10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib

Məlumat verdiyimiz kimi, Türkiyə Respublikasının İstanbul şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib. Motivasiya və liderlik üzrə təlimçi Marziye İlhan “Müasir diaspor gəncliyi: təşkilatlanma, şəbəkələşmə və liderlik” mövzusunda diaspor təşkilatlarının rolu, gənclərin koordinasiyası, regionlar və ölkələr üzrə fəaliyyət modelləri barədə ətraflı məlumat verib.

5 Fevral 2026 15:31
Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Məlumat verdiyimiz kimi, Türkiyə Respublikasının İstanbul şəhərində 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu” keçirilib.

AzerVoice xəbər verir ki, forum çərçivəsində diaspor gənclərinin təşkilatlanması, liderlik bacarıqlarının artırılması və beynəlxalq platformalarda fəallığının gücləndirilməsi məqsədilə panel müzakirələri və silsilə təlimlər təşkil olunub.

Motivasiya və liderlik üzrə təlimçi Marziye İlhan “Müasir diaspor gəncliyi: təşkilatlanma, şəbəkələşmə və liderlik” mövzusunda diaspor təşkilatlarının rolu, gənclərin koordinasiyası, regionlar və ölkələr üzrə fəaliyyət modelləri barədə ətraflı məlumat verib.

“Siyasi Texnologiyalar Mərkəzi” İctimai Birliyinin rəhbəri Vəli Əlibəyov “Diaspor və lobbiçilik” və “Diaspor gənclərinin media və rəqəmsal aktivliyi” mövzularında təlimlər keçib, “Azərbaycanın xarici siyasəti: Gənclərin ictimai diplomatiyada iştirakı” mövzusunda gənclərlə panel müzakirəsi aparıb. Təlimlərdə diasporun təsir alətləri, effektiv lobbiçiliyin şərtləri, media ilə iş, sosial şəbəkələrdə koordinasiya və dezinformasiyaya qarşı mübarizə yolları barədə gənclər bilgiləndirilib, müxtəlif praktik modellər üzrə tapşırıqlar həll edilib. Paneldə isə diaspor gənclərinin beynəlxalq təmsilçilikdə rolu, dövlət–diaspor–gənclər modeli və milli maraqların müdafiəsinə gənclərin töhfəsi kimi məsələlər barədə fikir mübadiləsi olub, bir sıra tövsiyələr səsləndirilib.

Türkiyənin Qars Qafqaz Universitetinin professoru Dr. İlkin Qulusoy diaspor gəncləri ilə “Azərbaycan dilinin qorunması və təbliği” mövzusunda fikir mübadiləsi aparıb. O, dilin milli kimliyin əsas sütunlarından biri olduğunu vurğulayıb, rəqəmsal platformalar vasitəsilə qorunub saxlanmasının vacibliyindən danışıb. Eyni zamanda xaricdə Azərbaycan dili kurslarının təşkilindən bəhs edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şahin Camalov Azərbaycan Diaspor Gənclərinin (ADG) yeni koordinatorlarını forum iştirakçılarına təqdim edib, ADG haqqında geniş məlumat verib. Bundan başqa, “Gələcək əməkdaşlıq imkanları və ortaq layihələr” panelindəki çıxışında diaspor gəncləri ilə dövlət qurumları arasında davamlı əməkdaşlığın perspektivlərini diqqətə çatdırıb.

Zəngin proqramla keçən forumun sonunda Azərbaycan Diaspor Gənclərinin (ADG) 2026-2028-ci illər üzrə Fəaliyyət Planı qəbul olunub.

Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib Azərbaycan Diaspor Gəncləri: Birlik və İnkişaf Forumu"nda təlimlər və panellər keçirilib
Məqalədə: #Azərbaycan #Bakı #Diasporla İş üzrə Dövlət Komitəsi #Azərbaycan diaspor gəncləri #İstanbul forumu #diaspor gənclərinin təşkilatlanması #Azərbaycan Gəncləri Günü #diaspora liderliyi #diaspor gənclərinin fəaliyyəti

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

20:45
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00

Son Xəbərlər

2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.