7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Hərb tarixi: Döyüş xronikası
Hərb tarixi: Döyüş xronikası

Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?

Papanın saxta məktubu və Fatihin cavabı: Qərbin uydurduğu xristianlıq iddiası

4 Sentyabr 2026 16:17
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?

Fatih Sultan Mehmed İstanbulu fəth etdikdən sonra şəhərin hərbi yolla alınmasına baxmayaraq, xristianların burada yaşamasına icazə vermiş, hətta qaçıb gedənlərin geri qayıtması üçün xüsusi səy göstərmişdi. Həmçinin bir çox Bizans yunanı istər İslamı qəbul etsin, istərsə də etməsin, Osmanlı İmparatorluğunun dövlət qulluğuna qəbul edilmişdi.

Bundan əlavə, Fatih "Gennadius" ləqəbli patriarx seçilən Georgios Skolarios ilə Pammakaristos monastırında (indiki Fəthiyyə məscidi) xristianlıq əqidəsi üzərində teoloji müzakirələr aparmış və bu debatı yazıya aldırmışdı. Bu hadisə Qərbdə müxtəlif şayiələrin yayılmasına yol açmış və sultanın xristianlığa meyil etdiyi barədə iddialar irəli sürülmüşdü.

Yeniçəri–Sipahi qarşıdurması: Osmanlı sarayında alovlanan ilk qardaş qırğını Bunu da oxuyun Yeniçəri–Sipahi qarşıdurması: Osmanlı sarayında alovlanan ilk qardaş qırğını

Hətta Roma Papası II Pius 1461–1464-cü illər aralığında Fatihə ünvanlanmış bir məktub yazaraq, bir neçə damla su ilə vəftiz olunacağı təqdirdə bütün dünyanın hökmdarı olacağını bildirmiş və onu xristianlığı qəbul etməyə çağırmışdı. Həmin məktub və guya sultanın verdiyi cavab hələ Fatihin sağlığında, 1475-ci ildə İtaliyanın Trevizo şəhərində nəşr edilmişdi. Lakin həqiqətdə bu məktub heç vaxt Fatihə çatdırılmamış, sultan da ona heç bir cavab verməmişdi; məktubu yazan Papa Fatihin adından uydurma bir cavab mətni quraşdırmışdı.

Fatihin İstanbulun fəthindən sonra yerli pravoslavlara qarşı xoş münasibət göstərməsi onun yüksək dözümlülüyündən və xristian dünyasında mövcud olan ikitirəliyi, parçalanmanı davam etdirmək siyasətindən qaynaqlanırdı. Geniş intellektual düşüncəyə və dünyagörüşünə sahib bir hökmdar kimi o, idarə etdiyi cəmiyyətin etiqad etdiyi dini daha yaxından tanımağa çalışırdı.

Bəzi iddialarda isə Fatihin anasının xristian olması səbəbindən bu dinə maraq göstərdiyi irəli sürülür. Məlumdur ki, atası II Muradın həyat yoldaşlarından biri Serbiya kralı Corc Brankoviçin qızı Mara Despinadır. 1435-ci ildə II Muradla evlənən Mara dinini dəyişməmiş və ömrünün sonunadək xristian olaraq qalmışdı. Fatihin Salonikdəki Kiçik Ayasofya monastırını və ətrafındakı torpaqları ona bağışlayarkən ondan "xristian qadınlarının ən ucası anam Despina Xatun" deyə bəhs etməsi onun doğma anası olması kimi yozulmuşdu. Lakin bu yanaşma kökündən yanlışdır. Çünki Fatih Sultan Mehmedin doğma anası Hüma Xatundur və o, oğlunun taxta çıxmasından əvvəl, 1449-cu ildə Bursada vəfat etmişdir.

Məqalədə: #Osmanlı dövləti tarixi #Osmanlı ordusunda üsyanlar #Osmanlı və Yaponiya əlaqələri #Osmanlı Mahya ənənəsi #Fatih Sultan Mehmed #Fatih Sultan Mehmedin ölümü ətrafında dolaşan zəhər iddiaları #Fatih Sultan Mehmed zəhərlənmişdimi #Fatih Sultan Mehmedin ölümündən sonra Osmanlıda nə baş verdi? #Fatih Sultan Mehmedin ölümü #Fatih Sultan Mehmedin ölümündən sonra Osmanlıda baş verənlər #Fatih Sultan Mehmedin ölümündən sonra Osmanlıda siyasi dönüş #Fatih Sultan Mehmed xristian olmaq istəyirdi? Tarixi faktlar və Papanın uydurma məktubu #Fateh Sultan Mehmed #Fatih Sultan Mehmed xristianlığa meyil edibmi #Did Mehmed the Conqueror incline towards Christianity

Mövzu üzrə digər xəbərlər

Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı və Avropa İntibahı: Qarşılıqlı təsirlər, ortaq miras və elmi tənəzzülün kökləri

6 Sentyabr 08:39
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Hərb tarixi: Döyüş xronikası

Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?

5 Sentyabr 14:06
Tarixdə bu gün — 1 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün — 1 Sentyabr

1 Sentyabr 00:01
İslam memarlığının 8 şah əsəri hansılardır?
İslam və Tarix

İslam memarlığının 8 şah əsəri hansılardır?

30 Avqust 09:16

Son Xəbərlər

Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
Ərəb paytaxtlarında fövqəladə vəziyyət: 6 sentyabrın ən mühüm dönüş anları
00:15
Tarixdə bu gün – 7 Sentyabr
Tarixdə bu gün – 7 Sentyabr
00:01
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
6 Sentyabr 23:00
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
Qurani-Kərimdən nümunələrlə: Ərəb dilində həmzənin 8 fərqli məna çaları
6 Sentyabr 21:00
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
ABŞ-dən gələn sərt xəbərdarlıq: İranla işləyən maliyyə qurumları sistemdən çıxarılır
6 Sentyabr 20:56
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.