Bakıda Biznes Liderləri Zirvəsi keçirildi: Liderlik, innovasiya və süni intellekt əsas müzakirə mövzuları oldu
Bakıda biznes ictimaiyyətinin aparıcı nümayəndələrini bir araya gətirən Biznes Liderləri Zirvəsi uğurla başa çatıb. İyunun 23-də “The Ritz-Carlton Baku” hotelində keçirilən tədbir ölkənin biznes mühitinin tanınmış simalarını, şirkət rəhbərlərini, sahibkarları və müxtəlif sahələri təmsil edən peşəkarları eyni platformada birləşdirib.
Bakıda Biznes Liderləri Zirvəsi keçiriləcək
İyunun 23-də “The Ritz-Carlton Baku”da keçiriləcək “Biznes Liderləri Zirvəsi” biznes mühitinin tanınmış simalarını, şirkət rəhbərlərini, sahibkarları və müxtəlif sektorları təmsil edən peşəkarları bir araya gətirəcək. Tədbir “Facemark” və “FutureBright” Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə keçirilir.
Bakıda "Biznes Liderləri Zirvəsi" keçiriləcək — Beynəlxalq spikerlərin adları bəlli oldu
“Facemark” və “FutureBright” Şirkətlər Qrupunun birgə təşkilatçılığı ilə cari ilin 23 iyun tarixində Bakıda, “The Ritz-Carlton” otelində baş tutacaq möhtəşəm tədbir biznes dünyasının aparıcı simalarını, sahibkarları, top-menecerləri və müxtəlif sahələr üzrə peşəkarları bir araya gətirəcək.
XI Milli Marketinq Forumu uğurla başa çatıb
"Facemark" şirkətinin təşkilatçılığı ilə keçirilən XI Milli Marketinq Forumu uğurla yekunlaşıb. "AI işığında" konsepti ilə təşkil olunan tədbir marketinq, kommunikasiya, biznes və kontent sahələrini təmsil edən 500-dən çox iştirakçını bir araya gətirib.
Bakıda Bloger və İnfluenserlər Forumu öncəsi spikerlərlə görüş keçirilib
Bakıda keçiriləcək Bloger və İnfluenserlər Forumu öncəsi spikerlərlə görüş təşkil olunub. Azərbaycan rəqəmsal kontent və sosial media sahəsində ilk dəfə təşkil olunan forum 6 iyun tarixində Bakı Konqres Mərkəzində “Facemark” şirkətinin təşkilatçılığı ilə baş tutacaq.
XI Milli Marketinq Forumunun spikerləri bəlli oldu
Azərbaycanın marketinq ekosisteminin aparıcı platformalarından hesab olunan Milli Marketinq Forumu bu il “Facemark” şirkətinin təşkilatçılığı ilə 11-ci dəfə keçiriləcək. Forum 6 iyun tarixində Bakı Konqres Mərkəzində iştirakçılarını bir araya gətirəcək.
Milli İnsan Resursları Forumu 2026 uğurla tamamlandı
Ölkəmizdə biznes tədbirlərinin təşkili sahəsində ixtisaslaşan “Facemark” şirkətinin təşkilatçılığı ilə keçirilən IX Milli İnsan Resursları Forumu (MİRF) uğurla yekunlaşıb.
IX Milli İnsan Resursları Forumuna son 3 gün
Biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan “Facemark” şirkətinin təşkilatçılığı və “HR Option” şirkətinin təşkilati dəstəyi ilə keçirilən IX Milli İnsan Resursları Forumunun başlamasına cəmi 3 gün qaldı. Ölkənin HR ekosistemini bir araya gətirəcək bu mötəbər tədbir 16 may tarixində Bakı Konqres Mərkəzində baş tutacaq.
İnteryer İnşaat Memarlıq Mebel Forumu 2026 uğurla yekunlaşdı!
“Facemark” və “Mutfakçı” şirkətlərinin birgə təşkilatçılığı ilə 8–9 may 2026 tarixlərində “Sea Breeze Event Hall”da interyer, inşaat, memarlıq və mebel sahələrinin aparıcı mütəxəssislərini, innovativ şirkətlərini və peşəkar icmasını bir araya gətirən İnteryer, İnşaat, Memarlıq və Mebel Forumu keçirilib. İnteryer İnşaat Memarlıq Mebel Forumu bu il 2-ci dəfə olaraq ölkəmizdə biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan Facemark şirkəti və keyfiyyətli məhsul və xidmətləri ilə tanınan, müasir dizayn və funksionallığı bir araya gətirən Muftakçı şirkətinin təşkilatçılığı ilə keçirilib.
İnteryer İnşaat Memarlıq Mebel Forumuna 3 gün qaldı
İnteryer İnşaat Memarlıq Mebel Forumu bu il 2-ci dəfə olaraq ölkəmizdə biznes tədbirlərin təşkilatçılığı üzrə ixtisaslaşan Facemark şirkəti və keyfiyyətli məhsul və xidmətləri ilə tanınan, müasir dizayn və funksionallığı bir araya gətirən Muftakçı şirkətinin təşkilatçılığı ilə keçirilir. Forum 8-9 may tarixində Sea Breeze Resort ərazisində keçiriləcək.
Ölkəmizdə ilk dəfə Bloger və İnfluenserlər Forumu keçiriləcək!
Azərbaycanın rəqəmsal kontent və sosial media sahəsində ilk dəfə təşkil olunan Bloger və İnfluenserlər Forumu “Facemark” şirkətinin təşkilatçılığı ilə 6 iyun tarixində Bakı Konqres Mərkəzində baş tutacaq. Tədbir “İnsure.az” və “Başkent” restoranlar şəbəkəsinin sponsorluğu ilə həyata keçirilir.
Bakıda XI Milli Marketinq Forumu keçiriləcək
“AI işığında” konsept mesajı ilə təşkil olunacaq forum çərçivəsində marketinq, kommunikasiya və biznes sahələrində fəaliyyət göstərən peşəkar moderator və spikerlərin iştirakı nəzərdə tutulur. Bu ilki konsept süni intellektin sürətlə dəyişən dünyada biznes qərarlarına, brend yanaşmalarına və istehlakçı davranışına təsirini ön plana çıxarır. “AI işığında” yanaşması, texnologiyanın yalnız alət deyil, eyni zamanda strateji düşüncə tərəfdaşı kimi rolunu vurğulayır.