5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Dünya İqtisadi Forumunun Sənaye Ekosistemlərinin Transformasiyası Proqramının rəhbəri ilə görüş keçirilib

DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü çərçivəsində əməkdaşlıq gündəliyi müzakirə edilib. İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Davosda Dünya İqtisadi Forumunun Sənaye Ekosistemlərinin Transformasiyası Proqramının rəhbəri Yörgen Sandströmla görüşüb.

26 Yanvar 2026 14:36
Dünya İqtisadi Forumunun Sənaye Ekosistemlərinin Transformasiyası Proqramının rəhbəri ilə görüş keçirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü çərçivəsində əməkdaşlıq gündəliyi müzakirə edilib.

AzerVoice xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov Davosda Dünya İqtisadi Forumunun Sənaye Ekosistemlərinin Transformasiyası Proqramının rəhbəri Yörgen Sandströmla görüşüb.

Görüşdə Azərbaycanın DİF-in “Sənaye Klasterlərinə Keçid” təşəbbüsünə qoşulmasının ölkəmizdə yeni sənaye klasterlərinin formalaşdırılması, beynəlxalq təşəbbüslərə inteqrasiya və yaşıl iqtisadiyyatın inkişafı istiqamətində önəmi vurğulanıb. Eyni zamanda, bu təşəbbüsün yaşıl iqtisadiyyatın inkişafına, sənayenin karbonsuzlaşmasına, resurslardan səmərəli istifadə və dayanıqlı istehsal modellərinin tətbiqinə töhfə verəcəyi qeyd olunub. Bu istiqamətində növbəti addımlar nəzərdən keçirilib, vörkşopların təşkili müzakirə edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Davos İqtisadi Forumunda iştirakı çərçivəsində Azərbaycanın DİF-in “Sənaye Klasterlərinə Keçid” qlobal təşəbbüsünə qoşulmasına dair Niyyət Məktubu imzalanıb. Sənəd Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Anar Axundov və SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən imzalanıb. Bu addım ölkəmizdə sənaye istehsalının karbonsuzlaşmasına, təmiz enerji həllərinin tətbiqinə və dayanıqlı sənaye modelinə keçidin sürətləndirilməsinə xidmət edir. Bu çərçivədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi ilə “SOCAR Polymer” və “SOCAR Karbamid” müəssisələri arasında əməkdaşlıq çərçivəsində Sumqayıt Sənaye Parkında formalaşdırılan “NextGen” sənaye klasteri istehsal xərclərinin optimallaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalı və ixrac potensialının yüksəldilməsini hədəfləyir.

Qeyd edək ki, hazırda 20 ölkədən 40 sənaye klasterini birləşdirən qlobal əməkdaşlıq platforması olan “Sənaye Klasterlərinə Keçid” təşəbbüsü 2021-ci ildən etibarən icra olunur. Azərbaycanın təşəbbüsə qoşulması İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM-in koordinasiyası ilə həyata keçirilir və bu tərəfdaşlıq ölkəmizin uzunmüddətli sənaye və iqlim hədəflərinə mühüm töhfə verəcək.

Məqalədə: #Dünya İqtisadi Forumu #DİF təşəbbüsləri #Sənaye Klasterlərinə Keçid #sənaye klasterləri #Fariz Cəfərov #SOCAR Polymer #SOCAR Karbamid

Mövzu üzrə digər xəbərlər

Davosdan Əminə Ərdoğana xüsusi dəvət - Türkiyənin “Sıfır Tullantı” vizyonu müzakirə olunacaq
Türkiyə

Davosdan Əminə Ərdoğana xüsusi dəvət - Türkiyənin “Sıfır Tullantı” vizyonu müzakirə olunacaq

11 Avqust 11:23
Eyni məhsulu satan şirkətlər niyə yan-yana yerləşir? İqtisadi nəzəriyyənin izahı
Maraqlı faktlar

Eyni məhsulu satan şirkətlər niyə yan-yana yerləşir? İqtisadi nəzəriyyənin izahı

12 İyul 09:30
2025-ci ildə rəqəmsal iqtisadiyyatın inkişafına strateji töhfələr
İqtisadiyyat

2025-ci ildə rəqəmsal iqtisadiyyatın inkişafına strateji töhfələr

18 Fevral 11:18
Epşteyn işində Makronun da adı hallanıb
Digər Xəbərlər

Epşteyn işində Makronun da adı hallanıb

2 Fevral 09:27

Son Xəbərlər

İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.