10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Trend müasir dünya mediasına inteqrasiyanı uğurla həyata keçirir - Novruz Aslan

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

30 Avqust 2025 16:18
Trend müasir dünya mediasına inteqrasiyanı uğurla həyata keçirir - Novruz Aslan

BAKI,AzerVoice

2025-ci il sentyabrın 1-də Trend BİA mühüm mərhələni - yaranmasının 30 illiyini qeyd edir.

Bu illər ərzində Trend kiçik redaksiyadan Cənubi Qafqaz, Mərkəzi Asiya və Xəzər regionunda mühüm hadisələri işıqlandıran, regionda aparıcı və nüfuzlu çoxdilli agentliklərdən birinə çevrilib.

Komandanın peşəkarlığı və rəqabət qabiliyyəti sayəsində agentlik bütün dünyada siyasətçilər, diplomatlar və işgüzar dairələr arasında tanınıb. Trend BİA üçün növbəti addım Avropa və Asiya media bazarlarında işləməkdir. Artıq Türkiyə və Avropa ölkələrində lazımi platformalar yaradılıb və onların əsasında agentlik bu regionlarda media üçün rəqabət yaratmaq niyyətindədir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslan Trend-in 30 illiyi ilə bağlı fikirlərini bölüşüb:

O bildirib ki, Trend müasir dünya mediasına inteqrasiyanı uğurla həyata keçirir:

"Azərbaycan azad sözə, plüralizmə, əxlaqi-mənəvi maarifləndirməyə, ümummilli maraqların ifadəsinə, dürüst gündəlik xəbərlərə olan təlabat milli mətbuatımız tərəfindən ödənilir. Müstəqil, qərəzsiz, doğru-dürüst informasiyanın operativ çatdırılması, həmçinin, dözümlülük, rəngarənglik və başqalarından fərqlənməyi özünün əsas prioriteti kimi qəbul edən «Trend İnformasiya Agentliyi» bu illər ərzində oxucuların dərin rəğbətini qazanıb.

Qloballaşan dünyamızda Elektron Kütləvi İnformasiya vasitələrinin bolluğu şəraitində öz imicini saxlamaq, yeni-yeni oxucu cəlb etmək çox çətindir. Lakin buna baxmayaraq, peşəkar, müasir dünyanın mediasına inteqrasiya etməyi bacaran kollektivlə Trend bunun öhdəsindən gəlmiş və daha da inkişaf edib. Agentliyin keçdiyi şərəfli yol müasir Azərbaycan mediası tarixində xüsusi çəkisi olan qurum olaraq, yeni fəaliyyətə başlayan elektron kütləvi informasiya vasitələri üçün bir örnəkdir.

Məsuliyyətlə və fəxrlə deyə bilərik ki, Trend-in fəaliyyətində nəinki Azərbaycan, bütövlükdə Xəzər regionunun siyasi, iqtisadi, sosial hadisələri, Cənubi Qafqazın və Mərkəzi Asiya ilə bağlı xəbərlər operativ olaraq işıqlandırılır və dünya arenasına çıxması üçün bir etibarlı mənbə rolunu oynayır.

Fərəhli haldır ki, Trend-in 30 illik şanlı yubleyi Azərbaycan Milli Mətbuatın 150 illik yubleyinin qeyd edildiyi bir vaxta təsadüf edir.

Sizi və kollektivinizi bir daha bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, hamınıza möhkəm can sağlığı, uzun ömür, milli mətbuatımızın inkişafı naminə apardığınız şərəfli işinizdə tükənməz enerji və yeni-yeni uğurlar arzulayıram".

Trend müasir dünya mediasına inteqrasiyanı uğurla həyata keçirir - Novruz Aslan
Məqalədə: #Trend BİA #Trend-in 30 illiyi

Mövzu üzrə digər xəbərlər

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

9 Sentyabr 10:35

Son Xəbərlər

Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
Elm, vəhy və dilçiliyin fövqündəki sirlər - Adəm Peyğəmbər hansı dildə danışırdı?
00:21
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
Bu gün səhra aslan Ömər əl-Muxtar əsir götürüldü
00:03
Tarixdə bu gün – 10 Sentyabr
Tarixdə bu gün – 10 Sentyabr
00:01
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
İlk elektrikli yolsuzluq modeli "2026 Jeep Recon" sınaqdan keçdi
9 Sentyabr 23:03
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
9 Sentyabr 22:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.