8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib

17 iyul 2025-ci il tarixində Azərbaycanın Respublikasının Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda elmi konfrans və şairin əsərlərinin təbliği məqsədilə təşkil olunmuş xüsusi təqdimat mərasimi keçirilib.

18 İyul 2025 18:44
Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib

BAKI, AzerVoice

17 iyul 2025-ci il tarixində Azərbaycanın Respublikasının Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda elmi konfrans və şairin əsərlərinin təbliği məqsədilə təşkil olunmuş xüsusi təqdimat mərasimi keçirilib.

AzerVoice xəbər verir ki, tədbir Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirin əsas məqamlarından biri, Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycan, və Türk dillərində nəşr edilmiş “Özümüzü kəsən qılınc” kitabının təqdimatı olub. Nəşr, Bəxtiyar Vahabzadənin həm ədəbi ustalığını, həm də türk dünyasına ünvanlanmış fəlsəfi və milli çağırışlarını ictimaiyyətə xatırladan ismarıca çevrilib.

Yubiley mərasimində spikerlər qismində: Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, əməkdar incəsənət xadimi, professor, yazıçı-dramaturq cənab Əli Əmirli; Nümayəndə heyəti qismində: Atatürk mərkəzinin direktoru cənab Nizami Cəfərov (Azərbaycan), Beynəlxalq “Alaş” mükafatı laueatı cənab Kadırbek Kunıpiyaulı (Qazaxıstan), şair-tərcüməçi cənab Adnan Özer (Türkiyə), filologiya elmləri doktoru, professor Adhambek Alimbekov (Özbəksitan), eyni zamanda Macarıstan, Moldova və Belarusdan olan qonaqlar iştirak edərək, məruzələrini təqdim ediblər.

Konfransa Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın çıxışı ilə start verilib. A.Raimkulova “Bəxtiyar Vahabzadə yaradıcılığında türk dünyasının birliyi” mövzusunda çıxış edərək, şairin poetik dilində öz əksini tapan ümumtürk ideallarının gənclər tərəfindən mütaliə edilməsinin əhəmiyyətini vurğulayıb. B.Vahabzadənin yaradıcılığının yalnız Azərbaycan üçün deyil, bütün türk dünyası üçün ortaq ədəbi və mənəvi sərvət olduğunu bəyan edən Fondun prezidenti, belə nəşrlərin türk xalqları arasında mədəni-mənəvi əlaqələri möhkəmləndirdiyini ifadə edib.

Məruzələrini təqdim edən çıxışçılar Böyük Şairin türk poeziyada yaratdığı körpülər, ana dili və milli-mənəvi kimlik kimi məsələlər ətrafında dəyərli fikirlər səsləndiriblər.

Konfrans çərçivəsində incəsənət və ədəbiyyat xadimləri, media nümayəndələri, gənc yazarlar, eləcə də ictimaiyyət nümayəndələrinin fəal iştirakı müşahidə olunub. Tədbir, yalnız bir şairin yubileyinə deyil, ümumilikdə türk ədəbi mühitindəki ortaq dəyərlərin paylaşılmasına və qarşılıqlı elmi-ədəbi dialoqun qurulmasına xidmət edib.

Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib Türk Mədəniyyəti və İrsi Fondunun nəşr etdiyi “Özümüzü Kəsən Qılınc” kitabı ictimaiyyətə təqdim edilib
Məqalədə: #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi #Kitab təqdimatı #Azərbaycan Yazıçılar Birliyi

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.