə səbəb ola bilər, həmçinin akademik müvəffəqiyyətə və dostluq münasibətlərinə mənfi təsir göstərə bilər. Onun sözlərinə görə, xüsusilə oktyabr, noyabr və dekabr aylarında doğulan uşaqların məktəbə başlama yaşının təxirə salınması daha sağlam inkişaf üçün vacibdir.

Məktəbə erkən başlamaq DÇHP riskini artırır
Məqalədə: #DÇHP #diqqət çatışmazlığı #uşaqlar #məktəb #psixalogiya

Mövzu üzrə digər xəbərlər

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib
Cəmiyyət

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

26 Avqust 19:31
Atəşkəsdən bəri Qəzzada hər gün orta hesabla bir uşaq həlak olub - BMT
Digər Xəbərlər

Atəşkəsdən bəri Qəzzada hər gün orta hesabla bir uşaq həlak olub - BMT

6 Avqust 18:04
Qəzzada humanitar böhranın miqyası genişlənir
Yaxın Şərq

Qəzzada humanitar böhranın miqyası genişlənir

29 İyul 18:35
Psixoloji pozuntular həqiqətən artır, yoxsa onlar daha çox görünür? Mütəxəssislər sosial media və marketinqin rolunu izah edir
Redaktorun seçimi

Psixoloji pozuntular həqiqətən artır, yoxsa onlar daha çox görünür? Mütəxəssislər sosial media və marketinqin rolunu izah edir

19 İyul 21:00

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.