10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan və Çin şirkətləri arasında alüminium istehsalı üzrə birgə layihələr müzakirə olunub

Çin şirkətləri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Qonaqlara ölkəmizdə əlverişli investisiya mühiti, sənaye zonalarında yaradılmış infrastruktur, investorlar üçün təqdim olunan güzəştlər və dəstək mexanizmləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan sənaye və texnologiya yönümlü layihələrin reallaşdırılmasına xüsusi önəm verir və xarici investorlarla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

19 Yanvar 2026 17:33
Azərbaycan və Çin şirkətləri arasında alüminium istehsalı üzrə birgə layihələr müzakirə olunub

BAKI,AzerVoice

Çin şirkətləri ilə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

AzerVoice xəbər verir ki, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Çin Xalq Respublikasının “Wanji” və “Sunstone” şirkətlərinin rəhbərləri ilə görüşüb.

Qonaqlara ölkəmizdə əlverişli investisiya mühiti, sənaye zonalarında yaradılmış infrastruktur, investorlar üçün təqdim olunan güzəştlər və dəstək mexanizmləri haqqında məlumat verilib. Bildirilib ki, Azərbaycan sənaye və texnologiya yönümlü layihələrin reallaşdırılmasına xüsusi önəm verir və xarici investorlarla uzunmüddətli əməkdaşlıqda maraqlıdır.

Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi, alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.

Qeyd edək ki, Çində fəaliyyət göstərən “Wanji” şirkəti sənaye, nəqliyyat və texnoloji həllər sahəsində ixtisaslaşmış şirkətlərdən biridir. Şirkət innovativ məhsul və xidmətlərin inkişafı, istehsal proseslərinin səmərəliliyinin artırılması və beynəlxalq bazarlarda əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyət göstərir.

“Sunstone” şirkəti alüminium sənayesi üçün karbon materiallarının (prebaked anode) tədqiqatı, istehsalı və satışı ilə məşğuldur və hazırda Çinin bu sahədə mühüm ixracatçılarından biridir.

Azərbaycan və Çin arasında iqtisadi və sənaye əməkdaşlığı. Alüminium istehsalı sahəsində birgə layihələr və investisiya imkanları. Sənaye zonalarında yaradılmış infrastruktur və investorlar üçün güzəştlər. Xarici investisiyaların cəlb edilməsi, uzunmüddətli tərəfdaşlıq modeli. Wanji şirkətinin sənaye və texnoloji həlləri, Sunstone şirkətinin karbon materialları istehsalı. Metallurgiya sənayesində səmərəlilik, innovativ texnologiyalar və beynəlxalq bazarlar.

Azərbaycan və Çin şirkətləri arasında alüminium istehsalı üzrə birgə layihələr müzakirə olunub Azərbaycan və Çin şirkətləri arasında alüminium istehsalı üzrə birgə layihələr müzakirə olunub
Məqalədə: #İqtisadiyyat Nazirliyi #Sənaye əməkdaşlığı #nazir müavini Səməd Bəşirli #Azərbaycan–Çin iqtisadi əməkdaşlığı #Çin şirkətləri #alüminium istehsalı #birgə sənaye layihələri #Wanji şirkəti #Sunstone şirkəti

Mövzu üzrə digər xəbərlər

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33

Son Xəbərlər

İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir
İordaniya özünü xarici sərmayələr üçün regional mərkəz kimi təqdim edir
18:26
İordaniya Livana 13-cü humanitar yardım karvanını göndərib
İordaniya Livana 13-cü humanitar yardım karvanını göndərib
18:15
Səudiyyə Ərəbistanı süni intellekt strategiyasını gücləndirir
Səudiyyə Ərəbistanı süni intellekt strategiyasını gücləndirir
18:12
Misirdə inflyasiya 12,7 faizə enib
Misirdə inflyasiya 12,7 faizə enib
18:06
"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
"300 ER" raketləri ilk dəfə "AKINCI"nın qanadı altında sınaqdan keçirildi
18:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.