5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qazaxıstanda ikinci Türk Mədəniyyəti və İrsi Mərkəzi açıldı

10 Aprel 2025 14:45
Qazaxıstanda ikinci Türk Mədəniyyəti və İrsi Mərkəzi açıldı

BAKI,AzerVoice

2025-ci il aprelin 7-də Türk Mədəniyyəti və İrsi Fondu ilə Beynəlxalq Təhsil Korporasiyası (QazAMMA) arasında təhsil, elm və mədəniyyət sahəsində strateji tərəfdaşlığın başlanğıcı olacaq Əməkdaşlıq Memorandumu imzalanıb.

AzerVoice xəbər verir ki, Sənəd Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Beynəlxalq Təhsil Korporasiyasının rektoru Marqarita İmandosova tərəfindən imzalanıb. Sənəd, Türk dünyasında beynəlxalq dialoqun möhkəmləndirilməsi, akademik və mədəni əlaqələrin genişləndirilməsi yolunda mühüm addım hesab edilib.

Tədbirin əsas hissəsi Beynəlxalq Təhsil Korporasiyasının (QazAMMA) Memarlıq fakültəsinin bazasında Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı olub. Fondun himayəsi altında yaradılan Mərkəz, Türk xalqlarının əsrlərlə formalaşmış zəngin mədəni irsinin hərtərəfli öyrənilməsi, təbliği və qorunması baxımından unikal bir platforma olacaq. Burada təhsilə aid təşəbbüslər, tədqiqat proqramları, beynəlxalq layihələr və mədəni-maarifləndirici tədbirlər həyata keçiriləcək.

Qeyd olunmalıdır ki, bu Mərkəz Qazaxıstan Respublikasında açılan ikinci belə mərkəzi olmaqla yanaşı Türk sivilizasiyasının mənəvi və maddi irsinə artan marağın, eləcə də bu prosesdə Qazaxıstanın rolunun durmadan artmasının göstəricisidir.

Açılış mərasimində çıxış edən Fondun prezidenti Aktotı Raimkulova bildirib ki, regionun aparıcı memarlıq və inşaat ali təhsil müəssisəsi olan Beynəlxalq Təhsil Korporasiyası, memarlıq, urbanistika və dizayn kontekstində Türk mədəniyyətinin dəyərlərinin təbliğində böyük potensiala malikdir.

“Öncəlikli əhəmiyyət verdiyimiz sahələrdən biri də restavrasiya, rekonstruksiya və muzeyləşdirmə üzrə birgə təşəbbüslərdir”, – deyə o vurğulayıb. – “Bu addımlar Türk Dünyasının maddi irsinin bərpası və qorunması üçün geniş imkanlar açır, həmçinin tarixi yaddaşın, mədəni kimliyin və nəsillərarası dialoqun möhkəmləndirilməsinə xidmət edir.”

Eyni zamanda Fondun prezidenti Aktotı Raimkulova Memarlıq fakültəsinin tələbələri üçün ustad dərsi keçirərək, mədəni irsin qorunmasına dair aktual yanaşmaları onlarla bölüşüb və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən həyata keçirilən əsas iş və layihələri təqdim edib. Tələbələr Fondun fəaliyyəti, onun beynəlxalq proqramları, tədqiqat layihələri və mədəni startaplarda iştirak imkanlarına olan maraqlarını böyük həvəslə ifadə ediblər.

Türk Mədəniyyəti və İrsi Fondu Türk xalqlarının mədəni potensialının üzə çıxarılması və ölkələr və xalqlar arasında davamlı humanitar körpülərin qurulmasına yönəlmiş genişmiqyaslı layihələri həyata keçirməyə bundan sonra da davam edəcək.

Qazaxıstanda ikinci Türk Mədəniyyəti və İrsi Mərkəzi açıldı Qazaxıstanda ikinci Türk Mədəniyyəti və İrsi Mərkəzi açıldı Qazaxıstanda ikinci Türk Mədəniyyəti və İrsi Mərkəzi açıldı Qazaxıstanda ikinci Türk Mədəniyyəti və İrsi Mərkəzi açıldı Qazaxıstanda ikinci Türk Mədəniyyəti və İrsi Mərkəzi açıldı
Məqalədə: #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Türk dünyası #Əməkdaşlıq memorandumu

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 Avqust 16:52
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

24 Avqust 10:02
Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub
Türk Dövlətləri

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

19 Avqust 16:25

Son Xəbərlər

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.