6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Dillər əzbəri Xəlil İbrahim türküsünün ürəkparçalayan hekayəsi: Bir ömrün faciəsi

Xəlil İbrahim türküsü hardan baxsaqda, insanı heyrətə salan bir taleyin carçısıdır. Ah çəkmədən, kədərlənmədən bu türkünü dinləmək mümkün deyil. Sanki bütün bədbəxtliklər, yanlış anlamalar, özünü ifadə edə bilməmək , bütün uğursuzlar bir şəxsdə - Xəlil İbrahim - toplanıb… Bu hekayə, bir insanın həyatının başqalarının əlində və dilində necə boş yerə xərclənə biləcəyinin ən acı nümunələrindən biridir.

6 Aprel 2026 20:15
Dillər əzbəri Xəlil İbrahim türküsünün ürəkparçalayan hekayəsi: Bir ömrün faciəsi

BAKI,VOA

Xəlil İbrahim türküsü hardan baxsaqda, insanı heyrətə salan bir taleyin carçısıdır. Ah çəkmədən, kədərlənmədən bu türkünü dinləmək mümkün deyil. Sanki bütün bədbəxtliklər, yanlış anlamalar, özünü ifadə edə bilməmək , bütün uğursuzlar bir şəxsdə - Xəlil İbrahim - toplanıb… Bu hekayə, bir insanın həyatının başqalarının əlində və dilində necə boş yerə xərclənə biləcəyinin ən acı nümunələrindən biridir.

Fatsalı qıvrımsaç Xəlil İbrahim

Hekayənin qəhrəmanı Ordunun Fatsa rayonunda yaşayan qıvrımsaçlı Xəlil İbrahimdir. Onu tanıyanlar heyranlıqla danışırlar: qara zolaqlı kostyumu, səkkizguşəli keti, iskarpin ayaqqabıları və əlindəki çətiri ilə dövrünə görə çox şık geyinən, tipik bir Anadolu gənci idi...

Xəlil İbrahim saat, qramofon, lampa, çətir və kilid kimi o zamanın nadir alətlərinin təmiri ilə məşğul olurdu. Kiçik dükkanında öz zəhməti ilə dolanır, evindən işinə, işindən evinə gedirdi. Gənc yaşda evlənmişdi; qonşu kəndlərin birindən bir qızı qaçıraraq yuva qurmuşdu. Bu evlilikdən bir qızı, bir oğlu dünyaya gəlmişdi. Lakin onun dəyişməyən bir xüsusiyyəti var idi: yanında silah gəzdirər və gizlincə silahları təmir edərdi.

Taleyi qaraldan məktub

Xəlil İbrahim hələ gənc ikən hərbi xidmətə çağırılır. İki uşaq atası kimi əsgərliyə gedir. Lakin orada əlinə bir məktub keçir. Bu zalımlığı kim edibsə, qəsdən etmişdi. Məktubda: "Qayınatan qızını geri alacaq, qonşun isə sənədləri olmayan torpaqlarına göz dikib, mülkünü öz adına keçirəcək."- yazılmışdı.

Bu xəbər Xəlil İbrahimin dünyasını başına yıxır. Əsgərlikdən icazə alıb gedə bilməyəcəyini bildiyi üçün bir gecə fərarilik edir. O, bu fərariliyin ömrünü qaraldacağını bilmədən evinin ətrafındakı meşəlikdə gizlənir. Gecələr gizlicə evinə girib uşaqlarına baxır, ehtiyaclarını qarşılayır. Lakin qaçqın həyatı uzun sürmür və o, yaxalanır.

Döyülmə və ağlını itirmə

Yaxalandığı zaman jandarmalar onu telefon dirəyinə bağlayıb amansızcasına döyürlər. Başına aldığı zərbələrdən Xəlil İbrahimin ağlını başdan alır. Bundan sonra o, artıq köhnə Xəlil İbrahim deyildi.

Cəzasını çəkib əsgərliyini bitirəndə həyatı artıq darmadağın olmuşdu. Qayınatası həqiqətən qızını geri almış və onu başqa bir kənddən birinə ərə vermişdi. Xəlil İbrahim artıq tərbaşına yalnız idi. İnsanlardan tamamilə qopmuş, heç kimlə danışmır, ancaq gecələr meşələrdə, kimsəsiz yollarda dolaşırdı.

Türkiyədə sağ-sol qarşıdurmalarının şiddətləndiyi 80-ci illərdə kəndlərdə kimsə rahat gəzə bilmirdi. Amma ağlını itirmiş Xəlil İbrahim heç nəyi önəmsəmədən hər yerdə dolaşırdı. Bir gün onun evi yandırılır. O, evindən ancaq bir neçə əşya qurtarıb meşədə bir daxmada yaşamağa başlayır.

Bir gecə güclü yağışın altında qalan Xəlil İbrahim dözə bilmir və yaxın tanıdığı Dursun adlı əmisinin evinə gedir, Yaəşdan islanan Xəlil İbrahim soyuqdan samanlığı girir. Səhər oyananda jandarmaları qarşısında görür. Əslində heç bir günahı yox idi, bəraət alacaqdı. Hətta Dursun əmisinin ailəsi onun xeyrinə ifadə verirdi.

Lakin Xəlil İbrahimin ağlına 29 il əvvəl dirəyə bağlanıb döyüldüyü o dəhşətli an düşür. Qorxuya düşüb qaçmağa başlayır. Komandir arxasından qışqırır: "Qaçma, sənə bir şey etməyəcəyik, sərbəstsən!". Amma Xəlil eşitmir. Komandir havaya xəbərdarlıq atəşi açanda, qarşı tərəfdən gələn başqa bir əsgər Xəlil İbrahimi "təhlükəli cinayətkar" zənn edərək onu başından vurur. Xəlil İbrahim yerə yıxılmır, kürəyi qayaya söykənmiş halda can verir.

Onun ölümündən sonra oğlu atasının əşyalarını götürməkdən imtina edir, onu tanımadığını deyir. Ancaq şair Dursun Ali Akınet bu faciəni şeirə tökdükdən və mahnı bəstələndikdən sonra ailəsi həqiqəti anlayır. Oğlu və yaxınları böyük peşmanlıq yaşasalar da, artıq iş işdən keçmişdi. Xəlil İbrahim artıq yox idi, geriyə ancaq bu acı türkü qalmışdı.

Məqalədə: #Ordu #Xəlil İbrahim türküsü #Dursun Ali Akınet

Mövzu üzrə digər xəbərlər

Livan ordusu ölkənin cənubunda dörd partlamamış aviabombanı zərərsizləşdirdi
Yaxın Şərq

Livan ordusu ölkənin cənubunda dörd partlamamış aviabombanı zərərsizləşdirdi

4 İyul 18:02
Livan ordusu etirazlar fonunda vətəndaşları məsuliyyətli davranmağa çağırıb
Yaxın Şərq

Livan ordusu etirazlar fonunda vətəndaşları məsuliyyətli davranmağa çağırıb

27 İyun 22:01
Livan ordusunun komandanı Böyük Britaniya rəsmiləri ilə görüşüb
Yaxın Şərq

Livan ordusunun komandanı Böyük Britaniya rəsmiləri ilə görüşüb

27 İyun 19:45
İran Prezidenti Pakistan ordusunun baş komandanı ilə görüşüb
İran

İran Prezidenti Pakistan ordusunun baş komandanı ilə görüşüb

23 İyun 21:11

Son Xəbərlər

Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.