6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

UTP beynəlxalq tələbələr üçün ən cəlbedici təhsil məkanlarından biri olmaqda davam edir

Universiti Teknologi Petronas (UTP), Perak ştatının Seri İskandar şəhərində yerləşir və Malayziyanın ən yaxşı özəl universitetlərindən biri kimi nüfuzunu möhkəmləndirməyə davam edir.

13 Noyabr 2025 09:12
UTP beynəlxalq tələbələr üçün ən cəlbedici təhsil məkanlarından biri olmaqda davam edir

BAKI, AzerVoice

Universiti Teknologi Petronas (UTP), Perak ştatının Seri İskandar şəhərində yerləşir və Malayziyanın ən yaxşı özəl universitetlərindən biri kimi nüfuzunu möhkəmləndirməyə davam edir. AzerVoice xəbər verir ki, hazırda UTP-də təxminən 6,500 bakalavr və magistratura tələbəsi, əlavə olaraq isə 1,000 Foundation tələbəsi təhsil alır. Universitetin dünyanın müxtəlif ölkələrində 25,000-dən çox məzunu var. UTP yüksək keyfiyyətli təhsil və qlobal təcrübə axtaran tələbələr arasında getdikcə daha çox tanınır. 1997-ci ildə Malayziyanın dövlət neft şirkəti PETRONAS tərəfindən təsis edilən universitet, mühəndislik, elm və texnologiya sahələrində güclü akademik bazasını qorumaqla yanaşı, fəaliyyət dairəsini biznes və informasiya texnologiyaları kimi sahələrə də genişləndirmişdir.

Son illərdə UTP akademik təlimi praktiki əhəmiyyətlə birləşdirən müasir və yenilikçi bir qurum kimi tanınmağa başlayıb. Onu bütün dünyada tələbələr üçün cəlbedici edən əsas səbəblərdən biri PETRONAS ilə sıx əlaqələridir. Bu tərəfdaşlıq tələbələrə real iş təcrübəsi qazanmaq və karyeralarını inkişaf etdirmək üçün geniş imkanlar yaradır.

Qlobal tanınma və akademik mükəmməllik

UTP-nin beynəlxalq reytinqlərdəki yüksək mövqeyi onun akademik mükəmməlliyini sübut edir. Universitet QS World University Rankings 2025-ə görə dünyanın ən yaxşı ilk 250 universiteti arasında yer alır və xüsusilə mühəndislik və texnologiya sahələrində çox yüksək nəticələr göstərir. UTP-nin davamlılıq, innovasiya və sosial məsuliyyət prinsiplərinə sadiqliyi həmçinin Times Higher Education (THE) Impact Rankings və QS Asia Rankings siyahılarında da əks olunur.

Universitet, qlobal əmək bazarının dəyişən tələblərinə cavab verən geniş bakalavr və magistr proqramları təklif edir. UTP-nin əsas güclü tərəfləri mühəndislik, geologiya, texnologiya və biznes sahələridir. Hər bir tədris proqrami universitetin sənaye tərəfdaşları ilə birgə hazırlanır ki, bu da, məzunlara gələcəkdə geniş iş imkanları yaradır. Mühəndislik fakültəsinin akademik nümayəndəsi Professor Nor Hisham Hamid belə deyir: “Məqsədimiz yaradıcı və innovativ, sənaye və ölkə səviyyəsində lider olma potensialına malik, hərtərəfli məzunlar yetişdirməkdir.”, həm də beynəlxalq əmək bazarında yüksək qiymətləndirilən tənqidi düşünmə və liderlik qabiliyyətlərinə də sahibdirlər.”

“Ağıllı” kampus
400 hektardan çox ərazini əhatə edən UTP kampusu, Cənub-Şərqi Asiyanın ən innovativ akademik komplekslərindən biri hesab olunur. Təbii mühitlə əhatələnmiş və müasir memarlıq zərifliyi ilə dizayn edilmiş kampus ekoloji harmoniya ilə texnoloji inkişafı birləşdirir.

