12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb

Aprelin 23-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb. Görüşdə Azərbaycan ilə İran arasında dini sahədə əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri və regionda dini sabitliyin qorunmasının əhəmiyyəti müzakirə olunub.

23 Aprel 2026 16:42
Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb

BAKI, VOA

Aprelin 23-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

VOA xəbər verir ki,görüşdə Azərbaycan ilə İran arasında dini sahədə əməkdaşlıq məsələləri, qarşılıqlı əlaqələrin inkişaf perspektivləri və regionda dini sabitliyin qorunmasının əhəmiyyəti müzakirə olunub.

Ramin Məmmədov ölkəmizdə mənəvi dəyərlərin qorunması və inkişafına dövlət tərəfindən göstərilən xüsusi qayğını vurğulayaraq bildirib ki, Azərbaycanda dini-mənəvi irsin yaşadılması, milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi və tolerantlıq ənənələrinin möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Səfir Müctəba Dəmirçilu İran ilə Azərbaycan arasında tarixi, dini və mədəni bağların mövcudluğunu vurğulayaraq, bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. O, son dövrlərdə baş verən hadisələr zamanı ölkəmizin nümayiş etdirdiyi mövqeyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürünü bildirib. Azərbaycan dövləti tərəfindən edilən humanitar yardımların və göstərilən mənəvi dəstəyin xüsusi əhəmiyyətə malik olduğunu, yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Görüş zamanı həmçinin, dini-elmi tədqiqatlar üzrə təcrübə mübadiləsinin həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb Dövlət Komitəsinin sədri İran səfiri ilə görüşüb
Məqalədə: #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #İran- Azərbaycan münasibətləri #İran-Azərbaycan münasibətləri #Ramin Məmmədov #Müctəba Dərmiçilu

Mövzu üzrə digər xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

13:46
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Cəmiyyət

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

09:47
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.