10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Şuşa şəhərində "Şuşa şəhərinin islam memarlıq irsi" adlı simpozium keçirilir

12 Oktyabr 2024 13:34
Şuşa şəhərində "Şuşa şəhərinin islam memarlıq irsi" adlı simpozium keçirilir

Şuşa, AzerVoice

“Şuşa –2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində 11 oktyabr 2024-cü il tarixindən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, İCESCO-nun dəstəyi ilə Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi“ adlı simpozium öz işinə başlayıb.

AzerVoice-in Qarabağ bürosu xəbər verir ki, 13 oktyabr tarixinədək davam edəcək simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ, Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı, Böyük Britaniyadan olan 80-dən çox memar iştirak edəcək.

Məlumata görə, simpoziumun ilk günü Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və qoruğun memarları əcnəbi memarları Şuşa şəhərinin tarixi-memarlıq abidələri, bərpa olunan məscidləri, qala divarları ilə yaxından tanış ediblər. Qədim tarixi mədəniyyət abidələri ilə zəngin olan Şuşa şəhərinin bərpası istiqamətində bu gün həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və abadlıq, quruculuq, yenidənqurma işlərinin davam etdirilməsi barədə qonaqlara geniş məlumat verilib, şəhər gəzintisi təşkil edilib.

Simpoziumun açılış mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, UNESCO-nun nümayəndəsi Pietro Laureano, İCESCO rəsmisi Bilal Çələbi çıxış edərək, Şuşa memarlığının özəlliyi, İslam dünyası memarlığının tarixi və önəmi baxımından bu tədbirin memarlıq sahəsinin inkişafı üçün böyük töhfə olacağını bildiriblər.

Simpoziumda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları iştirak ediblər.

Simpoziumun növbəti günləri panel müzakirələri ilə davam edəcək. Panel sessiyalarda: “Tarixi şəhər toxumasının regenerasiyası”, “Abidələrin müasir həyatı”, “Dayanıqlı memarlıq, material, layihə , icra” mövzularında müzakirələr aparılacaq.

Şuşa şəhərində "Şuşa şəhərinin islam memarlıq irsi" adlı simpozium keçirilir Şuşa şəhərində "Şuşa şəhərinin islam memarlıq irsi" adlı simpozium keçirilir Şuşa şəhərində "Şuşa şəhərinin islam memarlıq irsi" adlı simpozium keçirilir Şuşa şəhərində "Şuşa şəhərinin islam memarlıq irsi" adlı simpozium keçirilir Şuşa şəhərində "Şuşa şəhərinin islam memarlıq irsi" adlı simpozium keçirilir Şuşa şəhərində "Şuşa şəhərinin islam memarlıq irsi" adlı simpozium keçirilir Şuşa şəhərində "Şuşa şəhərinin islam memarlıq irsi" adlı simpozium keçirilir Şuşa şəhərində "Şuşa şəhərinin islam memarlıq irsi" adlı simpozium keçirilir Şuşa şəhərində "Şuşa şəhərinin islam memarlıq irsi" adlı simpozium keçirilir
Məqalədə: #Şuşa

Mövzu üzrə digər xəbərlər

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

9 Sentyabr 10:35

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.