12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İllər dəyişir, insanlar dəyişir - dostluq qalır

Bu gün dostlarla bir məclisdə idim. Bir zamanlar universitetdə gələcək arzuları quran insanlar idik. İndi isə gələcəyin içində, yenə gələcək haqqında arzular qururuq. Bir vaxtlar bizi evdə valideynlər gözləyirdi. İndi isə biz övladlarımızı gözləyirik. Bir zaman hamımız sağlam idik. İndi isə çoxumuzun ya cibində dərman var, ya da səhhətində bu və ya digər problemlər.

27 Yanvar 2026 15:32
İllər dəyişir, insanlar dəyişir - dostluq qalır
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün.

Bu gün dostlarla bir məclisdə idim.

Bir zamanlar universitetdə gələcək arzuları quran insanlar idik. İndi isə gələcəyin içində, yenə gələcək haqqında arzular qururuq.

Bir vaxtlar bizi evdə valideynlər gözləyirdi.
İndi isə biz övladlarımızı gözləyirik.

Bir zaman hamımız sağlam idik.
İndi isə çoxumuzun ya cibində dərman var, ya da səhhətində bu və ya digər problemlər.

Hərəmiz bir yerdəyik, hərəmiz ayrı-ayrı sahədəyik.
Mən Allaha çox şükr edirəm ki, qarşıma hər zaman yaxşı dostlar çıxarıb. Böyüdüyüm məhəllədə, oxuduğum məktəbdə, təhsil aldığım universitetdə, xidmət etdiyim hərbi hissədə — ümumiyyətlə, həyatımın hər mərhələsində.

Həyatımın hansı mərhələsində olur-olsun, Allahın mənə bəxş etdiyi dostlar mənim üçün çox böyük dəyər olub.

İllər öncə anam Sutikinti xəstəxanasında əməliyyat olunanda, orada çayçı işləyən bir kişi vardı. Bir ay ərzində dostlarım məni tək qoymadı. Həmin vaxt o çayçı Cəbrayıldan olan bir ağsaqqal dayıma demişdi:
— Bu uşaq kimdir ki, hər gün başına bu qədər insan yığılır?

Dayım da cavab vermişdi:
— Dostlarıdır.

O gündən sonra da dostlar məni heç vaxt tək qoymadı. Birlikdə yedik, birlikdə gəzdik. Birlikdə ağladıq, birlikdə güldük.

Yenə deyirəm, həyatımın hansı mərhələsində olur-olsun, dostluq bağı ilə mənə bağlı olan hər kəs üçün dua edirəm.

Bu həyatda heç vaxt düz-əməlli pul qazana bilmədim, düz-əməlli bir işdə də işləmədim. Həyatımın müəyyən dövründə müəllim oldum. Bilmirəm ömrüm nə qədər olacaq — onu Allah bilir. Amma bir şeyi dəqiq bilirəm:

Bu dünyada ən böyük nemət, ilk növbədə iman nemətidir.
Sonra isə dostlar. Yaxşı dostlar.

Niyə dostlar?
Çünki ailə və qohum onsuz da sənindir — sən onları seçmirsən. Amma dostluq münasibətləri tamam başqa məsələdir.

Bəzən bəzi qohumlarıma deyirəm ki, övladlarım qəfil qarşınıza çıxsalar, bəlkə də tanımazsınız. Çünki həyatımda elə zaman kəsikləri oldu ki, o vaxtlarda yanımda olmadınız. Elə zamanlar oldu ki, mən sizin üçün maraqlı deyildim.

Amma Allahın izni ilə dostlar hər zaman yanımda oldu. Onların arasında mənim kimi işsiz olan da var, iş adamı olan da, yüksək vəzifə sahibi olan da. Amma biz bir araya gələndə sadəcə dostuq.

Şükür bu neməti verən Allaha.

Həyatda sizi sevən və sizin sevdiyiniz çoxlu insanlar olsun ətrafınızda. Bir gün bu dünyadan köçəndə, heç bir mənfəət güdmədən, yalnız qəlb bağı ilə sizə bağlı olan insanlar arxanızca dua edəcək, ağlayacaq.

Allah kövrək insanları sevər.
Ah çəkən insanları sevər.

Quranda bir ifadə var: “əvvah” — çox ah çəkən deməkdir.
Həzrəti İbrahim də belə idi.

إِنَّ إِبْرَاهِيمَ لَحَلِيمٌ أَوَّاهٌ مُنِيبٌ

Həqiqətən, İbrahim çox həlim, çox yalvaran və Allaha daim yönələn idi.

(Hud, 75)

dostluq dəyəri, həyat mərhələləri, insan münasibətləri, sədaqətli dostlar, iman və dostluq, həyat düşüncələri, xatirə yazısı, insan bağları, mənəvi dəyərlər, həyat fəlsəfəsi, friendship value, life reflections, loyal friends, human bonds, faith and friendship, дружба ценность, жизненные этапы, человеческие связи, верные друзья, 友情 价值, 人生 阶段, 情感 纽带, 友情, 人生 思考, 信仰 与 友谊, دوستی, ارزش دوستی, مراحل زندگی, پیوند انسانی, الصداقة, قيم إنسانية, مراحل الحياة, 우정 가치, 인생 단계, 인간 관계, 友情の価値, 人生の段階, 人間関係

Məqalədə: #iman #Dostluq: Zamanın içindən keçən ən səssiz sədaqət #İllər dəyişir #insanlar dəyişir — dostluq qalır #Gələcəyin içində gələcək arzuları və dostluğun dəyəri #Pul yox #vəzifə yox — amma dostlar var #Həyatın mərhələləri və insanı ayaqda saxlayan bağlar #dostluq və ah çəkən qəlblər

Mövzu üzrə digər xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

13:46
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Cəmiyyət

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

09:47
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.