13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları davam etdirilir. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Xocalı rayonunun Ballıca kəndində Xocalı rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

30 Yanvar 2026 23:04
Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaş qəbulları davam etdirilir.

AzerVoice xəbər verir ki, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədovun imzaladığı əmrə əsasən, Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Xocalı rayonunun Ballıca kəndində Xocalı rayonundan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

İşğaldan azad edilmiş ərazilərdə ilk dəfə olaraq keçirilən qəbul zamanı vətəndaşların müraciətləri əsasən təsərrüfatların yaradılması və genişləndirilməsinə dəstək, bağ sahələrinin icarəyə verilməsi, əkin sahələrinə su xəttinin çəkilməsi, kənd təsərrüfatı texnikaları ilə təminat, süni mayalanma texniklərinin hazırlanması və digər məsələlərlə bağlı olub.

AXA sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyərək qaldırılan məsələlərin hərtərəfli araşdırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Sərdar Hacıyev vətəndaşlarla görüş zamanı dövlət başçısının kənd təsərrüfatının inkişafı ilə bağlı imzaladığı sərəncamların aqrar sahədə fəaliyyət göstərən istehsalçıların rifah halının yaxşılaşdırılmasına və bu sahənin ölkə üzrə inkişafına mühüm töhfə verdiyini vurğulayıb. Qəbula gələn vətəndaşlar isə doğma yurdlarında yaşamaqdan məmnunluqlarını ifadə edərək, onlara yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Görüşdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı da iştirak edib.

Vətəndaş qəbulu başa çatdıqdan sonra Agentliyin sədri Sərdar Hacıyev Xocalı rayonunun Ballıca kəndində Məmmədov Fəxri Seymur oğluna, eləcə də Daşbulaq kəndində Əliyev Kərim Bakir oğluna məxsus heyvandarlıq təsərrüfatlarına baxış keçirib və baramaçılığın inkişafı məqsədilə “İntensiv tipli tut bağı” layihəsi çərçivəsində görülmüş işlərlə tanış olub, təsərrüfat rəhbərləri ilə görüşüb.

Görüşlər zamanı heyvandarlıq təsərrüfatlarında aparılan profilaktik peyvəndləmə tədbirləri, heyvanların saxlanma və bəslənmə şəraiti, yemlənməsi, tut plantasiyalarında həyata keçirilən aqrotexniki tədbirlər, həmçinin fermerlərə göstərilən aqrar xidmətlər barədə fikir mübadiləsi aparılıb, təsərrüfatların daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq məsləhət və tövsiyələr verilib.

Xocalı aqrar inkişaf fermer qəbulu heyvandarlıq Hocalı tarım çiftçi kabul hayvancılık Khojaly agriculture farmer reception livestock Ходжалы сельское хозяйство прием фермеров Khojaly développement agricole accueil agriculteurs Khojaly Landwirtschaft Bauernempfang Khojaly desarrollo agrícola agricultores Khojaly sviluppo agricolo allevamento Khojaly agricultura apoio aos agricultores خوجالي الزراعة دعم المزارعين خوجالی توسعه کشاورزی دامداری 霍贾雷 农业 किसान 支持 ホジャリ 農業 農家 支援 호잘리 농업 농민 지원 खोजाली कृषि किसान समर्थन خوجالی زراعت کسانوں کی معاونت খোজালি কৃষি কৃষক সহায়তা Khojaly pertanian dukungan petani Khojaly pertanian sokongan petani โคจาลี การเกษตร สนับสนุนเกษตรกร Khojaly nông nghiệp hỗ trợ nông dân Khojaly landbouw boerenondersteuning Chodżały rolnictwo wsparcie rolników Ходжали сільське господарство підтримка фермерів Khojaly agricultură sprijin fermieri Χοτζαλί γεωργία στήριξη αγροτών חוג'אלי חקלאות תמיכה בחקלאים Khojaly jordbruk stöd till bönder Khojaly landbruk støtte til bønder

Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaşları qəbul edib, təsərrüfatlara baş çəkib
Məqalədə: #Aqrar Xidmətlər Agentliyinin sədri Xocalıda vətəndaş qəbulu keçirdi #Xocalıda fermerlərin müraciətləri dinlənildi #Sərdar Hacıyev işğaldan azad edilmiş ərazilərdə təsərrüfatlara baxış keçirdi #Xocalı rayonunda aqrar inkişafla bağlı qəbul təşkil olundu #Fermerlərin problemləri Xocalıda yerində araşdırıldı #Aqrar sahənin inkişafı Xocalıda müzakirə edildi #Azerbaycan’da Hocalı’da çiftçi kabulü gerçekleştirildi #Tarım Hizmetleri Ajansı Başkanı Hocalı’da incelemelerde bulundu #Hocalı’da tarım projeleri yerinde değerlendirildi #Çiftçilerin talepleri Hocalı’da dinlendi #Azerbaycan’da kurtarılan bölgelerde tarım çalışmaları sürüyor #Hocalı’da hayvancılık ve ipekçilik projeleri incelendi

Mövzu üzrə digər xəbərlər

Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Texnologiya

Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq

19:51
Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46

Son Xəbərlər

Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
Səudiyyə iqtisadiyyatında gərgin saatlar - Aparıcı səhmlərin qiyməti düşdü
20:06
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
Süni intellektin banisi Ceffri Hintondan bəşəriyyətə ciddi xəbərdarlıq
19:51
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
İordaniya və Misir misirli işçilərin vəziyyətini müzakirə edib
19:43
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
İraq və İran Səudiyyə Ərəbistanına hücumu müzakirə edib
19:40
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.