Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Bakıda Dövlət Turizm Agentliyi və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Katibliyinin birgə təşkilatçılığı ilə “AQEM ölkələrində dairəvi yaşıl turizm” (“Circular Green Tourism in the CICA Countries”) mövzusunda beynəlxalq konfrans keçirilir.
Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisinin açılması ölkənin Çin turizm bazarında mövqeyinin daha da gücləndirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir. Yeni nümayəndəlik Azərbaycanın turizm imkanlarının tanıdılması, Çin turizm şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi və ölkəyə turist axınının artırılması məqsədi daşıyır. Açılış mərasimində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Çin bazarının Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin beynəlxalq turizm konfransında “İlin Strateji Tərəfdaşı” mükafatına layiq görülməsi isə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini göstərib.
Keçən ay Azərbaycana gələn turistlərin sayı 5 faiz artıb
2026-cı ilin yanvar ayında Azərbaycana 181 637 əcnəbi vətəndaş səfər edib ki, bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 8 984 nəfər və ya 5% artım deməkdir. Cənubi Asiya regionunu üzrə Hindistandan gələnlərin sayı 9 070 nəfər təşkil edib. Yaxın Şərq regionunun əsas bazarı olan Səudiyyə Ərəbistanından gələnlərin sayı artım göstərərək 8 976 nəfərə çatıb. Bu da ötən ilin yanvarı ayı ilə müqayisədə 2 783 nəfər və ya 44.9% artım deməkdir.
Belarusun aparıcı turizm şirkətlərinə Azərbaycanın turizm potensialı təqdim olunub
Fevralın 12-də Azərbaycan Turizm Bürosu Belarusun paytaxtı Minsk şəhərində keçirilən “Travel Connection Minsk” tədbirində iştirak edib. Belarusdan olan 100-dən çox yerli turizm şirkətini bir araya gətirən tədbir yeni tərəfdaşlıqların qurulması və Azərbaycanın turizm potensialının Belarus turizm sənayesi nümayəndələrinə təqdim edilməsi baxımından effektiv platforma rolunu oynayıb.
Xarici diplomatlar üçün Azərbaycan turizminin təqdimatı keçirilib
Fevralın 5-də Azərbaycanın turizm imkanları haqqında məlumatlılığı artırmaq məqsədilə Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin diplomatik korpusunun nümayəndələri üçün tədbir keçirilib. Tədbirdə Azərbaycanda fəaliyyət göstərən 50-dən çox diplomatik nümayəndəliyin və beynəlxalq təşkilatların təmsilçiləri, fövqəladə və səlahiyyətli səfirlər, attaşe və katiblər iştirak ediblər.
Çində Azərbaycanın turizm imkanları təbliğ edilib
Azərbaycan Turizm Bürosu dekabr ayı ərzində "China Travel Group" (CTG) ilə birgə Çin Xalq Respublikasının Jinan, Şijiazhuanq və Taiyuan şəhərlərində silsilə seminarlar təşkil edib. Tədbirlər çərçivəsində Çin və Azərbaycan arasında turizm əməkdaşlığının gücləndirilməsi istiqamətində təqdimatlar nümayiş olunub. İştirakçılara Azərbaycanın Çin bazarı üçün nəzərdə tutulmuş turizm məhsulları, ölkənin mədəni və tarixi irsi, eləcə də əsas səyahət marşrutları haqqında məlumat verilib.
Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri müzakirə olunub
Çində keçirilən “CITM 2025” (“China International Travel Mart”) beynəlxalq turizm sərgisi çərçivəsində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib. Səfər çərçivəsində Azərbaycan və Çin arasında turizm əlaqələrinin inkişaf istiqamətləri dekabrın 17-də Çin Xalq Respublikasının paytaxtı Pekində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Çinin Mədəniyyət və turizm naziri Sun Yeli arasında keçirilən görüşdə müzakirə olunub.
İstanbulda Azərbaycanın rəsmi turizm nümayəndəlik ofisi açıldı
Dekabrın 9-da Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılış mərasimi keçirilib. Açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu Nərminə Mustafayeva, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, eləcə də Türkiyə və Azərbaycanın turizm sənayesi və media nümayəndələri iştirak ediblər.
BƏƏ və Səudiyyə Ərəbistanından olan turizm şirkətlərinin iştirakı ilə tanışlıq səfəri təşkil olunub
1-7 dekabr tarixlərində Azərbaycan Turizm Bürosu BƏƏ-dən 21, Səudiyyə Ərəbistanından 10 turizm şirkətinin iştirakı ilə tanışlıq səfəri təşkil edib. BƏƏ və Səudiyyə Ərəbistanı nümayəndə heyəti Bakı, Quba, Qusar və Şabran şəhərlərində Azərbaycanın müxtəlif turizm məhsulları ilə tanış olub.
Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil edilib
6-7 dekabr tarixlərində Qarabağın turizm potensialını, eləcə də mövcud infrastruktur imkanlarını tanıtmaq məqsədilə 40 yerli turizm şirkətinin nümayəndələri üçün Xankəndi və Şuşa şəhərlərini əhatə edən tanışlıq səfəri təşkil olunub. Səfər Azərbaycan Turizm Bürosu (ATB), Xankəndi Hoteller Kompleksi, Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA), Azərbaycan Dəmir Yolları (ADY) və Şuşa Şəhər Dövlət Qoruğunun təşkilatçılığı ilə azad olunmuş ərazilərin turizm potensialını və mövcud infrastruktur imkanlarını tanıtmaq məqsədilə həyata keçirilib.
Şəkiyə mediatur təşkil olunub
Dekabrın 2-3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə media nümayəndələrinin səfəri baş tutub. Səfərin məqsədi Şəkinin daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, bölgədə turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasına (WUF13) hazırlıqla bağlı yerləşmə vasitələri ilə görüş keçirilib
WUF13 hazırlığı üzrə yerləşmə görüşü keçirilib.