4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Milli İnsan Resursları Forumu 2026 uğurla tamamlandı

Ölkəmizdə biznes tədbirlərinin təşkili sahəsində ixtisaslaşan “Facemark” şirkətinin təşkilatçılığı ilə keçirilən IX Milli İnsan Resursları Forumu (MİRF) uğurla yekunlaşıb.

18 May 2026 10:31
Milli İnsan Resursları Forumu 2026 uğurla tamamlandı

BAKI,VOA

Ölkəmizdə biznes tədbirlərinin təşkili sahəsində ixtisaslaşan “Facemark” şirkətinin təşkilatçılığı ilə keçirilən IX Milli İnsan Resursları Forumu (MİRF) uğurla yekunlaşıb. Bu il forum iştirakçılarını “Yeni reallıq” konsepti ətrafında bir araya gətirərək insan resursları sahəsində müasir çağırışlar, dəyişən iş dünyası və gələcəyin idarəetmə modelləri müzakirə olunub.

VOA xəbər verir ki,texnologiyanın sürətli inkişafı, süni intellektin həyatımıza inteqrasiyası, dəyişən biznes mühiti və liderlik yanaşmaları insan resursları sahəsində yeni tendensiyalar formalaşdırır. Forum çərçivəsində məhz bu yeni reallıqda insan amilinin qorunması, çevik idarəetmə, innovativ düşüncə və davamlı inkişaf mövzularına xüsusi diqqət ayrılıb.

Forum “Yeni reallıqda liderlik”, “Yeni reallıqda insan” və “Yeni reallıqda oyun qaydaları” adlı üç əsas panel üzrə təşkil olunub. Tədbir boyunca 3 moderator və 15 spiker öz peşəkar təcrübələrini, baxışlarını və praktik yanaşmalarını iştirakçılarla bölüşüblər.

Forumun təşkilati dəstəyi “HR Option” şirkəti tərəfindən göstərilib. Tədbirin sponsoru “Başkent” Restoranlar Şəbəkəsi, dəstəkçiləri isə “Markup Agency” və “Moon Group” şirkətləri olub.

Tədbirin açılış nitqləri MİRF layihə rəhbəri, “Baku Electronics” şirkətinin İnsan Resursları departamentinin direktoru Cabir Süleymanlı və “Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltay tərəfindən edilib. Açılış çıxışlarında insan resurslarının müasir biznesdə strateji rolu, yeni dövrün çağırışları və forumun əhəmiyyəti vurğulanıb.

Forumun ilk paneli “Yeni reallıqda liderlik” mövzusuna həsr olunub. Panelin moderatoru “Baku Electronics” şirkətinin İnsan Resursları departamentinin direktoru Cabir Süleymanlı olub. Panel çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Lalə Məmmədova, “Prior Lizinq” şirkətinin İnsan Resursları və İnzibati Xidmətlər Departamentinin müdiri Rəna Şərifova, ADA Universitetinin Təşkilat və İnsan Resurslarının idarə olunması Departamentinin baş rəhbəri Gülnur İsparova, “PAŞA Holding”in Qrup üzrə Liderlik İnkişafı Meneceri Aytən Mehtiyeva və “AzerGold” QSC-nin İnsan resurslarının idarəolunması şöbəsinin müdiri Nurlan Şıxəliyev çıxış edərək liderliyin dəyişən tələbləri, yeni idarəetmə modelləri və insan kapitalının inkişafı barədə fikirlərini bölüşüblər.

“Yeni reallıqda insan” adlı ikinci panelin moderatoru “FutureBright” Şirkətlər Qrupunun Azərbaycan üzrə ölkə direktoru Könül Əliyeva olub. Panel zamanı “Bahar Energy Operating Company”nin İnsan Resursları üzrə direktoru Orxan Əliyev, “Destec Group”un İdarə Heyətinin sədri Sakit Səmədov, Avropa Dövlət İdarəetməsi İnstitutunda xarici ekspert, rəqəmsal transformasiya və süni intellekt sahəsində konsultant Elnur Məmmədli, biznes təlimçi və kouç Lalə Abdurəhmanova, eləcə də “Deloitte Akademiyası”nın rəhbəri Nilufər Məsimova çıxış edərək insan faktorunun dəyişən iş mühitində rolu, adaptasiya bacarıqları və gələcəyin iş modelləri haqqında ətraflı müzakirələr aparıblar.

