Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər
Avqustun 30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi və yürüşü keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, gənclər və idman naziri Fərid Qayıbov, digər tanınmış şəxslər və səhər sakinləri iştirak ediblər.
Birinci vitse-prezident Mehriban Əliyeva avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşıb
Mehriban Əliyevanın sosial media hesablarında avqustun 26-da keçirilən tədbirlərdən görüntülər paylaşılıb. Görüntülərdə Bilgəh incəsənət məktəbinin açılışı əks olunub. Mehriban Əliyevanı burada qızı Arzu Əliyeva müşayiət edib. Paylaşımda 352 saylı körpələr evi-uşaq bağçasının açılışından da görüntülər yer alıb. Bu tədbirdə Mehriban Əliyeva qızları Leyla Əliyeva və Arzu Əliyeva ilə iştirak edib. Görüntülərin bir hissəsi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna ziyarətə həsr olunub. Ziyarət zamanı institutda yaradılan şəraitlə tanışlıq olub. Paylaşımda “26.08.2026” qeydi yer alıb.
Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər
Birinci vitse-prezident Mehriban Əliyeva qızları Leyla Əliyeva və Arzu Əliyeva ilə Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib. Səhiyyə naziri Teymur Musayev institutun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, tibb müəssisəsinin bir əsrdən artıq tarixi var. İnstitut uşaqların müalicəsi və xəstəliklərin qarşısının alınması istiqamətində fəaliyyət göstərir. Burada pediatriya üzrə tibbi kadrların hazırlanması və elmi tədqiqatların aparılması da həyata keçirilir. İnstitutun klinik şöbələrində 255 çarpayı mövcuddur. Yenidoğulmuşların reanimasiya və intensiv müalicə şöbəsi 60 çarpayıdan ibarətdir. Ziyarət zamanı instituta süni tənəffüs aparatları hədiyyə olunub.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Budapeştdəki Etnoqrafiya Muzeyində “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib. Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunan sərgidə XVII–XX əsrlərə aid nadir tarixi xalçalar, eləcə də ənənəvi tekstil nümunələri, milli geyimlər, zərgərlik məmulatları, xalça eskizləri və müasir incəsənət əsərləri nümayiş etdirilir.
Leyla Əliyeva Qəbələdə fərdi sərginin açılışında və ağacəkmə aksiyasında iştirak edib
Leyla Əliyeva Qəbələ rayonunda rəssam Yəhya Cəlilovun ilk fərdi sərgisinin açılışında iştirak edib.
Leyla Əliyeva Yevlaxda Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib
Leyla Əliyeva Sahibsiz Heyvanlara Qayğı Mərkəzinin regional bölməsinin açılışında iştirak edib
Leyla Əliyevanın iştirakı ilə Yevlaxda abadlaşdırılmış məhəllə sakinlərin istifadəsinə verilib
Leyla Əliyevanın iştirakı ilə Yevlax şəhərində abadlaşdırılmış yaşayış məhəlləsi sakinlərin istifadəsinə verilib
Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsinin iştirakçısı ilə görüşüb
Leyla Əliyeva Süleyman Süleymanovun ailəsini ziyarət edib
Leyla Əliyeva Yevlaxda Cümə məscidini ziyarət edib
Leyla Əliyeva məsciddə dini ayinlərin icrası və ibadət üçün yaradılmış şəraitlə yaxından tanış olub
Leyla Əliyeva Yevlaxda məktəb binasının açılışında iştirak edib
Leyla Əliyeva ümumtəhsil məktəbinin yeni binasının açılışında iştirak edib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azəripək” ASC-nin fəaliyyəti ilə yaxından tanış olub
Leyla Əliyevaya müəssisənin fəaliyyəti barədə ətraflı məlumat verilib
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Onlardan biri: Emil” adlı anım tədbirində iştirak edib
İyunun 30-da Şəki Dövlət Dram Teatrında talassemiya xəstəliyindən dünyasını dəyişmiş 13 yaşlı Emilin xatirəsinə həsr olunmuş “Onlardan biri: Emil” adlı anım tədbiri keçirilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.Tədbir Şəki Şəhər İcra Hakimiyyətinin təşkilati dəstəyi, "Ürəkdən Qana" layihəsinin rəhbəri Ayşən Abdullayevanın təşəbbüsü və layihənin ümumi rəhbəri Elvin Nüsrətoğlunun rəhbərliyi ilə təşkil olunub.