4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib

Fevralın 5-də Azərbaycanın turizm imkanları haqqında məlumatlılığı artırmaq məqsədilə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpusunun nümayəndələri üçün tədbir keçirilib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 50-dən çox diplomatik nümayəndəliyin və beynəlxalq təşkilatların təmsilçiləri, fövqəladə və səlahiyyətli səfirlər, attaşe və katiblər iştirak ediblər.

5 Fevral 2026 17:41
Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib

BAKI,AzerVoice

Fevralın 5-də Azərbaycanın turizm imkanları haqqında məlumatlılığı artırmaq məqsədilə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpusunun nümayəndələri üçün tədbir keçirilib.

AzerVoice xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyindən məlumat verilib.

Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 50-dən çox diplomatik nümayəndəliyin və beynəlxalq təşkilatların təmsilçiləri, fövqəladə və səlahiyyətli səfirlər, attaşe və katiblər iştirak ediblər.

DTA sədrinin müavini Azadə Hüseynova tədbirdə çıxış edərək diplomatik korpusla keçirilən bu ənənəvi görüşlərin qarşılıqlı dialoq və əməkdaşlıq baxımından mühüm platforma olduğunu vurğulayıb.

O qeyd edib ki, Azərbaycanın turizm sahəsinə dövlət tərəfindən göstərilən dəstək, son illərdə birbaşa uçuşların sayının artması, genişlənən hava əlaqələri və mərhələli şəkildə sadələşdirilən viza rejimi ölkənin Şərqlə Qərbi birləşdirən regional turizm mərkəzi kimi mövqeyini möhkəmləndirib.

Eyni zamanda Azadə Hüseynova beynəlxalq təşkilatlarda Azərbaycanın aktiv təmsilçiliyini, xüsusilə BMT Turizmlə əməkdaşlıq, 2026-cı il üçün Şuşanın İqtisadi Əməkdaşlıq Təşkilatının "Turizm paytaxtı" seçilməsi, Beynəlxalq Xizək və Snoubord Federasiyası (FIS) Ilə əməkdaşlıq çərçivəsində "Şahdağ" Turizm Mərkəzində keçirilək beynəlxalq yarışlar haqqında danışıb. O, Azərbaycanın indiyədək müxtəlif qlobal tədbirlərə ev sahibliyi etdiyini qeyd edərək may ayında keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) haqqında danışıb və Azərbaycanda işgüzar tədbirlər turizminin inkişaf etməkdə olduğunu bildirib.

Tədbirdə Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədr müavini Teymur Süleymanzadə tərəfindən ölkənin turizm sektorunun strateji inkişaf istiqamətləri, prioritet bazarları, turizm məhsulları, 2025-ci ildə həyata keçirmiş marketinq tədbirləri və 2026-cı il üçün planlaşdırılan fəaliyyətlər haqqında təqdimat edilib.

Təqdimatda mədəni irs, qastroturizm, təbiət və ekoturizm, qış turizmi, sağlamlıq turizmi və şəhər təcrübələri Azərbaycanın əsas turizm məhsulları kimi önə çəkilib.

Xüsusilə “Xınalıq və Köç yolu mədəni landşaftı”nın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi, eləcə də Şəki, Basqal və Qarabağ istiqamətində icma əsaslı turizmin inkişaf etdirilməsi dayanıqlı yanaşmanın nümunəsi kimi qeyd olunub.
Təqdimatda, həmçinin Avropa, Yaxın Şərq və Asiya bazarlarında mövqeyin gücləndirməsinin hədəfləndiyi və Azərbaycanın qlobal turizm xəritəsində rəqabət qabiliyyətini artırmağı məqsəd kimi müəyyən etdiyi vurğulanıb.

Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib
Məqalədə: #Dövlət Turizm Agentliyi #Azərbaycan Turizm Bürosu #Azərbaycan turizm potensialı #diplomatik korpus nümayəndələri #BMT Turizm əməkdaşlığı #Şuşa – Turizm paytaxtı 2026 #BMT Ümumdünya Şəhərsalma Forumu WUF13

Mövzu üzrə digər xəbərlər

Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Cəmiyyət

Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilir

23 İyun 13:33
Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
İqtisadiyyat

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

29 May 19:35
Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib
Siyasət

Pakistanın Pəncab əyalətinin Baş naziri Azərbaycana səfərə gəlib

16 May 17:17
Səudiyyə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda iştirak edəcək
Yaxın Şərq

Səudiyyə Bakıda keçiriləcək 13-cü Ümumdünya Şəhərsalma Forumunda iştirak edəcək

11 May 17:03

Son Xəbərlər

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.