6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Şəkiyə mediatur təşkil olunub

Dekabrın 2-3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə media nümayəndələrinin səfəri baş tutub. Səfərin məqsədi Şəkinin daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, bölgədə turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.

3 Dekabr 2025 17:59
Şəkiyə mediatur təşkil olunub

BAKI,AzerVoice

Dekabrın 2-3-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Şəki şəhərinə media nümayəndələrinin səfəri baş tutub.

AzerVoice xəbər verir ki, səfərin məqsədi Şəkinin daxili turizm imkanlarını daha geniş nümayiş etdirmək, bölgədə turistlər üçün yaradılan şəraiti, həyata keçirilən layihələri ictimaiyyətə təqdim etmək olub.

Şəkinin Öyrət kəndi ərazisində yerləşən "BioGarden" eko-aqro turizm təsərrüfatı ilə tanışlıq zamanı jurnalistlərə məlumat verilib ki, səkkiz hektar ərazini əhatə edən bağda üç mindən çox meyvə ağacı var. Həmçinin, bağda arıçılıq təsərrüfatı da mövcuddur.

Qeyd olunub ki, “BioGarden” Aqroekoloji Turizm Məkanı 2010-cu ildən etibarən biznes turizm fəaliyyəti göstərir. Biznes subyektinin əsas məqsədi Azərbaycanın şimal-qərb bölgəsində aqrobio müxtəlifliyin inkişafına və davamlı istifadəsinə nail olmaq, turizm fəaliyyəti göstərməkdir. Bununla yanaşı, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı, istehsal olunan ekoloji təmiz məhsullardan istifadə etməklə milli yeməkləri təqdimatı, aqroturizm imkanlarının genişləndirilməsi və təşviqi də əsas hədəflərdir.

Şəkinin qədim və mühüm təsərrüfat sahələrindən biri olan ipəkçilik barədə dolğun məlumat əldə etmək üçün jurnalistlər “Azəripək” ASC-də də olublar. Bildirilib ki, hazırda “Azəripək” ASC-nin baramadan xam ipək açan, toxucu, boyaq-bəzək istehsalatları, burucu və xalça sexləri fəaliyyət göstərir. Müəssisədə yüksək keyfiyyətli 100% təbii xam ipək, müxtəlif ipək məhsullar, eyni zamanda kəlağayı, şərf, çitmə və sair istehsal olunur. İstehsal edilən məhsullar xarici ölkələrə ixrac olunur.

Media mənsubları Şəkidə sənətkarlarla görüşüb, onların iş prosesi ilə yaxından tanış olub, məşhur Şəki halvasının hazırlanması prosesini izləyiblər. Halvaçı Xosrov Qafarov bu şirniyyat növünün hazırlanmasındakı incəliklər barədə ətraflı məlumat verib. Şəkinin ənənəvi dulusçuluq sənət növü ilə tanışlıq zamanı isə dulusçu Əhəd Məmmədov media mənsublarına öz emalatxanasında master-klas göstərib, hazırladığı məhsulların çeşidindən, təyinatından danışıb.

“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisinə baş çəkən jurnalistlərə buradakı tarixi abidələr, maddi-mədəniyyət nümunələri, eyni zamanda Xan sarayı barədə ətraflı məlumat verilib. Bildirilib ki, DTA tabeliyindəki qoruqlarda, o cümlədən “Yuxarı Baş” qoruğunda tarix, mədəniyyət və təbiət abidələrinin, maddi-mədəni irsin qorunması ilə yanaşı, ərazinin turistlər üçün daha maraqlı məkana çevrilməsi üçün cari bərpa və yenidənqurma işləri görülür. Bu işlərin davamı kimi, hazırda Dairəvi Məbəddə bərpa işləri həyata keçirilir.

Mediatur çərçivəsində jurnalistlər sahibkar Sevinc Bayramovaya məxsus “Süsən” istehsalat müəssisəsində də olublar. Media mənsublarına “Süsən” brendi ilə istehsal olunan kəlağayılar, onların çeşidi, daxili və xarici bazarda tələbat, turistlərin bu məhsul növünə marağı barədə məlumat verilib.

Səfər müddətində media nümayəndələrinin maraq doğuran sualları ətraflı cavablandırılıb.

Şəkiyə mediatur təşkil olunub Şəkiyə mediatur təşkil olunub
Məqalədə: #Dövlət Turizm Agentliyi #Regional turizm inkişafı #Daxili turizm imkanları #Şəki turizmi #Media səfəri Şəki #Ekoloji təmiz kənd təsərrüfatı #Əhəd Məmmədov dulusçu #Media turu Azərbaycan

Mövzu üzrə digər xəbərlər

Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilir
Cəmiyyət

Bakıda AQEM ölkələrində dairəvi yaşıl turizmə həsr olunmuş beynəlxalq konfrans keçirilir

23 İyun 13:33
Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
İqtisadiyyat

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

29 May 19:35
Keçən ay Azərbaycana gələn turistlərin sayı 5 faiz artıb
Cəmiyyət

Keçən ay Azərbaycana gələn turistlərin sayı 5 faiz artıb

20 Fevral 12:12
Belarusun aparıcı turizm şirkətlərinə Azərbaycanın turizm potensialı təqdim olunub
Cəmiyyət

Belarusun aparıcı turizm şirkətlərinə Azərbaycanın turizm potensialı təqdim olunub

13 Fevral 12:42

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.