8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisinin açılması ölkənin Çin turizm bazarında mövqeyinin daha da gücləndirilməsinə yönəlmiş mühüm addım kimi qiymətləndirilir. Yeni nümayəndəlik Azərbaycanın turizm imkanlarının tanıdılması, Çin turizm şirkətləri ilə əməkdaşlığın genişləndirilməsi və ölkəyə turist axınının artırılması məqsədi daşıyır. Açılış mərasimində çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Çin bazarının Azərbaycan üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin beynəlxalq turizm konfransında “İlin Strateji Tərəfdaşı” mükafatına layiq görülməsi isə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini göstərib.

29 May 2026 19:35
Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb

BAKI,VOA

Mayın 29-da Çin Xalq Respublikasının paytaxtı Pekində Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəlik ofisinin açılışı baş tutub.

VOA xəbər verir ki, nümayəndəlik ofisinin yaradılması Çin turizm sənayesi ilə əməkdaşlığın daha da gücləndirilməsinə, Azərbaycanın turizm məhsulları və unikal turizm imkanları barədə məlumatlılığın artırılmasına, eləcə də ölkəmizin Çin bazarında tanıtım fəaliyyətlərinin genişləndirilməsinə xidmət edir.

Rəsmi açılış mərasimində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Azərbaycanın Çin Xalq Respublikasındakı ticarət nümayəndəsi Teymur Nadiroğlu, Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid, Azərbaycanın Çin Xalq Resplublikasındakı səfirliyinin nümayəndələri, eləcə də hər iki ölkənin turizm sənayesi və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Fuad Nağıyev bildirib ki, Pekində nümayəndəliyin açılması Azərbaycanın Çin bazarına verdiyi strateji əhəmiyyətin göstəricisidir. O qeyd edib ki, son illərdə iki ölkə arasında turizm əməkdaşlığı dinamik şəkildə inkişaf edir və vizasız rejimlə birbaşa uçuşlar bu prosesə əlavə təkan verir. Fuad Nağıyev əlavə edib ki, nümayəndəliyin fəaliyyəti Azərbaycanın turizm potensialının Çin bazarında daha geniş tanıdılmasına xidmət edəcək.

Tədbir çərçivəsində iştirakçılar Azərbaycan və Çin arasında turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri və yeni tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar. Proqram rəsmi şam yeməyi və tanınmış azərbaycanlı caz pianoçusu və bəstəkarı Emil Əfrasiyabın musiqi ifaları ilə davam edib.

Həmçinin səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti mayın 28-də "Trip.com Group" tərəfindən təşkil olunan “Envision 2026 Global Conference” tədbirində iştirak edib. Tədbirdə Azərbaycan tərəfi uğurlu əməkdaşlıq və davamlı tərəfdaşlığın göstəricisi olaraq “İlin Strateji Tərəfdaşı” mükafatına layiq görülüb.

Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb Azərbaycan Turizm Bürosunun Pekində rəsmi nümayəndəlik ofisi fəaliyyətə başlayıb
Məqalədə: #Azərbaycan #Çin #turizm #Pekin #Dövlət Turizm Agentliyi #Azərbaycan Turizm Bürosu #Çin bazarı #Fuad Nağıyev #Trip.com Group #Emil Əfrasiyab

Mövzu üzrə digər xəbərlər

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Biznes

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı

7 Sentyabr 14:08
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu
Biznes

Qətər Mərkəzi Bankı Körfəz Ödəniş Sistemi "AFAQ"a qoşuldu

7 Sentyabr 11:49
Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri
Biznes

Səudiyyə fond bazarında 3 milyard riyallıq dövriyyə: Günün qazananları və itirənləri

7 Sentyabr 07:20

Son Xəbərlər

Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
Səudiyyə Ərəbistanı Rusiya ilə əməkdaşlığın enerji bazarları üçün əhəmiyyətini vurğulayıb
14:27
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
Qətərdən tarixi ekoloji qərar - ərazilərin 30 faizi qoruğa çevrilir
14:23
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
14:09
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
Çin və Qətər Yaxın Şərqdə gərginliyin azaldılmasını müzakirə edib
12:44
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
Ciddədə qadınlara qarşı zorakılığın qarşısının alınmasında dini liderlərin rolu müzakirə edilib
12:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.