6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirilib

Oktyabrın 21-də Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans işini panel sessiyalarla davam etdirib. Konfransın “Dini müxtəliflik və birgəyaşayış milli-mənəvi dəyərlərimiz kontekstində” mövzusuna həsr olunan birinci panel sessiyasına Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov moderatorluq edib.

21 Oktyabr 2025 17:32
Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirilib

BAKI, AzerVoice, Nailə Babazadə

Oktyabrın 21-də Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans işini panel sessiyalarla davam etdirib.

Konfransın “Dini müxtəliflik və birgəyaşayış milli-mənəvi dəyərlərimiz kontekstində” mövzusuna həsr olunan birinci panel sessiyasına Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov moderatorluq edib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Pərvin Kərimzadə dini müxtəliflik və birgəyaşayışın milli kimliyin, dövlət müstəqilliyinin, sülh, həmçinin sabitliyin əsas sütunlarından olması, bu dəyərləri qorumağın vacibliyi barədə danışıb. Bildirib ki, dünyada dini zəmində ixtilaflar, radikalizm, nifrət çağırışları artdığı bir vaxtda, biz birliyimizi, qarşılıqlı hörməti daha da möhkəmləndirməliyik.

Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekanı, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Elnurə Əzizova “Dini müxtəliflik və mənəvi dəyərlər mühitində qadının rolu” mövzusuna toxunaraq, qadınların mənəvi dəyərlərin qorunması və birgəyaşayış mədəniyyətinin formalaşmasındakı mühüm rolunu vurğulayıb. O, İslam dininin əsas mənbələrində qadına hörmətin həm sosial, həm də ilahi bir borc olduğunu qeyd edib. Həmçinin bildirib ki, din alimləri və təhsil müəssisələri qadınların teologiya, təhsil və dinlərarası dialoq sahəsində iştirakını təşviq etməlidirlər. Onun sözlərinə görə, inklüziv və ədalətli cəmiyyətin qurulması üçün təhsil, mənəviyyat və bərabərlik prinsipləri qarşılıqlı şəkildə gücləndirilməlidir.

Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov “Milli-mənəvi özünüdərk: dini müxtəliflik və birgəyaşayış ənənəsinin qarantı kimi” mövzusunda təqdimatla çıxış edərək, dünyada artan mənəvi boşluq, sosial parçalanma, dini və etnik zəmində zorakılıq, radikalizm, ekstremizm, terrorizm və ksenofobiya hallarına diqqət çəkib. Bildirib ki, dəyərləri unudulmuş cəmiyyət yönünü itirmiş fərd qədər təhlükəli ola bilər. Bu nöqteyi-nəzərdən baxdıqda, dini müxtəliflik və multikultural birgəyaşayış sadəcə birgə mövcudluq deyil, həm də qarşılıqlı anlayış, əməkdaşlıq mədəniyyətidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ekspertiza şöbəsinin müdiri Nahid Məmmədovun moderatorluğu ilə “Regionun dini-mənəvi mühiti: ənənə və müasirlik” mövzusuna həsr edilən ikinci paneldə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Naqif Həmzəyev regionumuzun dini-mənəvi mühitinin zəngin ənənələrə malik olduğunu qeyd edib. Vurğulayıb ki, bu ənənələri müasir dövrün tələbləri ilə uyğunlaşdıraraq, inklüziv, tolerant və mənən sağlam cəmiyyət qurmaq mümkündür. Din xadimləri bu prosesdə aparıcı rol oynayır və böyük məsuliyyət daşıyırlar. Yalnız ənənə ilə müasirliyin harmonik sintezi sayəsində davamlı inkişaf və sosial əmin-amanlıq təmin edilə bilər.

Qafqaz Müsəlmanları İdarəsinin Gəncə bölgəsi üzrə qazısı, Gəncə şəhər “İmamzadə ziyarətgah” məscidi dini icmasının sədri Tahir Abbasov din xadimlərinin qarşısında duran əsas vəzifənin dini dəyərləri müasir cəmiyyətin ehtiyacları ilə uzlaşdırmaq, onları insanlara sevgi, mərhəmət və həmrəylik dili ilə çatdırmaq olduğundan danışıb. Bugünkü informasiya axını və sosial medianın təsiri altında bəzən gənclərimizin dini bilikləri düzgün olmayan mənbələrdən öyrəndiyini, bunun da radikal və ifrat yanaşmalar üçün münbit zəmin yaratdığını qeyd edib. Bildirib ki, bu səbəbdən din xadimləri gənclərlə ünsiyyətdə səmimi, izahlı və intellektual yanaşma sərgiləməlidirlər.

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov “Ənənəvi dəyərlər və müasir həyat tərzi arasında tarazlıq” mövzusundakı çıxışında müasir dövrün məzhəb fərqliliklərini və onların tarixi əsaslarını təhlil edib. O, İslamın ilk dövrlərində məzhəbçilik anlayışının mövcud olmadığını, bunun zamanla cəmiyyətin sosial və mədəni dəyişiklikləri nəticəsində meydana gəldiyini vurğulayıb. Bildirib ki, məzhəb fərqlilikləri ümmətin birliyinə mənfi təsir göstərir. Ə.Niyazov İslam ümmətinin gücünün yalnız dini və ictimai birliyindən qaynaqlandığını, parçalanma və qarşıdurmanın isə bu gücü zəiflətdiyini bildirib.

Yekunda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, regionlarda tədbirin keçirilməsində əsas ideoloji hədəf cəmiyyətdə dini dözümlülük və mədəni müxtəlifliyin dəyərinin daha dərin anlaşılmasına nail olmaqdır. Eyni zamanda inklüziv cəmiyyətin formalaşmasında din xadimlərinin tolerantlıq, bərabərlik və mənəvi dəyərlərin təbliği ilə bağlı mühüm rolundan danışıb.

Qeyd edək ki, Komitənin təşkilatçılığı ilə keçirilən regional konfransda müvafiq dövlət qurumlarının, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirilib Gəncədə “İnklüziv cəmiyyət quruculuğunda din xadimlərinin rolu” mövzusunda konfrans keçirilib
Məqalədə: #Milli Məclis #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Gəncə

Mövzu üzrə digər xəbərlər

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Siyasət

Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir

2 Sentyabr 19:03
Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb
Siyasət

Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

1 Sentyabr 22:21
Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
Cəmiyyət

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

27 Avqust 18:37
Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib
Cəmiyyət

Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

3 Avqust 18:32

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.