5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Tbilisidə Azərbaycan Milli Musiqi Günü qeyd edilib

21 Sentyabr 2024 10:32
Tbilisidə Azərbaycan Milli Musiqi Günü qeyd edilib

Bakı, AzerVoice

Tbilisi Dövlət Konservatoriyasında Azərbaycan Milli Musiqi Günü qeyd edilib. Alyans Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı, Tbilisi konservatoriyanın rektoru, müəllim və tələbə heyəti, eləcə də AGM-nin üzvləri iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerVoice-ə verilən məlumata görə, rektor Qeorqi Vaçinkadze çıxışında Azərbaycan ilə Gürcüstan arasındakı mədəni əlaqələrdən danışıb, 6 görkəmli Azərbaycan bəstəkarının əsərlərinin notlarından ibarət kitabların Konservatoriyaya təqdim olunmasına görə təşəkkür edib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Ramiz Hacızadə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə məlumat verib. O, Üzeyir Hacıbəylinin doğum gününün və Milli Musiqi Gününün Tbilisidə qeyd edilməsini təqdirəlayiq hadisə adlandırıb, eyni zamanda, ölkələrimiz arasındakı münasibətlərin, xüsusən də mədəni əlaqələrin yüksək səviyyədə olduğunu bildirib.

Daha sonra Mərkəzin sədri Leyla Əmrahova və digər iştirakçılar çıxış edərək Ü.Hacıbəylinin həyat və yaradıcılığı, Gürcüstanın mədəniyyət və incəsənət xadimlərinin onun haqqında dedikləri fikirlər, eləcə də Tbilisidə doğulmuş azərbaycanlı musiqiçilər barədə danışıblar.

“Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrların ilk nümunələrinin yaradıcısı kimi tanınır. Onun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaq”,- deyə Mərkəzin icraçı direktoru Rəna Hüseynova qeyd edib.

Sonra Mərkəzin tələbələri Mahirə Durmuşova "Çırpınırdı Qara dəniz" və "Ay Laçın", Ramin Pirməmmədov isə tarda "Ayrılıq" və "Bakı gecələri" mahnılarını ifa ediblər.

Tbilisidə Azərbaycan Milli Musiqi Günü qeyd edilib Tbilisidə Azərbaycan Milli Musiqi Günü qeyd edilib Tbilisidə Azərbaycan Milli Musiqi Günü qeyd edilib Tbilisidə Azərbaycan Milli Musiqi Günü qeyd edilib Tbilisidə Azərbaycan Milli Musiqi Günü qeyd edilib Tbilisidə Azərbaycan Milli Musiqi Günü qeyd edilib
Məqalədə: #Milli Musiqi Günü #Tbilisi

Mövzu üzrə digər xəbərlər

Ərəb caz sənəti: Şərq məqamları ilə Qərb ritmlərinin sintezi
ArabLyrics

Ərəb caz sənəti: Şərq məqamları ilə Qərb ritmlərinin sintezi

23 İyul 12:25
Tbilisidə azərbaycanlı qadının qatili saxlanılıb
Cəmiyyət

Tbilisidə azərbaycanlı qadının qatili saxlanılıb

11 İyul 13:02
Xüsusi təyinatlıların “Qafqaz Qartalı - 2026” təlimi başa çatıb
Siyasət

Xüsusi təyinatlıların “Qafqaz Qartalı - 2026” təlimi başa çatıb

27 İyun 17:21
Azərbaycanın təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü
Siyasət

Azərbaycanın təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü

25 İyun 19:51

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.