4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

12 Oktyabr 2024 14:56
AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb

Bakı, AzerVoice

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Mediasiya Şurasının nümayəndələri ilə görüş olub.

 AzerVoice xəbər verir ki, bu barədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından bildirilib.

Məlumata görə, görüşdə AHİK və Mediasiya Şurasının vəzifələri və funksiyaları, hər iki qurumun reallaşdırdığı layihələr barədə danışılıb, həmçinin birgə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Konfederasiya sədri Sahib Məmmədov ittifaq üzvlərinin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsi naminə AHİK-in fəaliyyətinin davamlı olaraq təkmilləşdirildiyini qeyd edib. Bildirib ki, əmək şəraitinin qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Ölkəmizdə həmkarlar ittifaqlarının dinamik inkişafı və nüfuzunun artırılması, əmək hüquqlarının etibarlı müdafiəsi və üzvlərin məmnunluğunun təmin edilməsi üçün sistemli iş aparıldığı da nəzərə çatdırılıb.

Həmçinin sosial-iqtisadi münasibətlərin tərəfdaşlıq prinsipləri üzərində qurulması, mürəkkəb məsələlərin həllində sosial dialoqa üstünlük verilməsinin diqqətdə saxlanıldığı qeyd olunub.

AHİK sədri işəgötürənlə işçi, habelə əmək qanunvericiliyinin tətbiqi zamanı meydana çıxan fərdi və kollektiv əmək mübahisələrinin müsbət həllində həmkarlar ittifaqları ilə mediasiya nümayəndələrinin birgə əməkdaşlığının səmərəli ola biləcəyini vurğulayıb.

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov rəhbərlik etdiyi qurumun gördüyü işlər barədə söz açıb, mediasiya sahəsindəki uğurlu nəticələri qeyd edib. Həmçinin o, məhkəməyə qədər əmək mübahisələrinin həllində birgə fəaliyyətin perspektivlərini müsbət dəyərləndirib və bunun işçi hüquqlarının qorunmasına etibarlı zəmin yaradacağına əminliyini ifadə edib.

Görüşdə tərəfləri maraqlandıran istiqamətlər üzrə geniş fikir mübadiləsi aparılıb, bir daha birgə əməkdaşlığın formalaşdırılması və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, əmək müfəttişləri üçün təlimlərin təşkili və digər müvafiq təkliflər səsləndirilib.

Sonda AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.

AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb AHİK ilə Mediasiya Şurası arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Məqalədə: #Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK)

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

16:30
Day.Az informasiya portalının 23 yaşı tamam olur
Cəmiyyət

Day.Az informasiya portalının 23 yaşı tamam olur

09:12
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.