4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondu “Aşiq olmuşam” kitabının təqdimat mərasimi keçirib

10 Oktyabr 2024 15:04
Türk Mədəniyyəti və İrsi Fondu “Aşiq olmuşam” kitabının təqdimat mərasimi keçirib

Bakı, AzerVoice

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan və türkmən dillərində nəşr olunan böyük türkmən şairi Məhdimqulu Fəraqinin “Aşiq olmuşam” şeirlər kitabının təqdimat mərasimi keçirilib.

,AzerVoice  xəbər verir ki, Tədbiri giriş sözü ilə açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova qonaqları salamlayaraq, böyük şair M.Fəraqinin 300 illik yubileyinin bu il Türk dünyasının ayrılmaz parçası olan Türkmənistanda, türk ölkələrində və bütün dünyada UNESCO tərəfindən geniş şəkildə qeyd olunduğunu bilidirib.

“Türk Mədəniyyəti və İrsi Fondu da dahi şairin əziz xatirəsinə dərin ehtiramını əlinizdə tutduğunuz bu kitabla izhar edir. Təəssüf ki, bu kitabın nəşrini görkəmli türkoloq alim, nəşrin tərcüməçisi Ramiz Əsgər görmədi. Mən onun ailəsinə bir daha dərin hüznlə başsağlığı verirəm.
Beynəlxalq aləmdə nüfuz qazanmış Türk Mədəniyyəti və İrsi Fondunun əsas missiyalarından biri də Türk dünyasının görkəmli şəxsiyyətlərinin elminin, ədəbi yaradıcılığının təbliğidir.Bu yöndə Fond “Türk dünyasının görkəmli şəxsiyyətləri”, “Türk ədəbiyyatının inciləri”, "Türk dünyasının elmi inciləri" adlı kitab seriyaları təsis edib. M.Fəraqinin kitabı “Türk ədəbiyyatının inciləri” seriyasından nəşr edilib. İnanıram ki, Azərbaycan və türkmən dillərində nəşr olunan bu kitab türk xalqlarının daha da yaxınlaşmasına töhfə verəcək”.

Aktotı Raimkulova M.Fəraqinin şeirlərinin türkmən ədəbiyyatının incisi olduğunu qeyd edərək, şairin əsərlərinin həm türkmən, həm də dünya ədəbiyyatında xüsusi yer tutduğunu vurğulayıb. O, eyni zamanda, bu cür tədbirlərin ədəbiyyatın və mədəni irsin tanınmasına və yayılmasına töhfə verdiyini bildirib.

Sonra Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov şairin yaradıcılığının türkmən mədəniyyətindəki rolundan danışıb. Səfir Türkmənistan və Azərbaycan arasında ədəbi-mədəni əlaqələrin daha da gücləndirilməsi istiqamətində Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən layihənin həyata keçirilməsini yüksək qiymətləndirib.

Təqdimat mərasimində tanınmış Azərbaycanlı şair Fərid Hüseyn, Azərbaycan və türkmən xalqları arasındakı ədəbi əlaqələrin inkişafındakı xidmətlərinə görə Türkmənistanın qızıl medalına layiq görülmüş türkoloq alim Firuzə Ağayeva, filoloq alim İsmixan Osmanlı çıxış edərək Türk Dünyasının M.Fəraqi kimi ustadlarının yaradıcılığının araşdırılması və tanıdılmasının əhəmiyyətindən, eləcə də bu sahədə, türk dövlətləri arasında mədəni əlaqələrin inkişafında Fondun körpü rolu oynadığını qeyd ediblər.

Tədbirdə ədəbiyyatşünaslar, şairin pərəstişkarları, jurnalistlər və s. iştirak ediblər.

Tədbir, böyük şairin 300 illik yubileyinin geniş miqyasda qeyd olunmasına töhfə verməklə yanaşı, eyni zamanda türk xalqları arasındakı mənəvi və mədəni bağları gücləndirmək üçün atılan önəmli bir addım oldu.

Türk Mədəniyyəti və İrsi Fondu “Aşiq olmuşam” kitabının təqdimat mərasimi keçirib Türk Mədəniyyəti və İrsi Fondu “Aşiq olmuşam” kitabının təqdimat mərasimi keçirib Türk Mədəniyyəti və İrsi Fondu “Aşiq olmuşam” kitabının təqdimat mərasimi keçirib Türk Mədəniyyəti və İrsi Fondu “Aşiq olmuşam” kitabının təqdimat mərasimi keçirib Türk Mədəniyyəti və İrsi Fondu “Aşiq olmuşam” kitabının təqdimat mərasimi keçirib Türk Mədəniyyəti və İrsi Fondu “Aşiq olmuşam” kitabının təqdimat mərasimi keçirib Türk Mədəniyyəti və İrsi Fondu “Aşiq olmuşam” kitabının təqdimat mərasimi keçirib Türk Mədəniyyəti və İrsi Fondu “Aşiq olmuşam” kitabının təqdimat mərasimi keçirib
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

19:56
Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 Avqust 16:52
Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub
Türk Dövlətləri

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

19 Avqust 16:25
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

18 Avqust 14:04

Son Xəbərlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
20:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.