11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib

Əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə Azərbaycan qanunvericiliyində mühüm dəyişikliklər qüvvəyə minib. Prezident İlham Əliyev əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş dəyişiklikləri təsdiqləyib. Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarda ümumilikdə 400-dən çox dəyişiklik edilib. Yeniliklər Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanıb və işçi hüquqlarının daha etibarlı müdafiəsini, sosialyönlü və çevik əmək münasibətlərinin formalaşdırılmasını hədəfləyir.

16 Yanvar 2026 22:29
Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Əmək münasibətlərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə Azərbaycan qanunvericiliyində mühüm dəyişikliklər qüvvəyə minib.

AzerVoice xəbər verir ki, Prezident İlham Əliyev əmək münasibətləri ilə bağlı qanunvericilikdə edilmiş dəyişiklikləri təsdiqləyib. Əmək Məcəlləsi və digər normativ hüquqi aktlarda ümumilikdə 400-dən çox dəyişiklik edilib. Yeniliklər Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına və qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq hazırlanıb və işçi hüquqlarının daha etibarlı müdafiəsini, sosialyönlü və çevik əmək münasibətlərinin formalaşdırılmasını hədəfləyir.

Yeni anlayışlar və sosial təminatlar

Dəyişikliklər çərçivəsində Əmək Məcəlləsinə “ailə vəzifələri olan işçi” anlayışı daxil edilib. Bu kateqoriyaya qulluğa və ya köməyə ehtiyacı olan ailə üzvünə qayğı göstərilməsi səbəbindən əmək fəaliyyəti imkanları məhdudlaşan şəxslər aid edilir. Bu işçilərə güzəşt və əlavə təminatların verilməsi ayrı-seçkilik hesab edilməyəcək. Növbəli və gecə işləri zamanı da onların ailə ilə bağlı ehtiyacları nəzərə alınacaq.

Distant iş və yeni hüquqi mexanizmlər

Əmək funksiyasının məsafədən yerinə yetirilməsi üçün hüquqi əsas yaradılıb və Məcəlləyə “məsafədən (distant) iş” anlayışı əlavə edilib. Distant işlə bağlı şərtlər tərəflərin razılığı ilə əmək müqaviləsində müəyyən olunacaq.

Qanunvericilikdə terminoloji dəyişiklik də aparılıb: “əmək müqaviləsinin ləğv edilməsi” ifadəsi “əmək müqaviləsinə xitam verilməsi” ilə əvəzlənib. Eyni zamanda Əmək və Sosial Məsələlər üzrə Üçtərəfli Komissiyanın hüquqi əsasları gücləndirilib.

Məzuniyyət və sosial təminatlarda yeniliklər

Yeni dəyişikliklərə əsasən:

İşçi məzuniyyətdə olduğu dövrdə orta əməkhaqqı sonuncu maaşdan az olmamaqla saxlanılacaq;

Hərbi xidmətə çağırılan işçiyə əmək müqaviləsinə xitam verilərkən azı üç aylıq orta əməkhaqqı məbləğində müavinət ödəniləcək;

Ən azı 46 təqvim günü məzuniyyət hüququ olan şəxslərin siyahısı genişləndirilib və bu siyahıya müharibə veteranları, Çernobıl AES-də xidmət nəticəsində əlilliyi olanlar və digər kateqoriyalar daxil edilib;

Hamiləliyə və doğuşa görə məzuniyyətin doğuşdan əvvəlki hissəsi faktiki günlər qədər ödənişli uzadılacaq və doğuşdan sonrakı hissə azaldılmayacaq;

Uşağın doğulması ilə əlaqədar kişilərə 14 gün ödənişli məzuniyyət veriləcək.

Əməyin mühafizəsi və iş şəraiti

Dəyişikliklər iş yerlərində əməyin mühafizəsinin gücləndirilməsini də nəzərdə tutur. İşçi sayı 50-dən az olan müəssisələrdə əməyin mühafizəsi bilikli işçilərdən birinin funksiyasına daxil ediləcək, bu mümkün olmadıqda mütəxəssis vəzifəsi təsis ediləcək. Zərərli və təhlükəli iş yerlərində çalışan işçilər isə mütəmadi olaraq əməyin mühafizəsi üzrə təlimatlandırılacaq.

Ekspertlərin fikrincə, qəbul edilən dəyişikliklər əmək münasibətlərində sosial ədaləti gücləndirir, işçilərin hüquqi müdafiəsini artırır və əmək bazarının müasir çağırışlara uyğunlaşdırılmasına xidmət edir.

Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib Əmək qanunvericiliyində genişmiqyaslı islahatlar qüvvəyə minib
Məqalədə: #Əmək Məcəlləsində 400-dən çox dəyişiklik qüvvəyə minib #Azərbaycanda əmək qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırılıb #Distant iş və ailə vəzifələri olan işçilər üçün yeni hüquqlar #Əmək münasibətlərində sosial təminatlar genişləndirildi #Prezident əmək qanunvericiliyində islahatları təsdiqlədi #İşçi hüquqlarının müdafiəsi gücləndirildi #Azerbaycan’da iş mevzuatında kapsamlı değişiklikler #Çalışan haklarını güçlendiren yeni düzenlemeler #Uzaktan çalışma ve aile yükümlülükleri yasaya girdi #Azerbaycan’da iş hukukunda reform süreci #İşçilere yeni izin ve sosyal haklar #Azerbaycan çalışma yasalarını güncelledi

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

10 Sentyabr 20:45
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

10 Sentyabr 17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

10 Sentyabr 09:00

Son Xəbərlər

SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
12:06
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
11:53
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
09:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.