5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Art Weekend çərçivəsində Şirvanşahlar sarayında Şeh. Olmayan səhər adlı sərgi açılacaq

31 oktyabr – 2 noyabr tarixlərində Bakıda “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) adlı möhtəşəm incəsənət festivalı keçiriləcək. Festival incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək.

24 Oktyabr 2025 18:19
Art Weekend çərçivəsində Şirvanşahlar sarayında Şeh. Olmayan səhər adlı sərgi açılacaq

BAKI, AzerVoice, Orxan Qədirzadə

31 oktyabr – 2 noyabr tarixlərində Bakıda “Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) adlı möhtəşəm incəsənət festivalı keçiriləcək. Festival incəsənəti, mədəniyyəti və ekologiyanı bir araya gətirəcək.

AzerVoice xəbər verir ki, layihə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə gerçəkləşdirilir. Layihənin müəllifi və təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevadır.

Bu immersiv layihə Bakını müasir yaradıcılıq, dialoq və kəşflərin canlı səhnəsinə çevirəcək. Festivalda xüsusi diqqət okeanlar və dənizlərdəki ekoloji vəziyyətə incəsənət dili vasitəsilə yönəldiləcək. Festivalın əsas mövzusu həyatın, yenilənmənin və dayanıqlı inkişafın rəmzi olan sudur. Su – davamlılığın, yenilənmənin və ümumi yaddaşın simvolu kimi “Art Weekend”in əsas elementi seçilib.

Tədbirlərdən biri Bakının qədim hissəsi olan İçərişəhərdə, Şirvanşahlar Sarayında keçiriləcək. Burada rəssam Vüsalə Ağarazıyevanın müəllif sərgisi – “Şeh. Olmayan səhər” (“The Morning That Never Was”) nümayiş etdiriləcək. Sərginin kuratoru Nigar Rzayevadır.

Şərq fəlsəfəsində şeh – indiki zamanı təbii şəkildə, hər hansı təzyiqsiz gəlişinin rəmzidir. O, yaranır, sonra yox olur və yenidən yaranır. Tez-tez ilahi nəfəsin təcəssümü kimi qəbul edilir. Mənbə özünü birbaşa göstərməsə də, varlığını hiss etdirir, eləcə də şeh yalnız kifayət qədər erkən oyananlara görünür. Şeh həm sözün həqiqi, həm də məcazi mənasında oyanışı ifadə edir.

Bu fəlsəfədən ilham alan rəssamın sərgisi, şehi gecənin izi, gecə ilə gündüz, yaddaşla varlıq arasındakı keçid kimi araşdırır. Su burada ilkin başlanğıcın, hərəkətin və əksin metaforasıdır.

“ “Şeh. Olmayan səhər” adı bir qədər natamamlıq saxlayır, çünki şeh elə səhərin hələ tam açılmadığı, dünyanın bu günün necə olacağına hələ qərar vermədiyi vaxt gəlir. Layihə birbaşa ekologiyaya həsr olunmasa da, onunla dərin bağlılığı var — diqqət və qayğı vəziyyəti kimi. Burada incəsənət dünyaya qarşı həssas iştirak forması kimi çıxış edir. Dünyayla təmas mənimlə başqası, yuxu ilə ayıqlıq, var olmaqla yox olmaq arasındakı incə anı görmək və hiss etmək bacarığı vasitəsilə baş verir,” - deyə Vüsalə Ağarazıyeva qeyd edib.

Məqalədə: #Heydər Əliyev Fondu #Leyla Əliyeva #Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi #IDEA #Şirvanşahlar Sarayı Kompleksi #Art Weekend #Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy (Fly to Baku. Art Weekend. Sense the Future NOW

Mövzu üzrə digər xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Siyasət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

30 Avqust 21:57
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb

26 Avqust 20:02
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib
Cəmiyyət

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib

26 Avqust 19:31
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Siyasət

Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər

26 Avqust 18:28

Son Xəbərlər

İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.