10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib

Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində yeni nümunəvi ictimai çimərlik istifadəyə verilib. Təxminən 5 hektar ərazini əhatə edən istirahət məkanı tamamilə ödənişsizdir. Çimərlikdə sakinlərin rahatlığı üçün xilasetmə məntəqələri, kölgəliklər, duş və soyunub-geyinmə otaqları, sanitar qovşaqlar və oyun meydançaları yaradılıb. Əlilliyi olan şəxslərin rahat hərəkəti üçün xüsusi yollar və panduslar inşa edilib. Bu, IDEA İctimai Birliyi tərəfindən yaradılan yeddinci nümunəvi ictimai çimərlikdir. Daha əvvəl Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində oxşar çimərliklər istifadəyə verilmişdi. IDEA sakinləri sahillərin təmizliyinə riayət etməyə və suda təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.

30 İyun 2026 18:20
Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib

BAKI,VOA

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Suraxanı rayonunun Hövsan qəsəbəsində yaradılmış yeni nümunəvi ictimai çimərlik sakinlərin istifadəsinə verilib.

Təxminən 5 hektar ərazini əhatə edən ödənişsiz istirahət məkanı IDEA İctimai Birliyi tərəfindən yaradılan sayca yeddinci nümunəvi ictimai çimərlikdir.
Sakinlərin rahat və təhlükəsiz istirahəti üçün çimərlik ərazilərinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə məntəqələri, kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitar qovşaqlar, söhbətgahlar, şezlonqlar və zibil konteynerləri yerləşdirilib, oyun meydançaları qurulub və istifadə üçün tam hazır vəziyyətdədir.

Əlilliyi olan şəxslərə müyəssərliyin təmin edilməsi məqsədilə hərəkəti məhdud olan şəxslərin suya və çimərlikdəki məntəqələrə maneəsiz gedə bilməsi üçün xüsusi yollar və panduslar inşa edilib, çimərlik ərazisinə ən yaxın dayanacaq əlilliyi olan şəxslər üçün xüsusi nişanlama ilə ayrılıb.

Çimərlik ərazisinə giriş və yaradılan bütün imkanlar tamamilə ödənişsiz istifadə üçün nəzərdə tutulub. IDEA nümunəvi ictimai çimərlikləri cəmiyyətdə ekoloji və sosial məsuliyyətin təşviq edilməsinə yönəlib.

Qeyd edək ki, Leyla Əliyevanın təşəbbüsü ilə daha əvvəl paytaxtın Şıx, Goradil, Novxanı, Buzovna, Pirşağı və Sahil qəsəbələrində baxımsız sahilyanı ərazilər abadlaşdırılaraq nümunəvi ictimai çimərliklər yaradılıb. Hövsan qəsəbəsində istifadəyə verilən yeni çimərliklə onların sayı yeddiyə çatdırılıb.

IDEA İctimai Birliyi hamıya dəniz mövsümündə xoş istirahət arzulayır, hər kəsi təbiətin bəxş etdiyi gözəlliklərdən və yaradılan şəraitdən hər zaman zövq ala bilmək üçün sahillərin təmizliyinə diqqət etməyə, ətraf mühiti çirkləndirməməyə, suda təhlükəsizlik qaydalarına riayət etməyə və istirahət zamanı ehtiyatlı davranmağa çağırır.

Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib Leyla Əliyevanın təşəbbüsü ilə Hövsanda yeni ictimai çimərlik sakinlərin istifadəsinə verilib
Məqalədə: #Heydər Əliyev Fondu #Leyla Əliyeva #IDEA İctimai Birliyi #Hövsan #Suraxanı #ictimai çimərlik

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

20:45
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00

Son Xəbərlər

Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
Qətər İnvestisiya Təşkilatı Positron AI-yə sərmayə yatırıb
21:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.