4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Daşkənddə Əmir Teymurun 690 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

9 Aprel 2026-cı il tarixində Özbəkistanda İslam Sivilizasiyası Mərkəzində (Daşkənd şəh.) “Əmir Teymur və Teymurilər dövrünün dünya tarixində və mədəniyyətində rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Tədbir Özbəkistan Respublikasının Prezidentinin "Əmir Teymurun anadan olmasının 690 illiyinin geniş qeyd edilməsi haqqında" Sərəncamına əsasən keçirilir.

10 Aprel 2026 17:14
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Daşkənddə Əmir Teymurun 690 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib

BAKI,VOA

9 Aprel 2026-cı il tarixində Özbəkistanda İslam Sivilizasiyası Mərkəzində (Daşkənd şəh.) “Əmir Teymur və Teymurilər dövrünün dünya tarixində və mədəniyyətində rolu və əhəmiyyəti” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Tədbir Özbəkistan Respublikasının Prezidentinin "Əmir Teymurun anadan olmasının 690 illiyinin geniş qeyd edilməsi haqqında" Sərəncamına əsasən keçirilir.

VOA xəbər verir ki, konfransın açılış mərasimində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulova belə mötəbər tədbirin elmi dialoqun genişlənməsi, mədəni mübadilənin inkişafı və xalqlar arasında humanitar əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm platformaya çevriləcəyinə əminliyini ifadə edib.

Fondun prezidenti təşkilatın türk dünyasının zəngin mədəni irsinin qorunması, tədqiqi və beynəlxalq miqyasda tanıdılması istiqamətində sistemli fəaliyyət həyata keçirdiyini qeyd edib. Professor A.Raimkulova çıxışında Özbəkistanın Fondun tərkibinə tamhüquqlu üzvü kimi qoşulmasının və Türkmənistanın müşahidəçi statusu əldə etməsinin təşkilatın fəaliyyət imkanlarını daha da artırdığını bildirib.

Konfransın Əmir Teymur irsinin öyrənilməsi və qorunması istiqamətində yeni elmi əməkdaşlıqlara yol açacağını bildirərək, Özbəkistan rəhbərliyinə türk dünyasının ortaq irsinin araşdırılmasında göstərdiyi davamlı dəstəyə görə minnətdarlığını ifadə edib.

Konfransda müxtəlif ölkələrdən 300-ə yaxın alim, ekspert, diplomat və media nümayəndələri iştirak edir.

Tədbir çərçivəsində konfrans iştirakçıları Əmir Teymurun abidəsi önünə gül dəstələri qoyaraq onun xatirəsini dərin ehtiramla yad ediblər.

Konfransın sonunda Teymurilər irsinin beynəlxalq səviyyədə dərindən öyrənilməsinə və geniş təbliğinə yönəlmiş mühüm elmi tövsiyələr və birgə təşəbbüslər hazırlanacaq.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Daşkənddə Əmir Teymurun 690 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Daşkənddə Əmir Teymurun 690 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Daşkənddə Əmir Teymurun 690 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Daşkənddə Əmir Teymurun 690 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Daşkənddə Əmir Teymurun 690 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Daşkənddə Əmir Teymurun 690 illiyinə həsr olunmuş beynəlxalq konfransda çıxış edib
Məqalədə: #Özbəkistan #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Əmir Teymur

Mövzu üzrə digər xəbərlər

Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT ölkələrinin dəmir yolu məkanlarının inteqrasiyası üzrə Şuranın yaradılmasını təklif edib

1 Sentyabr 16:17
Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib
Siyasət

Özbəkistan Prezidenti ŞƏT-də ərzaq, su və enerji təhlükəsizliyi üzrə yeni mexanizm yaradılmasını təklif edib

1 Sentyabr 15:51
Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib
Siyasət

Mirziyoyev ŞƏT-in Sənaye Əməkdaşlığı Xəritəsinin yaradılmasını təklif edib

1 Sentyabr 15:46
Özbəkistan ŞƏT-ə süni intellekt sahəsində tərəfdaşlıq təklif edir
Siyasət

Özbəkistan ŞƏT-ə süni intellekt sahəsində tərəfdaşlıq təklif edir

1 Sentyabr 14:02

Son Xəbərlər

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.