5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına ilk yeni nəsil “Airbus A321neo” təyyarəsini əlavə edib. Təyyarə 25 iyun 2026-cı il tarixində Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb.

26 İyun 2026 10:51
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub

BAKI,VOA

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları (AZAL) donanmasına ilk yeni nəsil “Airbus A321neo” təyyarəsini əlavə edib. Təyyarə 25 iyun 2026-cı il tarixində Hamburq şəhərində keçirilən tədbirdə təhvil alınıb.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Sözügedən yeni nəsil hava gəmisinin donanmaya qoşulması ilə AZAL-ın donanmasında “Airbus “A319ceo”, “A320ceo”, “A320neo” və “A321neo” tipli təyyarələr istismar olunur.

Yeni nəsil “Airbus A321neo”nun təyyarə parkına daxil edilməsi AZAL-ın donanmanın modernləşdirilməsi strategiyası çərçivəsində növbəti mühüm mərhələdir. Yeni təyyarə yüksək tələbat olan istiqamətlərdə sərnişindaşıma imkanlarının genişləndirilməsinə, əməliyyat səmərəliliyinin yüksəldilməsinə və sərnişinlərə təqdim olunan xidmət keyfiyyətinin daha da təkmilləşdirilməsinə töhfə verəcək. Eyni zamanda, hava gəmisinin istismara verilməsi AZAL-ın marşrut şəbəkəsinin gələcək inkişafı və genişləndirilməsi üçün əlavə çeviklik imkanları yaradacaq.

“Airspace” salon konsepsiyası yeni nəsil “Airbus A321neo” təyyarəsində sərnişin rahatlığının yeni standartını təqdim edir. Təyyarə sərnişinlərə daha geniş və komfortlu salon təcrübəsi təqdim edən müasir interyer, fərdiləşdirilə bilən salon işıqlandırması, böyüdülmüş pəncərələr, tam LED işıqlandırma sistemi və genişləndirilmiş əl yükü bölmələri ilə təchiz olunub. Bununla yanaşı, əvvəlki nəsil təyyarələrlə müqayisədə “Airbus A321neo” hər oturacaq üzrə təxminən 20 faiz daha az yanacaq sərfiyyatı və karbon emissiyası təmin edir, eyni zamanda 7 400 kilometrədək uçuş məsafəsinə malikdir.

Tək keçidli təyyarələr seqmentində ən geniş salonlardan birinə malik olan yeni nəsil “Airbus A321neo” 191 sərnişin tutumuna sahibdir. Təyyarə ən son nəsil bortdaxili əyləncə sistemi (IFE) və yüksək sürətli “Wi-Fi” xidməti ilə təchiz olunub. Bu isə sərnişinlərə uçuş müddətində rəqəmsal xidmətlərdən istifadə etməyə, bortdaxili əyləncə xidmətlərindən faydalanmağa və daim əlaqədə qalmağa imkan verir.

Bu yaxınlarda daha bir yeni nəsil Airbus A320neo təyyarəsinin donanmaya qoşulmasının ardınca Airbus A321neo-nun da istismara verilməsi AZAL-ın müasir və yanacaq sərfiyyatı baxımından səmərəli təyyarə parkının inkişafına verdiyi önəmi bir daha təsdiqləyir.

Qeyd edək ki, uzunmüddətli inkişaf strategiyası çərçivəsində AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır. Cari ilin sonunadək aviaşirkət daha bir neçə yeni hava gəmisinin təhvil alınmasını gözləyir. Bununla da 2026-cı ildə donanmaya daxil olan yeni təyyarələrin sayı səkkizə çatacaq ki, bu da AZAL tarixində bir il ərzində qeydə alınan ən irimiqyaslı donanma yenilənməsi olacaq.

Bu, aviaşirkətin marşrut şəbəkəsinin genişləndirilməsi planlarını dəstəkləməklə yanaşı, AZAL-ın regionun aparıcı hava daşıyıcılarından biri kimi mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək.

AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub
Məqalədə: #AZCON Holding #Azərbaycan Hava Yolları QSC #Azərbaycan Hava Yolları (AZAL) #AZAL donanması #Airbus A321neo təyyarəsi

Mövzu üzrə digər xəbərlər

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov
Cəmiyyət

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov

6 İyul 12:49
“SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib
Cəmiyyət

“SİMA İmza” “Elektron ipoteka və kredit zəmanət” sisteminə inteqrasiya edilib

4 Fevral 16:02
Azərkosmos yeni Anlaşma Memorandumu imzalayıb
Siyasət

Azərkosmos yeni Anlaşma Memorandumu imzalayıb

29 Yanvar 17:24
“Memar Əcəmi” stansiyasının daha bir keçidində təmir işlərinə başlanılır
Cəmiyyət

“Memar Əcəmi” stansiyasının daha bir keçidində təmir işlərinə başlanılır

6 Yanvar 17:51

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.