5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Yəsəvi irsinə həsr olunan Beynəlxalq Simpoziumda iştirak edib

16 May 2025 14:07
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Yəsəvi irsinə həsr olunan Beynəlxalq Simpoziumda iştirak edib

BAKI, AzerVoice

14-16 may 2025-ci il Türküstan (Qazaxıstan) şəhərində “Yəsəvi irsi dövrlər və mədəniyyətlər dialoqunda: humanist dəyərlər və müasir çağırışlar” başlıqlı Beynəlxalq Simpozium keçirilib. Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova simpoziumda iştirak edib.

AzerVoice xəbər verir ki, simpoziumun açılışında çıxış edən Aktotı Raimkulova Türküstanın Türk dünyasının mənəvi paytaxtı kimi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və böyük mütəfəkkir Xoca Əhməd Yəsəvi irsinin bu gün də mənəvi dəyərlər üçün bir kompas rolunu oynadığını qeyd edib. O, Türk Mədəniyyəti və İrsi Fondunun türk irsinin qorunması və tanıdılması məqsədi daşıyan əsas təşəbbüslərini təqdim edib. Bu təşəbbüslər arasında abidələrin bərpası üzrə layihələr, rəqəmsal kataloqun və beynəlxalq “TurkicHeritage” platformasının yaradılması, Türk Mədəniyyəti Mərkəzlərinin türk ölkələrinin aparıcı universitetlərində və bu hüdudlardan kənarda açılması, habelə türk dastanları və ənənəvi sənət növlərinin YUNESKO-nun siyahılarına salınması üzrə təşəbbüslər yer alır.

Fondun prezidenti çıxışında xüsusilə Xoca Əhməd Yəsəvinin “Divani-Hikmət” əsərinin Azərbaycan dilinə tərcüməsinə diqqət yetirib. O, bu təşəbbüsü Yəsəvi irsinin türk xalqları arasında yayılmasına yönəlmiş mühüm addım kimi qiymətləndirib.

Tədbir Yəsəvi irsi və ümumtürk fəlsəfəsi prizmasından müasir çağırışların elmi və mənəvi kontekstdə müzakirəsi üçün əhəmiyyətli bir platforma olub.

Simpoziumun açılış mərasimində Qazaxıstan Respublikasının Dövlət müşaviri Erlan Karin, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva, Türküstan vilayətinin Qubernatoru Nuralxan Kuşerov, Qazaxıstanın elm və ali təhsil naziri və plenar iclasın moderatoru Sayasat Nurbek, ABŞ-ın İndiana Universitetinin professoru Devin De Vis, Türkiyənin Ankara Universitetinin professoru Əli Rafət Özkan çıxış ediblər.

Plenar iclasda və sonrakı bölmələrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Tacikistan, İran, Yaponiya, Almaniya, Hindistan, Rusiya, İtaliya, Çin və ABŞ-dan gəlmiş tanınmış alimlər və mütəxəssislər elmi məruzələrlə çıxış ediblər.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Yəsəvi irsinə həsr olunan Beynəlxalq Simpoziumda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Yəsəvi irsinə həsr olunan Beynəlxalq Simpoziumda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Yəsəvi irsinə həsr olunan Beynəlxalq Simpoziumda iştirak edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Yəsəvi irsinə həsr olunan Beynəlxalq Simpoziumda iştirak edib
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 Avqust 16:52
Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub
Türk Dövlətləri

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

19 Avqust 16:25
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

18 Avqust 14:04

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.