Forumun son paneli “Yeni reallıqda oyun qaydaları” mövzusunda təşkil olunub. Panelin moderatoru Human Development Centerin direktoru Toğrul Ələkbərov olub. Panel çərçivəsində “Harrison Assessments” partnyoru və məsləhətçi Banu Aksoy, SOCAR Baş Ofisinin Təşkilatı inkişaf şöbə rəisi Qoşqar Qurbanlı, “Beyli Group”un CEO-su, idarəetmə və təşkilati mədəniyyət üzrə konsultant Kamil Bayramlı, “Bank of Baku” ASC-nin İnsan Resursları Departamentinin direktoru Gülarə Novruzova-Gözəlova və “Bestcomp Group” QSC-nin İnsan resursları üzrə baş müdiri Fuad Qəmbərov çıxış edərək dəyişən biznes qaydaları, korporativ mədəniyyət, təşkilati inkişaf və gələcəyin iş strategiyaları barədə dəyərli fikirlər səsləndiriblər.

Forum boyunca insan resursları sahəsində aktual mövzular üzrə geniş fikir mübadiləsi aparılıb, iştirakçılar arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub və peşəkar şəbəkələşmə üçün əlverişli platforma formalaşıb. Həmçinin, forumun rəsmi hissəsindən sonra iştirakçılar üçün xüsusi əyləncə proqramı və after party təşkil olunub. İştirakçılar həm peşəkar networking imkanlarından yararlanıb, həm də musiqili proqramla xoş anlar yaşayıblar. Sevilən ifaçıları Promete və Nərgizin canlı çıxışları tədbirə xüsusi ab-hava qataraq, iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

IX Milli İnsan Resursları Forumu insan resursları sahəsində yenilikçi yanaşmaların paylaşılması, peşəkar inkişafın təşviqi və biznes dünyasının aparıcı nümayəndələrinin bir araya gəlməsi baxımından mühüm platforma kimi yadda qalıb.

Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (TurkicWorld) və VOA IX Milli İnsan Resursları Forumunun rəsmi media tərəfdaşıdır.

Milli İnsan Resursları Forumu 2026 uğurla tamamlandı Milli İnsan Resursları Forumu 2026 uğurla tamamlandı Milli İnsan Resursları Forumu 2026 uğurla tamamlandı Milli İnsan Resursları Forumu 2026 uğurla tamamlandı Milli İnsan Resursları Forumu 2026 uğurla tamamlandı Milli İnsan Resursları Forumu 2026 uğurla tamamlandı Milli İnsan Resursları Forumu 2026 uğurla tamamlandı
Məqalədə: #Facemark #IX Milli İnsan Resursları Forumu #Yeni Reallıq #MİRF

Mövzu üzrə digər xəbərlər

Bakıda Biznes Liderləri Zirvəsi keçirildi: Liderlik, innovasiya və süni intellekt əsas müzakirə mövzuları oldu
Biznes

Bakıda Biznes Liderləri Zirvəsi keçirildi: Liderlik, innovasiya və süni intellekt əsas müzakirə mövzuları oldu

24 İyun 12:15
Bakıda Biznes Liderləri Zirvəsi keçiriləcək
Cəmiyyət

Bakıda Biznes Liderləri Zirvəsi keçiriləcək

20 İyun 17:52
Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu
Cəmiyyət

Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu

10 İyun 14:34
XI Milli Marketinq Forumu uğurla başa çatıb
Cəmiyyət

XI Milli Marketinq Forumu uğurla başa çatıb

8 İyun 14:28

Son Xəbərlər

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırıldı
18:03
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
17:46
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
Skott Bessentin Aİ açıqlaması Brüsseldə suallar yaradıb
17:41
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
İran hava hücumundan müdafiə qüvvələri - “İstənilən qarşıdurmaya hazırıq”
17:33
İran və İordaniya arasında diplomatik gərginlik artır
İran və İordaniya arasında diplomatik gərginlik artır
17:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.