11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır: 5000 yeni sürücü

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla görüş keçirilib. Bildirilib ki, ötən illər ərzində avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində şəffaf mühitin təmin olunması, daşıyıcıların səmərəli fəaliyyət göstərməsi üçün imkanlar yaradılıb.

17 Yanvar 2026 15:54
AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır:  5000 yeni sürücü

BAKI, AzerVoice

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (AYNA) avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla görüş keçirilib.

AzerVoice xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat verib.

Bildirilib ki, ötən illər ərzində avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində şəffaf mühitin təmin olunması, daşıyıcıların səmərəli fəaliyyət göstərməsi üçün imkanlar yaradılıb. Ölkədaxili, həm də beynəlxalq yük daşımalarında yüksək xidmət standartlarının təmin olunması üçün tənzimləmə və nəzarət funksiyası yerinə yetirilib.

Görülən tədbirlər nəticəsində yük nəqliyyat vasitələrinin sayı 3400-dən artaraq 14193-ə çatıb, “İcazə” blanklarının (xüsusilə də “xüsusi defisit”) bolluğu yaradılıb, göstərilən xidmətlər elektronlaşdırılıb və ikitərəfli yük daşımaları bazarında bazar payımız 39%-dən artaraq 50%-i keçib. Beləliklə, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları ciddi məşğulluq imkanı yaratmışdır. Vurğulanıb ki, bir sənaye müəssisəsinə düşən orta işçi sayı 46 nəfər olduğundan, beynəlxalq yük daşımalarında istismar olunan 14193 yük nəqliyyat vasitəsinin yaratdığı məşğulluq imkanı təxminən 310 sənaye müəssisəsinə ekvivalent hesab edilə bilər. Onu da qeyd etmək lazımdır ki, burada xidmət ixracı edən, yəni ölkəyə valyuta axınını təmin edən sahibkarlıqdan söhbət gedir.

Görüşdə, həmçinin qarşıda duran vəzifələr, milli daşıyıcıların üzləşdikləri çətinliklər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, hazırda milli daşıyıcıların üzləşdiyi ən böyük çətinlik kadr çatışmazlığı ilə bağlıdır. Əsasən, beynəlxalq yükdaşıma sahəsində peşəkar sürücülərə və yük avtonəqliyyat vasitələrinə texniki qulluq və təmir üzrə ustalara ehtiyac var. Qeyd edilib ki, milli daşıyıcıların beynəlxalq yük daşımalarında bazar payının artmasında bu kimi faktorlar önəm kəsb edir.

Qeyd olunan çətinlikləri nəzərə alaraq AYNA tərəfindən milli daşıyıcılara dəstək məqsədilə yeni layihəyə start verilir. Layihə çərçivəsində beynəlxalq yük daşımaları sahəsində C və CE kateqoriyalı sürücülərin hazırlanması məqsədilə təlimlər təşkil edilir. Təlim üçün ödəniş 266 manat olsa da, məbləğin 80%-dən çox hissəsi AYNA tərəfindən qarşılanacaq. Sürücülər cəmi 50 manat ödəməklə təlimdə iştirak edə biləcəklər. Yekunda Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq qiymətləndirməyə əsasən sürücülərə 7 il müddətində etibarlı olan və beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərməyə imkan verən şəhadətnamə təqdim ediləcək. Gələcəkdə işlə təmin olunmaları üçün sürücülərin daşıyıcılarla əlaqələndirilməsinə də şərait yaradılacaq. Hədəf 5000 yeni sürücünün hazırlanması və beynəlxalq bazarda iştirakının təmin edilməsidir.

Layihə çərçivəsində milli daşıyıcıların beynəlxalq yük daşımalarında bazar payının artırılması və yeni iş yerlərinin açılması istiqamətində digər tədbirlər də nəzərdə tutulub.

AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır:  5000 yeni sürücü AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır:  5000 yeni sürücü AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır:  5000 yeni sürücü AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır:  5000 yeni sürücü AYNA beynəlxalq yükdaşıma sektorunda yeni layihəyə başlayır:  5000 yeni sürücü
Məqalədə: #Azərbaycan #Dövlət İmtahan Mərkəzi #Dövlət İmtahan Mərkəzi (DİM) #Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

10 Sentyabr 20:45
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

10 Sentyabr 17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

10 Sentyabr 09:00

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.