6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Astanada Qızıl Orda sivilizasiyasına həsr olunmuş beynəlxalq simpozium keçirilir: Nadir arxiv sənədləri və artefaktlar ilk dəfə tək məkanda

19 May 2026-cı il tarixində, UNESCO-nun himayəsi altında Astanada "Qızıl Orda Çöl Sivilizasiyasının Modeli Kimi: Tarix, Arxeologiya, Mədəniyyət və Kimlik" Beynəlxalq Simpoziumunun açılış mərasimi keçirilib. Simpozium çərçivəsində. Qızıl Orda tarixinə aid nadir arxeoloji artefaktları, əlyazmaları və beynəlxalq arxiv sənədlərini ilk dəfə vahid məkanda toplayan sərgi açılıb.

20 May 2026 16:13
Astanada Qızıl Orda sivilizasiyasına həsr olunmuş beynəlxalq simpozium keçirilir: Nadir arxiv sənədləri və artefaktlar ilk dəfə tək məkanda

BAKI,VOA

19 May 2026-cı il tarixində, UNESCO-nun himayəsi altında Astanada "Qızıl Orda Çöl Sivilizasiyasının Modeli Kimi: Tarix, Arxeologiya, Mədəniyyət və Kimlik" Beynəlxalq Simpoziumunun açılış mərasimi keçirilib. Simpozium çərçivəsində. Qızıl Orda tarixinə aid nadir arxeoloji artefaktları, əlyazmaları və beynəlxalq arxiv sənədlərini ilk dəfə vahid məkanda toplayan sərgi açılıb.

VOA xəbər verir ki,tədbirin rəsmi açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev salamlama nitqi ilə çıxış edib. Tədbir iştirakçılarını və beynəlxalq təşkilatların nümayəndələrini salamlayan Qazaxıstanın Dövlət Başçısı, Qızıl Ordanın Şərqlə Qərbi birləşdirən böyük bir siyasi quruluş və danılmaz tarixi fakt olduğunu vurğulayaraq, bu irsin dərindən öyrənilməsinin aktuallığını heç vaxt itirməyəcəyini qeyd edib. Prezident, həmçinin Qazaxıstanın təşəbbüslərini dəstəklədiyinə görə UNESCO rəhbərliyinə minnətdarlığını bildirib.

Qazaxıstan Prezidenti həmçinin əminliyini bildirib ki, hazırkı unikal simpoziumun keçirilməsi ümumdünya tarixi-mədəni irsinin sistemli şəkildə öyrənilməsinə yeni təkan verəcək. Bu ali məqsədə çatmaqda iştirak edən alim və ekspertlərin mühüm töhfəsini xüsusi vurğulayıb.

Fəxri spikerlər arasında – UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru Lazar Elundu Assomo; Qırğız Respublikasının Dövlət katibi Arslan Koyçiyev; Tatarıstan Respublikasının mədəniyyət naziri İrada Ayupova; “La France s’engage” Fondunun prezidenti Odre Azule; Monqolustan Elmlər Akademiyasının prezidenti Demberel Sodnosambuu; Özbəkistan Respublikası Elmlər Akademiyasının prezidenti Şavkat Ayupov yer alıblar.

Simpozium çərçivəsində keçirilən “Qızıl Ordanın maddi-mənəvi mədəni irsi: artefaktlar, yazılı və şifahi mənbələr, İpək Yolu boyu qarşılıqlı əlaqələr” adlı ikinci hissəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova geniş məruzə ilə çıxış edib.

Professor Aktotı Raimkulova çıxışında Fondun Türk dünyasının zəngin mədəni irsinin qorunması, bərpası və beynəlxalq müstəvidə təbliği istiqamətində həyata keçirdiyi irimiqyaslı fəaliyyətlərə toxunub.

Xanım Aktotı Raimkulova son iki il ərzində Fond tərəfindən müasir rəqəmsallaşdırmadan tutmuş unikal elmi-tədqiqat layihələrinə, bərpa və sənədləşdirmə işlərindən akademik mübadilələrə qədər ümumilikdə 140-dan çox layihənin uğurla icra olunduğunu diqqətə çatdırıb.

Fondun prezidenti təşkilatın müasir dövrün çağırışlarına uyğun olaraq tarixi irsin qorunmasında qlobal trendləri, qabaqcıl texnoloji həlləri və rəqəmsal innovasiyaları tətbiq etdiyini, mədəni diplomatiyanın gücləndirilməsi istiqamətində fəaliyyətini tamamilə yeni müstəvidə davam etdirdiyini bəyan edib.

Simpozium və sərgi Qızıl Orda irsinin obyektiv və elmi metodologiyalarla yenidən qiymətləndirilməsi, həmçinin unikal arxiv materiallarının ilk dəfə qlobal arenaya çıxarılması baxımından mühüm platforma rolunu oynayıb.

Astanada Qızıl Orda sivilizasiyasına həsr olunmuş beynəlxalq simpozium keçirilir: Nadir arxiv sənədləri və artefaktlar ilk dəfə tək məkanda Astanada Qızıl Orda sivilizasiyasına həsr olunmuş beynəlxalq simpozium keçirilir: Nadir arxiv sənədləri və artefaktlar ilk dəfə tək məkanda Astanada Qızıl Orda sivilizasiyasına həsr olunmuş beynəlxalq simpozium keçirilir: Nadir arxiv sənədləri və artefaktlar ilk dəfə tək məkanda Astanada Qızıl Orda sivilizasiyasına həsr olunmuş beynəlxalq simpozium keçirilir: Nadir arxiv sənədləri və artefaktlar ilk dəfə tək məkanda
Məqalədə: #Kasım-Jomart Tokayev #Aktotı Raimkulova

Mövzu üzrə digər xəbərlər

Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?
Siyasət

Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

1 Sentyabr 22:32
Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib
Siyasət

Tokayev ŞƏT-in əsas prinsiplərinin BMT Baş Assambleyasının qətnaməsində təsbit olunmasını təklif edib

1 Sentyabr 16:39
Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib
Siyasət

Tokayev strateji sabitlik üzrə ŞƏT Nazirlər Konfransının keçirilməsini təklif edib

1 Sentyabr 13:01
Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev
Siyasət

Qazaxıstan ŞƏT İnkişaf Bankının yaradılması təşəbbüsünü dəstəkləyir - Tokayev

1 Sentyabr 12:34

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.