14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti ilə Qaziantep Böyükşəhər Bələdiyyə sədri arasında görüş keçirilib

27 aprel 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın Qaziantep şəhərinə (Türkiyə) işgüzar səfəri çərçivəsində Qaziantep Böyükşəhər Bələdiyyə sədri Fatma Şahin ilə görüşüb. Tərəflər türk dünyasının zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi sahəsində uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə ediblər.

28 Aprel 2026 15:54
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti ilə Qaziantep Böyükşəhər Bələdiyyə sədri arasında görüş keçirilib

BAKI,VOA

27 aprel 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti professor Aktotı Raimkulovanın Qaziantep şəhərinə (Türkiyə) işgüzar səfəri çərçivəsində Qaziantep Böyükşəhər Bələdiyyə sədri Fatma Şahin ilə görüşüb.

VOA xəbər verir ki, tərəflər türk dünyasının zəngin mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə ötürülməsi sahəsində uzunmüddətli əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Görüş zamanı Aktotı Raimkulova Türk dünyasının mirasını gələcək nəsillərə ötürmək missiyası ilə fəaliyyət göstərən Fondun beynəlxalq səviyyəli layihələri, o cümlədən Türk Folklor Antologiyası və mədəni irsin rəqəmsallaşdırılması istiqamətindəki addımları barədə məlumat verib.

Səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirən Fondun prezidenti, Qaziantepin mədəni dəyərlərin qorunması sahəsindəki güclü institusional imkanlarını və beynəlxalq təcrübəsini təşkilat üçün dəyərli tərəfdaşlıq zəmini kimi qiymətləndirib.

Qaziantep Böyükşəhər Bələdiyyə sədri Fatma Şahin öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının birliyinin möhkəmləndirilməsi və ortaq köklərin dünyaya tanıdılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. O, Fondun həyata keçirdiyi layihələrin mədəni yaddaşın qorunmasında mühüm rol oynadığını bildirərək, Qaziantepin bu ali missiyada hər zaman etibarlı bir tərəfdaş kimi iştirak etməyə hazır olduğunu vurğulayıb.

Görüşün sonunda tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlığın inkişaf etdirilməsi və konkret layihələrin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin davam etdirilməsi barədə razılığa gəliblər.

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti ilə Qaziantep Böyükşəhər Bələdiyyə sədri arasında görüş keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti ilə Qaziantep Böyükşəhər Bələdiyyə sədri arasında görüş keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti ilə Qaziantep Böyükşəhər Bələdiyyə sədri arasında görüş keçirilib
Məqalədə: #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Qaziantep

Mövzu üzrə digər xəbərlər

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

13:12
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
Cəmiyyət

Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev

12:29
Yuxuda köstəbək görmək
Yuxuyozma

Yuxuda köstəbək görmək

08:00
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23

Son Xəbərlər

Qətər korrupsiyaya qarşı mübarizə üzrə VI Ərəb Konfransına ev sahibliyi edəcək
Qətər korrupsiyaya qarşı mübarizə üzrə VI Ərəb Konfransına ev sahibliyi edəcək
20:25
Səudiyyə futbol qurumları Diogu Jota ilə bağlı şüarlara görə tədbir görəcək
Səudiyyə futbol qurumları Diogu Jota ilə bağlı şüarlara görə tədbir görəcək
20:17
Səudiyyə Ərəbistanında 110 milyon ton nadir torpaq elementi filizi aşkarlanıb
Səudiyyə Ərəbistanında 110 milyon ton nadir torpaq elementi filizi aşkarlanıb
20:10
Misir və Sinqapur Qəzzadakı vəziyyəti və ikitərəfli əlaqələri müzakirə edib
Misir və Sinqapur Qəzzadakı vəziyyəti və ikitərəfli əlaqələri müzakirə edib
20:05
Misir süni intellekt və məlumat mərkəzlərinə regional investisiyaları cəlb etməyi hədəfləyir
Misir süni intellekt və məlumat mərkəzlərinə regional investisiyaları cəlb etməyi hədəfləyir
19:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.