4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Hər insan bir Qaf dağıdır

Həyatımdakı döngələrin demək olar ki, hamısı qədərin cilvəsi ilə baş verib. İstiqamətim çox vaxt dərkimdən öncə, əlimdə olmadan dəyişib. Qərarlarım yolun axışında içimə dolub.Önümü görə bilmədiyim yönlərdə adətən asta addımlamışam. Üfüqdə açılmayan pəncərədən boylanmaqdan çəkindiyim qədər, mənəvi böhranların girdabından çıxmaq üçün cəsarət göstərməkdən qorxmamışam.

22 Yanvar 2026 14:30
Hər insan bir Qaf dağıdır
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, "Çağrı.az" saytının baş redaktoru Mübariz Yunus

Həyatımdakı döngələrin demək olar ki, hamısı qədərin cilvəsi ilə baş verib.

İstiqamətim çox vaxt dərkimdən öncə, əlimdə olmadan dəyişib. Qərarlarım yolun axışında içimə dolub.Önümü görə bilmədiyim yönlərdə adətən asta addımlamışam.

Üfüqdə açılmayan pəncərədən boylanmaqdan çəkindiyim qədər,

mənəvi böhranların girdabından çıxmaq üçün cəsarət göstərməkdən qorxmamışam.

Dumanlı, sisli yollarda işığın göründüyü yönə getmişəm,

amma bu da üzərimdə varlığını hiss etdiyim lətafətbəxş bir əlin müşayiəti ilə baş verib.

Yol boyunca təzadlarım az olmayıb,

amma onların arasında büllur kimi duru yəqinim, sarsılmayan həqiqətlərim də həmişə var olub.Ötələrə qanad çırpan quşlar kimi əksikliklərimə, imkanlarımın azlığına baxmayaraq, ora doğru üz tutmağı özüm üçün əsas bir qayə bilmişəm.

Bunu ta kiçik yaşlarımdan hiss etmişəm…

Uşaq vaxtı nənəmin danışdığı nağıllarda əlçatmaz, ünyetməz bir dağ var idi.xəyallarımızın gerçəkləşəcəyi o sirli, sehrli Qaf dağı.

Uşaqkən mənə elə yaxın görünürdü ki,sanki bircə çırpınışla xurcunumu çiynimə atıb yolHər insan bir Qaf dağıdır.

Həyatımdakı döngələrin demək olar ki, hamısı qədərin cilvəsi ilə baş verib.

İstiqamətim çox vaxt dərkimdən öncə, əlimdə olmadan dəyişib. Qərarlarım yolun axışında içimə dolub.Önümü görə bilmədiyim yönlərdə adətən asta addımlamışam.

Üfüqdə açılmayan pəncərədən boylanmaqdan çəkindiyim qədər,

mənəvi böhranların girdabından çıxmaq üçün cəsarət göstərməkdən qorxmamışam.

Dumanlı, sisli yollarda işığın göründüyü yönə getmişəm,

amma bu da üzərimdə varlığını hiss etdiyim lətafətbəxş bir əlin müşayiəti ilə baş verib.

Yol boyunca təzadlarım az olmayıb,

amma onların arasında büllur kimi duru yəqinim, sarsılmayan həqiqətlərim də həmişə var olub.Ötələrə qanad çırpan quşlar kimi əksikliklərimə, imkanlarımın azlığına baxmayaraq, ora doğru üz tutmağı özüm üçün əsas bir qayə bilmişəm.

Bunu ta kiçik yaşlarımdan hiss etmişəm…

Uşaq vaxtı nənəmin danışdığı nağıllarda əlçatmaz, ünyetməz bir dağ var idi.xəyallarımızıa çıxsam,qırx gün-qırx gecəlik yolu bir günə qət edər,
o dağın ətəyinə çatardım.

Yetkinləşdikcə anladım ki, yaxın göründüyü qədər də uzaq imiş o Qaf dağı.Yolları da bir o qədər məşəqqətli, çiləli imiş.Amma elə ecazkar, elə cazibəli imiş ki…

Ora yola çıxmamaq sanki həqiqətdən pay almamaq,həyatın sirrindən kənarda qalmaq imiş.Sanki özündən uzaq düşmək,divlərin qaranlıq mağaralara zəncirlənməsi kimi,insanın ruhunun vücuduna zəncirlənməsi kimi imiş.

Sonradan öyrəndim ki, Qaf dağını duymaq, onun adını eşitmək artıq qanad çıxarmaq imiş.Ona doğru macəraya atılmaq isə insanın özünə doğru atdığı ilk addım imiş.
İndi anlayıram ki, nənəm mənim əlimdən tutub hələ uşaq ikən,

nağılların qanadında çoxdan o dağın arxasına xəyalən, ruhən, işıqlı bir yol ilə getməyin yollarından danışıbmış.

Demə, o əlçatmaz Qaf dağı yerdə-göydə deyilmiş,əslində lap yaxında - içimdə gizlənibmiş…

Sən demə, hər insan bir Qaf dağı və eyni zamanda bir Simurqmuş…

Məqalədə: #Mübariz Yunus

Mövzu üzrə digər xəbərlər

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

16:30
Day.Az informasiya portalının 23 yaşı tamam olur
Cəmiyyət

Day.Az informasiya portalının 23 yaşı tamam olur

09:12
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.