Kampusda yerləşən müasir laboratoriyalar – Institute of Sustainable Building (ISB), Centre for Advanced Photovoltaic (CAP) və Petroleum Engineering Labs – yüksək səviyyəli tədqiqat və praktik tədris imkanları yaradır. Bundan əlavə, tələbələr yaradıcılığı təşviq edən rəqəmsal tədris resurslarına və innovasiya mərkəzlərinə çıxış əldə edirlər. UTP-nin ilk prezidenti və baş icraçı direktoru Mohamed Firouz bu barədə belə deyir: “Universiteti yeni vizyonumuza doğru aparmaqda əsas məqsədimiz texnologiya təhsili və tədqiqatında öncül olmaq, daha yaxşı gələcək üçün töhfə vermək və qlobal miqyasda əhəmiyyətli, gələcəyin tələbələrinə uyğun bir universitet kimi fəaliyyət göstərməkdir.”

Uğurlu Məzunlar
UTP-nin dünya üzrə məzunlarının uğurları universitetin qlobal təsir gücünü bir daha göstərir. Bu məzunlardan biri, 2010-cu ildə inşaat mühəndisliyi üzrə məzun olan və hazırda ABŞ-ın Texas ştatında Curtain Wall Design & Consulting şirkətində fasad konstruksiya mühəndisi kimi çalışan Henry Yew-dur. O, mürəkkəb fasad sistemlərinin dizaynı bacarığını UTP-də qazandığı möhkəm texniki biliklərlə əlaqələndirir.

Digər bir nümunə isə 2015-ci ildə İnformasiya Texnologiyaları üzrə Magistr dərəcəsi ilə məzun olan hindistanlı tələbə Bharat Singh-dir. O, sonradan Almaniyada yerləşən BGOS Group adlı İT və maliyyə konsaltinq şirkətini təsis etmişdir. Singh UTP-dəki təcrübəsini “həyatının dönüş nöqtəsi” kimi təsvir edir.

UTP-də azərbaycanlı Asiman Musayevin uğur hekayəsi
Asiman Musayev UTP universitetində təhsil alan azərbaycanlı tələbədir. O, 2020-ci ildə yanvar ayından etibarən UTP universitetində Neft-qaz mühəndisliyi ixtisası üzrə oxuyur. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsilə başlayan Asiman, UTP universitetin daxili təqaüd proqramının qaliblərindən biri olur və bu şans ona dünyanın ən yaxşı universitetlərindən birincə təhsil almağa imkan yaradır.

Asiman çox yüksək akademik göstəricilərə malik olduğundan, bakalavr təhsilini bitirdikdən sonra magistr dərəcəsi almadan, birbaşa doktorluq dərəcəsi almağa layiq görülmüşdür.

“UTP özəl universitetdir və burada professorların sizə münasibəti, ümumiyyətlə tədris keyfiyyəti və mühit, zənnimcə çox mükəmməldir” – Asiman qeyd etmişdir.

“Ən çox bəyəndiyim məqamlardan biri universitetin cəngəllikdə, təbiətin qoynunda yerləşməsidir. Həm də, burada həmişə yaydır!” – Asiman əlavə etmişdir.

Bu uğur hekayələri UTP-nin beynəlxalq miqyasda artan nüfuzunu əks etdirir. Universitetin məzunları qitələrarası miqyasda innovasiya edir, liderlik nümayiş ettirir və müxtəlif sənayelərə töhfə verirlər – bu da, UTP-nin qlobal düşüncəli liderlər yetişdirmək missiyasını təcəssüm etdirir.

Parlaq gələcək

İnnovasiya, müxtəliflik və qlobal baxışı bir araya gətirən Universiti Teknologi PETRONAS, Malayziyanın regional ali təhsil mərkəzi kimi mövqeyini gücləndirir.

UTP, tədqiqat yönümlü tədrisə, beynəlxalq əməkdaşlığa və tələbələrin hərtərəfli inkişafına verdiyi önəmlə, sürətlə dəyişən dünyada liderliyə hazır olmaq istəyən xarici tələbələr üçün ən yaxşı seçimlərdən biri olaraq qalır.

Rayil Ali Muhammadzadə

UTP beynəlxalq tələbələr üçün ən cəlbedici təhsil məkanlarından biri olmaqda davam edir
Məqalədə: #ABŞ #Malayziya #Petronas #Universiti Teknologi Petronas (UTP) #Times Higher Education (THE) #QS Reytinq Agentliyi

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56

Son Xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.