4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bilal Hüseynlinin “Biznesin Ruhu Satış” kitabının imza günü keçirilib

KitabTeasPress nəşriyyatı tərəfindən Türkiyədə nəşr olunub və müasir biznes mühitində satışın fəlsəfəsinə, onun psixoloji və praktik tərəflərinə həsr edilib. Kitabda satışın sadəcə kommersiya fəaliyyəti deyil, həm də qarşılıqlı etimad, insan psixologiyasını anlama və dəyər yaratma prosesi olduğu vurğulanır.

3 Oktyabr 2025 10:29
Bilal Hüseynlinin “Biznesin Ruhu Satış” kitabının imza günü keçirilib

BAKI, AzerVoice – Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində yazıçı və biznes mütəxəssisi Bilal Hüseynlinin “Biznesin Ruhu Satış” kitabının imza günü keçirilib. Tədbir oxucular və gənc sahibkarlar tərəfindən böyük maraqla qarşılanıb.

AzerVoice-un məlumatına kitab, əsər TeasPress nəşriyyatı tərəfindən Türkiyədə nəşr olunub və müasir biznes mühitində satışın fəlsəfəsinə, onun psixoloji və praktik tərəflərinə həsr edilib. Kitabda satışın sadəcə kommersiya fəaliyyəti deyil, həm də qarşılıqlı etimad, insan psixologiyasını anlama və dəyər yaratma prosesi olduğu vurğulanır.

İmza mərasimində iştirak edən oxucular müəlliflə söhbət imkanı qazanıb, onun biznes sahəsindəki təcrübəsi və motivasiya dolu çıxışlarından faydalanıblar. Bilal Hüseynli tədbirdə çıxışı zamanı kitabın yazılma məqsədini açıqlayaraq bildirib ki, məqsədi gənc sahibkarlar və satış mütəxəssislərinə praktiki biliklər qazandırmaq, eyni zamanda iş dünyasında motivasiya qaynağı olmaqdır:

“Satış yalnız bir məhsulu təqdim etmək deyil, qarşı tərəfin ehtiyaclarını anlamaq, onlara dəyər qatmaq və uzunmüddətli etimad münasibəti qurmaqdır”, – deyə o vurğulayıb.

Tədbirdə həmçinin kitabın Azərbaycan biznes mühitindəki önəmi, satış vərdişlərinin inkişafında faydalı ola biləcək praktiki nümunələr və motivasiyaedici yanaşmalar müzakirə olunub. Oxucular imzalanmış kitablarla yanaşı, müəlliflə xatirə şəkilləri də çəkdiriblər.

XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilən bu görüş, gənclərin biznes sahəsinə marağını artırmaqla yanaşı, yerli müəlliflərin beynəlxalq miqyasda tanıdılması baxımından da əhəmiyyətli hesab olunur.

Bilal Hüseynlinin “Biznesin Ruhu Satış” kitabının imza günü keçirilib Bilal Hüseynlinin “Biznesin Ruhu Satış” kitabının imza günü keçirilib Bilal Hüseynlinin “Biznesin Ruhu Satış” kitabının imza günü keçirilib Bilal Hüseynlinin “Biznesin Ruhu Satış” kitabının imza günü keçirilib Bilal Hüseynlinin “Biznesin Ruhu Satış” kitabının imza günü keçirilib Bilal Hüseynlinin “Biznesin Ruhu Satış” kitabının imza günü keçirilib Bilal Hüseynlinin “Biznesin Ruhu Satış” kitabının imza günü keçirilib
Məqalədə: #Bakı Ekspo Mərkəzi #Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi #Bilal Hüseynli #XI Bakı Beynəlxalq Kitab Sərgisi #TeasPress #Biznesin Ruhu Satış #Azərbaycan biznes mühiti

Mövzu üzrə digər xəbərlər

Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
Cəmiyyət

Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub

24 İyul 13:35
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib
Baş xəbər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Beynəlxalq STEAM Azərbaycan Festivalını ziyarət edib

19 Noyabr 2025 19:45
Azərbaycanda "Fərqliliyin Rəngi" festivalı keçiriləcək
Cəmiyyət

Azərbaycanda "Fərqliliyin Rəngi" festivalı keçiriləcək

28 Oktyabr 2025 12:14
Art Weekend çərçivəsində Şirvanşahlar sarayında Şeh. Olmayan səhər adlı sərgi açılacaq
Cəmiyyət

Art Weekend çərçivəsində Şirvanşahlar sarayında Şeh. Olmayan səhər adlı sərgi açılacaq

24 Oktyabr 2025 18:19

Son Xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi
19:56
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.