6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanda Milli Qiymətləndirmə Standartları hazırlanacaq

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib. AQC-dən verilən məlumata görə, iclasın gündəliyində bir neçə məsələ müzakirə olunub. İlk olaraq AQC sədri Vüqar Oruc tərəfindən Milli Qiymətləndirmə Standartlarının hazırlanması və Beynəlxalq Qiymətləndirmə Standartlarının son variantının tərcüməsi istiqamətində işlərin aparılması təklif edilib və bu barədə qərar qəbul olunub.

5 Noyabr 2025 21:45
Azərbaycanda Milli Qiymətləndirmə Standartları hazırlanacaq

BAKI,AzerVoice, Orxan Qədirzadə

Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib.

AzerVoice-a AQC-dən verilən məlumata görə, iclasın gündəliyində bir neçə məsələ müzakirə olunub. İlk olaraq AQC sədri Vüqar Oruc tərəfindən Milli Qiymətləndirmə Standartlarının hazırlanması və Beynəlxalq Qiymətləndirmə Standartlarının son variantının tərcüməsi istiqamətində işlərin aparılması təklif edilib və bu barədə qərar qəbul olunub.

Bildirilib ki, mövcud beynəlxalq praktikadan istifadə etməklə Azərbaycan qanunvericiliyinə uyğun standartlar hazırlanmalıdır. Həmçinin bu işlərin həyata keçirilməsi üçün mütəxəssislərdən ibarət işçi heyətinin formalaşdırılması qərara alınıb.

Son dövrlər ixtisas imtahanlarının Dövlət İmtahan Mərkəzindən alınaraq başqa quruma verilməsi ilə bağlı “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna dəyişiklik təklifinə münasibət bildirən AQC İdarə Heyəti bu addımın imtahan prosesinin obyektivliyinə təhlükə yarada biləcəyi səbəbindən qəbuledilməz olduğunu vurğulayıb.

İclasda həmçinin AQC-nin Beynəlxalq Əlaqələr və Maliyyə Departamentlərinin yeni rəhbərləri müəyyən edilib. İdarə Heyətinin üzvlərinin yekdil qərarı ilə Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Asif Yusubov, Maliyyə Departamentinin rəhbəri isə Xətai Teymurov təsdiq olunub.

Sonda təşkilatın beynəlxalq əlaqələrinin genişləndirilməsi və cari məsələlər də müzakirə edilib.

Məqalədə: #Vüqar Oruc #Dövlət İmtahan Mərkəzi (DİM) #Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) #Milli Qiymətləndirmə Standartları #Beynəlxalq Qiymətləndirmə Standartları #AQC-nin Beynəlxalq Əlaqələr və Maliyyə Departamentləri #Asif Yusubov #Xətai Teymurov

Mövzu üzrə digər xəbərlər

AQC əməyin qiymətləndirilməsi üzrə yeni istiqamətin tətbiqini gündəmə gətirir
Cəmiyyət

AQC əməyin qiymətləndirilməsi üzrə yeni istiqamətin tətbiqini gündəmə gətirir

9 Fevral 16:17
AQC "Kashalata" kafedə sosial layihə həyata keçirib
Cəmiyyət

AQC "Kashalata" kafedə sosial layihə həyata keçirib

7 Fevral 12:26
Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərib
İqtisadiyyat

Nick Talbot Vüqar Oruca təşəkkür məktubu göndərib

30 Yanvar 13:52
Vüqar Oruc “İlin iqtisadçı-eksperti” mükafatına layiq görüldü
İqtisadiyyat

Vüqar Oruc “İlin iqtisadçı-eksperti” mükafatına layiq görüldü

29 Yanvar 12:39

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.