5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsi beynəlxalq simpoziumda qaldırılıb

27 Dekabr 2023 01:30
Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsi beynəlxalq simpoziumda qaldırılıb

Bakı. AzerPress:

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyə Böyük Millət Məclisi və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu tərəfindən Ankarada keçirilən “Deportasiya və onun cəmiyyətə, xüsusən qadınlara psixoloji təsirləri” mövzusunda beynəlxalq simpoziumda iştirak edib.

Ombudsman Aparatından AzerPress-a verilən məlumata görə, tədbirdə təqdimatla çıxışı zamanı Ombudsman tarixin müxtəlif mərhələlərində Ermənistanda yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasəti, həmin ərazilərdə azərbaycanlılara məxsus tarixi-mədəni irsin məhv edilməsi, qəbiristanlıqların dağıdılması, ermənilərin həmin bölgələrdə məskunlaşdırılması və yer adlarının dəyişdirilməsi kimi faktlar barədə ətraflı məlumat verib. Eyni zamanda, Azərbaycan türklərinin doğma torpaqlarından deportasiya edilməsindən 75 il ötməsinə baxmayaraq, Ermənistanda bugünədək Azərbaycana qarşı nifrət siyasəti və dözümsüz münasibətin dəstəkləndiyi qeyd olunub.

Ombudsman bildirib ki, Ermənistan müxtəlif dövrlərdə Azərbaycan türklərinə qarşı etnik təmizləmə, deportasiya, soyqırımı siyasəti həyata keçirmiş, yüz minlərlə dinc sakini qətlə yetirmiş, türksüz Ermənistan ideologiyasını gerçəkləşdirmək üçün ardıcıl addımlar atmışdır. Qadınlar və uşaqların da bu siyasətin ciddi təsirlərinə məruz qaldığını qeyd edən S.Əliyeva Ermənistanın bu cinayətlərinin məhz etnik nifrətə əsaslandığını bildirərək, Ombudsman təsisatı tərəfindən azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair iki hesabatın hazırlanaraq aidiyyəti beynəlxalq təşkilatlara ünvanlandığını diqqətə çatdırıb.

Səbinə Əıieyva 44 günlük Vətən müharibəsi və bu il sentyabr ayında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində ərazi bütövlüyümüzün bərpa olunduğunu, həmin ərazilərin separatçı terror qruplaşmalarından təmizləndiyini, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı üçün şərait yarandığını bildirib.

Bununla yanaşı, Türkiyənin müharibə və postmüharibə dövründə xalqımıza mənəvi dəstəyinin əhəmiyyətinə toxunan S.Əliyeva Türkiyə Respublikası Baş Ombudsmanının Ermənistan tərəfindən mülki əhalinin hədəfə alındığı bölgələrimizdə, habelə işğal dövründə dağıdılmış ərazilərimizdə faktaraşdırıcı missiyalar həyata keçirdiyini xatırladıb.

Ombudsman insan hüquq və azadlıqlarının kütləvi və kobud şəkildə pozulmasına səbəb olan bu kimi cinayətlərə qarşı beynəlxalq təşkilatlar tərəfindən laqeyd münasibət göstərilməsi və ikili standartlarla yanaşılmasının sülh quruculuğuna mane olduğunu, cəzasızlıq mühitinin bu cür halların yenidən təkrarlanmasına gətirib çıxardığını nəzərə çatdırıb.

Yekunda S.Əliyeva deportasiyaya məruz qalmış həmin soydaşlarımızın öz yurdlarına geri qayıtmasının təmini üçün Ermənistan tərəfinin şərait yaratmalı olduğunu və onlara dəymiş zərərlə bağlı təzminat ödənilməli olduğunu bildirib.

Tədbir zamanı, həmçinin Ombudsman Aparatı tərəfindən hazırlanmış azərbaycanlılara qarşı nifrət siyasətinə dair videoçarx nümayiş etdirilib.

Qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi məsələsi beynəlxalq simpoziumda qaldırılıb
Məqalədə: #Səbinə Əliyeva #TBMM

Mövzu üzrə digər xəbərlər

Özgür Özel CHP kürsüsünə vida mesajı ilə çıxıb
Türkiyə

Özgür Özel CHP kürsüsünə vida mesajı ilə çıxıb

21 İyul 14:51
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuş ilə görüşüb
Siyasət

Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuş ilə görüşüb

24 İyun 18:30
Baş nazir TBMM sədri Numan Kurtulmuş ilə görüşüb
Siyasət

Baş nazir TBMM sədri Numan Kurtulmuş ilə görüşüb

24 İyun 18:26
TBMM sədri Numan Kurtulmuş TÜRKPA Baş katibliyini Bakıda ziyarət edib
Türkiyə

TBMM sədri Numan Kurtulmuş TÜRKPA Baş katibliyini Bakıda ziyarət edib

23 İyun 20:46

Son Xəbərlər

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
19:54
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
ABŞ-nin Bəhreyndəki səfirliyi vətəndaşlarını yüksək sayıqlığa çağırıb
19:49
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
Qətərdə Quran üçün süni intellekt əsaslı yeni tətbiq istifadəyə verilib
19:32
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.