7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Kibertəhlükəsizlik sahəsində “Youth Cyber Forum” keçirilib

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə fevralın 25-də “Youth Cyber Forum” keçirilib.

28 Fevral 2026 22:32
Kibertəhlükəsizlik sahəsində “Youth Cyber Forum” keçirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Orxan Qədirzadə

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının tərəfdaşlığı və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə fevralın 25-də “Youth Cyber Forum” keçirilib.

VOA xəbər verir ki, forum çərçivəsində “Süni intellekt dövründə kibertəhlükəsizlik: Rəqəmsal karyeranın inkişafı və kibermühafizə tədbirləri” mövzusunda panel müzakirə təşkil olunub. Müzakirələr süni intellekt texnologiyalarının sürətli inkişafı fonunda kibertəhlükəsizlik sahəsində yaranan yeni çağırışlar, risklər və imkanlara həsr edilib.

Panelin moderatoru Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının kibertəhlükəsizlik eksperti Nərgiz Əliyeva olub. Spiker qismində isə Assosiasiyanın ekspertləri Lalə Kərimova, Lamiya Nəcəfova, Yusif Süleymanlı və Məmməd Məmmədov çıxış ediblər.

Müzakirələr zamanı süni intellekt əsaslı kibertəhdidlərin artan dinamikası, süni intellekt alətlərindən müdafiə mexanizmi kimi istifadə imkanları, rəqəmsal karyera perspektivləri və tələb olunan bacarıqlar, gənclərin kibertəhlükəsizlik ekosistemində rolu, eləcə də proaktiv kibermühafizə yanaşmalarının əhəmiyyəti xüsusi vurğulanıb.

Spikerlər real praktiki nümunələr əsasında hücum ssenariləri və müdafiə strategiyalarını izah edərək iştirakçıların suallarını cavablandırıblar. Tədbirin sonunda interaktiv müzakirə aparılıb və kibertəhlükəsizlik sahəsində gələcək təşəbbüslər barədə məlumat verilib.

Kibertəhlükəsizlik sahəsində “Youth Cyber Forum” keçirilib Kibertəhlükəsizlik sahəsində “Youth Cyber Forum” keçirilib Kibertəhlükəsizlik sahəsində “Youth Cyber Forum” keçirilib Kibertəhlükəsizlik sahəsində “Youth Cyber Forum” keçirilib Kibertəhlükəsizlik sahəsində “Youth Cyber Forum” keçirilib Kibertəhlükəsizlik sahəsində “Youth Cyber Forum” keçirilib Kibertəhlükəsizlik sahəsində “Youth Cyber Forum” keçirilib Kibertəhlükəsizlik sahəsində “Youth Cyber Forum” keçirilib Kibertəhlükəsizlik sahəsində “Youth Cyber Forum” keçirilib Kibertəhlükəsizlik sahəsində “Youth Cyber Forum” keçirilib Kibertəhlükəsizlik sahəsində “Youth Cyber Forum” keçirilib
Məqalədə: #Bakıda Youth Cyber Forum keçirildi #Süni intellekt dövründə kibertəhlükəsizlik müzakirə olundu #Gənclər üçün rəqəmsal təhlükəsizlik forumu təşkil edildi #Kibertəhdidlər və müdafiə strategiyaları diqqət mərkəzində #Rəqəmsal karyera imkanları forumda təqdim edildi #Proaktiv kibermühafizə yanaşmaları müzakirə edildi

Mövzu üzrə digər xəbərlər

"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

12:27
“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev
Cəmiyyət

“Keyfiyyətli mediasiya – etimadlı proses, ədalətli yanaşma və davamlı həll deməkdir!” – Hümmət Əliyev

11:00
Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu
Texnologiya

Dubay polisindən yeni addım- Rutin işlər proqramlara həvalə olundu

6 Sentyabr 23:00

Son Xəbərlər

İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
İsrail qüvvələri Livanın cənubundakı Hula şəhərini bombalayıb
18:56
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
İran hərbi texnika istehsalını və döyüş taktikasını genişləndirir
18:52
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS
18:46
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
BƏƏ İranla müharibədən sonra enerji ixracı üçün alternativ marşrutlar yaradır
18:41
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
Qəzzadakı vəziyyət siyasi həll imkanlarını daraldır
18:37
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.