Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
Modelin UNESCO-nun ən nüfuzlu platformalarından birində ayrıca müzakirəyə çıxarılması Azərbaycana etimadın göstəricisidir
Art Weekend çərçivəsində Şirvanşahlar sarayında Şeh. Olmayan səhər adlı sərgi açılacaq
31 oktyabr – 2 noyabr tarixlərində Bakıda “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) adlı möhtəşəm incəsənət festivalı keçiriləcək. Festival incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək.
Bakıda “Cəbhədən Fotolarla Çanaqqala Döyüşləri” adlı sərgi və panel keçiriləcək
22 oktyabr 2025-ci il tarixində Bakı Yunus Emre İnstitutu və Azərbaycan İstiqlal Muzeyinin birgə təşkilatçılığı ilə, Çanaqqala Döyüşlərinin 110-cu ildönümünə həsr olunmuş “Cəbhədən Fotolarla Çanaqqala Döyüşləri” adlı sərgi və panel proqramı keçiriləcək. Tədbir saat 11:30-da Azərbaycan İstiqlal Muzeyində baş tutacaq. Tədbir Azərbaycan Mədəniyyət Nazirliyi, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, Türkiyənin Azərbaycandakı Səfirliyi və Çanaqqala Döyüşləri Gelibolu Tarixi Ərazi İdarəsinin dəstəyi ilə reallaşır.
Azərbaycanda ilk dəfə Qarabağ Kuboku - Milli Mətbəx İrsi Çempionatı təşkil olunub
14-16 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh” beynəlxalq sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “Qarabağ Kuboku” - Milli Mətbəx İrsi Çempionatı təşkil olunub.
Bilal Hüseynlinin “Biznesin Ruhu Satış” kitabının imza günü keçirilib
KitabTeasPress nəşriyyatı tərəfindən Türkiyədə nəşr olunub və müasir biznes mühitində satışın fəlsəfəsinə, onun psixoloji və praktik tərəflərinə həsr edilib. Kitabda satışın sadəcə kommersiya fəaliyyəti deyil, həm də qarşılıqlı etimad, insan psixologiyasını anlama və dəyər yaratma prosesi olduğu vurğulanır.
Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada olub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin nümayəndə heyəti Cənubi Koreyada işgüzar səfərdə olub. Səfər, Nazirliklə ADA Universiteti arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən layihə üzrə baş tutub. Məqsəd Koreyanın mədəni və yaradıcı sənayelərin inkişaf təcrübəsini öyrənmək, innovasiya və texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etmək olub.
Azərbaycan Mədəniyyət Nazirliyinin Cabir İmanovun ölümü ilə əlaqədar nekroloq yayınlayıb
Azərbaycanın mədəniyyət ictimaiyyətinə itki üz verib. Tanınmış aktyor, Əməkdar artist Cabir İmanov 29 sentyabr 2025-ci il tarixində, 49 yaşında vəfat edib.Cabir Qorxmaz oğlu İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1992–2001-ci illərdə "Parni iz Baku" KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN Yay kubokunun sahibi, 2000-ci ildə isə KVN "Əsrin çempionu" adına layiq görülüb. 2001-ci ildən "Planet Parni iz Baku" KVN Teatrının aktyoru idi.
Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib
17 iyul 2025-ci il tarixində Azərbaycanın Respublikasının Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda elmi konfrans və şairin əsərlərinin təbliği məqsədilə təşkil olunmuş xüsusi təqdimat mərasimi keçirilib.