7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalar göstərir ki, son illər uşaqlar arasında geniş yayılmış interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır. Bunu İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında deyib.

8 İyun 2026 14:08
Ombudsmandan onlayn oyunlarla bağlı xəbərdarlıq

BAKI,VOA

Ombudsman Aparatı tərəfindən aparılan araşdırmalar göstərir ki, son illər uşaqlar arasında geniş yayılmış interaktiv platformalar və onlayn oyunlar ciddi risklər yaradır.

VOA xəbər verir ki, bunu İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin üç komitəsinin bugünkü birgə iclasında deyib.

S.Əliyeva bildirib ki, uşaqların istifadəsi üçün nəzərə tutulan rəqəmsal platformalarda yaş məhdudiyyətlərinin formal xarakter daşıması, effektiv nəzarət mexanizmlərinin olmaması, şəxsi məlumatların qorunması sahəsində boşluqlar uşaqların hüquqlarının pozulmasına zəmin yaradır.

Ombudsmanın uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinə dair yayımlanan açıq müraciətində bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində dövlət qurumlarına, media nümayəndələrinə, valideynlərə çağırışlar səsləndirilib.

Ombudsman əlavə edib ki, dövlət qurumları tərəfindən uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsi məqsədilə onlayn platformalar üzərində nəzarət mexanizmlərinin gücləndirilməsi, risklərin hüquqi qiymətləndirilməsinin aparılması və preventiv fəaliyyətin həyata keçirilməsi zəruridir.

Onun fikrincə, bu məsələdə valideynlərin rolu danılmazdır. Valideynlərin uşaqların rəqəmsal platformalardan istifadə etmələrinə diqqətlə yanaşması, uşaqlarla açıq və etibarlı ünsiyyət qurması və onların virtual mühitdə qarşılaşa biləcəyi təhlükələr barədə maarifləndirilməsi, valideyn nəzarəti mexanizmlərinin tətbiq edilməsi olduqca vacibdir.

Məqalədə: #Səbinə Əliyeva #Ombudsman Aparatı #Onlayn platformalarda uşaq istismarı #onlayn təhlükəsizlik #onlayn oyunlar

Mövzu üzrə digər xəbərlər

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb
Cəmiyyət

Ombudsman Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü ilə əlaqədar bəyanat yayıb

29 Avqust 12:54
Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər
Cəmiyyət

Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər

28 İyul 10:09
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib
Cəmiyyət

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən dəyirmi masa keçirilib

7 May 13:12
Uşaqlar arasında energetik içki istifadəsi artır - Ombudsman aparatı
Cəmiyyət

Uşaqlar arasında energetik içki istifadəsi artır - Ombudsman aparatı

21 Aprel 12:00

Son Xəbərlər

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
14:07
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
14:00
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
13:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.