4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanda ilk dəfə Qarabağ Kuboku - Milli Mətbəx İrsi Çempionatı təşkil olunub

14-16 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh” beynəlxalq sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “Qarabağ Kuboku” - Milli Mətbəx İrsi Çempionatı təşkil olunub.

15 Oktyabr 2025 21:22
Azərbaycanda ilk dəfə Qarabağ Kuboku - Milli Mətbəx İrsi Çempionatı təşkil olunub

BAKI, AzerVoice, Orxan Qədirzadə

14-16 oktyabr tarixində Bakı Ekspo Mərkəzində keçirilən “Rebuild Karabakh” beynəlxalq sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə olaraq “Qarabağ Kuboku” - Milli Mətbəx İrsi Çempionatı təşkil olunub.

AzerVoice xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin dəstəyi və Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkilatçılığı ilə keçirilən çempionatın əsas məqsədi Azərbaycan mətbəxinin zəngin ənənələrini, xüsusilə Qarabağ bölgəsinin kulinariya irsini nümayiş etdirmək, onu həm yerli, həm də beynəlxalq auditoriyada tanıtmaqdır.

“Qarabağ Kuboku” Qarabağ mətbəxi, müxtəlif ət məhsullarından hazırlanan ənənəvi və müasir milli mətbəx, həmçinin gənclər və böyüklər üçün komanda yarışları, regional milli qənnadı məmulatlarının sərgisi, Qarabağ mövzusunda qənnadı məmulatlarından hazırlanmış bədii heykəllərin nümayişi və sair istiqamətlər üzrə keçirilib.

Yarışlarda iştirak edən aşpazlar həm fərdi, həm də komanda şəklində çıxış edərək, Azərbaycan mətbəxinin zəngin ənənələrini, xüsusilə Qarabağ bölgəsinin unikal kulinariya irsini nümayiş etdiriblər.

Peşəkar kulinariya ustalarından, tanınmış qida ekspertlərindən və milli mətbəx üzrə mütəxəssislərdən ibarət münsiflər heyətinin rəyi əsasında çempionatın qalibləri “Qarabağ Kuboku”, həmçinin fərdi və komanda nominasiyaları üzrə qızıl, gümüş və bürünc medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, üç gün davam edən tədbir çərçivəsində yerli aşpazlarla yanaşı, Türkiyə və Özbəkistanın tanınmış qastronomiya nümayəndələri tərəfindən ustad dərsləri də təşkil olunub. Ustad dərslərində iştirakçılar, xüsusilə gənc aşpazlar Qarabağ və ümumilikdə Azərbaycan milli mətbəxinin incəlikləri, ənənəvi və müasir kulinariya texnikaları ilə yaxından tanış olub, beynəlxalq təcrübə mübadiləsi aparıblar.

Azərbaycanda ilk dəfə Qarabağ Kuboku - Milli Mətbəx İrsi Çempionatı təşkil olunub Azərbaycanda ilk dəfə Qarabağ Kuboku - Milli Mətbəx İrsi Çempionatı təşkil olunub
Məqalədə: #Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi #Made in Karabakh #Bakı Ekspo Mərkəzi #antiterror əməliyyat #Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi #İkinci Qarabağ müharibəsi #qarabağ kulinariyasi #Rebuild Karabakh #Milli Mətbəx İrsi Çempionatı #milli mətbəximiz #Milli yeməklərimiz

Mövzu üzrə digər xəbərlər

Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya
VOA analitika: Geosiyasi təhlillər

Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

30 Avqust 22:00
Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub
Cəmiyyət

Azərbaycanın SECURE modeli UNESCO-nun Ümumdünya İrs Komitəsində təqdim olunub

24 İyul 13:35
Suriyada Hizbullahın planladığı terror aktının qarşısı alınıb
Digər Dövlətlər

Suriyada Hizbullahın planladığı terror aktının qarşısı alınıb

5 May 22:21
Turizm sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı gücləndirilir
Cəmiyyət

Turizm sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı gücləndirilir

3 Aprel 13:05

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.