AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır: 5000 yeni sürücü
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla görüş keçirilib. Bildirilib ki, ötən illər ərzində avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində şəffaf mühitin təmin olunması, daşıyıcıların səmərəli fəaliyyət göstərməsi üçün imkanlar yaradılıb.
Azərbaycanda Milli Qiymətləndirmə Standartları hazırlanacaq
Bu gün Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib. AQC-dən verilən məlumata görə, iclasın gündəliyində bir neçə məsələ müzakirə olunub. İlk olaraq AQC sədri Vüqar Oruc tərəfindən Milli Qiymətləndirmə Standartlarının hazırlanması və Beynəlxalq Qiymətləndirmə Standartlarının son variantının tərcüməsi istiqamətində işlərin aparılması təklif edilib və bu barədə qərar qəbul olunub.
Dövlət İmtahan Mərkəzi ictimaiyyət üçün açıq görüşlərə start verir
Dövlət İmtahan Mərkəzi fəaliyyət istiqamətlərinə uyğun olaraq ictimaiyyətin hərtərəfli məlumatlandırılması və maarifləndirmə işinin təşkili məqsədilə müxtəlif tədbirlər həyata keçirir.Dövlət İmtahan Mərkəzi sentyabr ayından etibarən şagirdlər, abituriyentlər, müəllimlər və ümumiyyətlə, qəbul kampaniyasının gedişi ilə maraqlananlar üçün yeni bir layihəyə start verir.
DİM bu gün əlavə imtahanlar keçirib
Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, həmçinin eksternat qaydasında imtahan verənlər üçün bu gün imtahan keçirəcək. Bundan əlavə, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər bu gün imtahan verəcəklər. İmtahanda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 210, tam (11 illik) orta təhsil səviyyəsi üzrə 162 şagirdin iştirakı nəzərdə tutulur. Bundan əlavə, 77 şagird yalnız Azərbaycan dili fənni üzrə imtahan verəcək.
Cari ilin buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyənlər üçün əlavə imtahan keçiriləcək - DİM
Dövlət İmtahan Mərkəzi 2025-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 7-də əlavə imtahan keçirəcək. Bildirilib ki, bundan əlavə, həmin gün bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı verəcəklər.
IV qrupda 600 baldan yuxarı toplayan 10 abituriyent müsabiqədən kənarda qaldı
Bu il IV qrup üzrə imtahanda 600-dən yuxarı bal toplayan 10 abituriyent müsabiqədən kənarda qalıb. bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Ali təhsil müəssisələrinə qəbulun nəticələri elan edilib
Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi başlayır - Bu gündən
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bu gün başlayır. Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi bütün ixtisas qrupları üzrə 2025‑ci il avqustun 11-dən 19-dək olan müddətdə aparılacaq.
DİM bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini keçirəcək
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün peşəkar mühasib sertifikatı imtahanının II mərhələsini (qanunvericilik üzrә) keçirəcək. İmtahan vermək üçün 984 nəfər müraciət edib.
Bu gün rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək
Bu gün Bakı və Naxçıvan şəhərlərində rezidenturaya qəbul imtahanının 2-ci mərhələsi keçiriləcək. Bmtahan Bakı şəhərində 4, Naxçıvan şəhərində 1 binada təşkil olunacaq və saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq. İmtahan 2 saat 30 dəqiqə davam edəcək.
Bu gün dövlət qulluğuna qəbul imtahanı keçirilib
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün inzibati rəhbər və icraçı vəzifələr üzrə dövlət qulluğu imtahanları keçirib. Dövlət İmtahan Mərkəzi (DİM) 3 avqust 2025-ci il tarixində inzibati vəzifələrin B növünə aid BB qrupu üzrə dövlət qulluğuna qəbul imtahanı və inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib. İmtahan Bakı və Naxçıvan şəhərlərində kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytında yerləşdiriləcək.
Bu gün Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçiriləcək
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən 18, 20, 24, 27, 29, 30, 73 və 75-ci komissiyaya aid abituriyentlər üçün Musiqi ədəbiyyatı fənni üzrə test imtahanı keçirilir.