13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada olub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin nümayəndə heyəti Cənubi Koreyada işgüzar səfərdə olub. Səfər, Nazirliklə ADA Universiteti arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən layihə üzrə baş tutub. Məqsəd Koreyanın mədəni və yaradıcı sənayelərin inkişaf təcrübəsini öyrənmək, innovasiya və texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

3 Oktyabr 2025 09:53
Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada olub

BAKI, AzerVoice

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin nümayəndə heyəti Cənubi Koreyada işgüzar səfərdə olub.

AzerVoice xəbər verir ki, səfər, nazirliklə ADA Universiteti arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilən layihə üzrə baş tutub. Məqsəd Koreyanın mədəni və yaradıcı sənayelərin inkişaf təcrübəsini öyrənmək, innovasiya və texnologiyalar sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etmək olub.

Nümayəndə heyəti Seulda keçirilən “EdTech 2025” sərgisində iştirak edib, Koreya Müasir İncəsənət Muzeyində maarifləndirici proqramlarla tanış olub. KOCCA – Koreya Mədəniyyət, Məzmun və Yaradıcılıq Agentliyində keçirilən görüşlərdə yaradıcı kontentin beynəlxalq mübadiləsi və birgə layihələrin reallaşdırılması məsələləri müzakirə olunub.

Proqram çərçivəsində nümayəndələr həmçinin ölkənin aparıcı elm və innovasiya mərkəzi KAIST universitetini ziyarət ediblər. Burada onlara “Startup KAIST” proqramı təqdim olunub, mədəniyyət və texnologiyanın qovşağında həyata keçirilən layihələr barədə məlumat verilib.

Səfər nəticəsində Azərbaycanın yaradıcı sənayelərinin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişlənəcəyi, gənclər üçün yeni imkanların açılacağı və ölkəmizin kreativ ekosisteminin qlobal trendlərlə zənginləşəcəyi gözlənilir.

Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada olub Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada olub Yaradıcı Mərkəzin nümayəndə heyəti Cənubi Koreyada olub
Məqalədə: #Cənubi Koreya #Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi #Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi

Mövzu üzrə digər xəbərlər

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

21:23
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Texnologiya

Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq

19:51
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00

Son Xəbərlər

Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
Cin sözünün mənası nədir? Etimologiyası və dini mənası
22:00
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
Tramp İran məsələsində Venesuela variantını istisna etmir
21:59
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
21:23
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.