6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycanlı məktəblilərin hazırladığı peyk kosmosda

AZCON Holdinq şirkətlərindən olan Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın “Milli Peyk İnnovasiya” müsabiqəsi çərçivəsində 7–9-cu sinif şagirdləri tərəfindən hazırlanan bu kiçik ölçülü - “PocketQube” tipli peyk artıq kosmosdadır.

3 Dekabr 2025 09:42
Azərbaycanlı məktəblilərin hazırladığı peyk kosmosda

BAKI,AzerVoice

Azərbaycanlı məktəblilərin hazırladığı ilk peyk Kaliforniyadakı Vandenberq Kosmik Qüvvələr Bazasından SpaceX şirkətinin “Falcon 9” raketi ilə uğurla orbitə göndərilib.

AzerVoice xəbər verir ki, AZCON Holdinq şirkətlərindən olan Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın “Milli Peyk İnnovasiya” müsabiqəsi çərçivəsində 7–9-cu sinif şagirdləri tərəfindən hazırlanan bu kiçik ölçülü - “PocketQube” tipli peyk artıq kosmosdadır.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi zəfərin 5 illiyinə həsr olunan bu peykin adı da “Azərbaycanın Zəfəri”dir.

Bu qürurverici layihə ölkənin təhsil və innovasiya ekosistemində tarixi dönüş nöqtəsi hesab olunur. Azərbaycanın 41 məktəbindən 672 şagirdin iştirak etdiyi proqram regionda məktəblilər arasında həyata keçirilən ən geniş kosmik təşəbbüslərdən biri kimi qeyd olunur.

Zəfər peyki 297 nömrəli məktəbin şagirdləri tərəfindən hazırlanıb. Layihə gənc nəsildə vətənpərvərlik ruhunu, yaradıcı düşüncəni və texnoloji marağı birləşdirən hadisə kimi dəyərləndirilir.

Azərkosmosun İdarə Heyətinin sədri vəzifəsini icra edən Dunay Bədirxanov bildirib ki, bu nailiyyət ölkənin gələcəyinə edilən mühüm sərmayədir: “Şagirdlərə real kosmik avadanlığı dizayn edib sınaqdan keçirmək və orbitə göndərmək imkanı yaratmaqla biz gələcəyin kosmik mütəxəssislərini yetişdiririk. Bu məktəbli layihəsi ölkəmizdə artıq 15 ildir ki, formalaşmış müasir kosmik ekosistemin bəhrəsidir. Bu gün bizim məktəblilər kosmosa yalnız peyk deyil, öz arzularını da göndərdilər. Bu uğur Azərbaycanın təhsil sahəsinə edilən investisiyanın real texnoloji nəticələrə çevrildiyini göstərir”.

Peyk üzərində çalışan şagirdlər bir neçə ay ərzində kosmik mühəndisliyin əsaslarını öyrənib, elektronika komponentləri ilə işləyib, simulyasiyalar aparıb və kiçik-ölçülü peyki mütəxəssislərin rəhbərliyi ilə yığıblar. Bu layihə ölkənin inkişaf edən STEAM (Science – Elm, Technology – Texnologiya, Engineering – Mühəndislik, Art – İncəsənət, Mathematics – Riyaziyyat) ekosistemi üçün yeni mərhələ açır və Azərbaycanın tarixində ilk dəfə peykin tam şəkildə məktəblilər tərəfindən hazırlanması ilə yadda qalır.

Qeyd edək ki, Milli Peyk Innovasiya Müsabiqəsi KOSMİK Akademiyanın , Braziliya Kosmik Agentliyi və "IDEIA Space" şirkətinin birgə təşəbbüsü, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikası Təhsil İnstitutu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “Paşa Holdinq”-in dəstəyi ilə həyata keçirilib.

“Azərbaycanın Zəfəri” peykimiz orbitdə baza sınaqlarını həyata keçirəcək, telemetriya məlumatları toplayacaq və şagirdlərə buraxılışdan sonra da peyk əməliyyatları üzərində real təcrübə əldə etmək imkanı verəcək.

Bu buraxılış Azərkosmosun yerli istedadların inkişafına, gənclərin innovativ təşəbbüslərinə və dayanıqlı milli kosmik ekosistemin qurulmasına yönəlmiş fəaliyyətinin növbəti mərhələsini təşkil edir.

Azərbaycanlı məktəblilərin hazırladığı peyk kosmosda Azərbaycanlı məktəblilərin hazırladığı peyk kosmosda Azərbaycanlı məktəblilərin hazırladığı peyk kosmosda
Məqalədə: #AZCON Holding #Azərbaycan peyki #məktəblilərin hazırladığı peyk #Azərkosmos layihəsi #Azərbaycanın Zəfəri peyki #SpaceX raketi #orbitə göndərilmə #Azərkosmosun dəstəyi #elektronika layihələri #peyk dizaynı

Mövzu üzrə digər xəbərlər

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov
Cəmiyyət

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov

6 İyul 12:49
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub
İqtisadiyyat

AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub

26 İyun 10:51
“SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib
Cəmiyyət

“SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib

4 Fevral 16:02
Azərkosmos yeni Anlaşma Memorandumu imzalayıb
Siyasət

Azərkosmos yeni Anlaşma Memorandumu imzalayıb

29 Yanvar 17:24

Son Xəbərlər

Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.