15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Yaxın Şərq Suriya
Suriya

Əsədin gedişindən sonra yüz minlərlə suriyalı geri dönüb- BMT

23 May 2025 15:53
Əsədin gedişindən sonra yüz minlərlə suriyalı geri dönüb- BMT

BAKI, AzerVoice

Əsəd rejiminin devrilməsindən sonra 1,5 milyondan çox suriyalı geri qayıdıb.

AzerVoice xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Koordinasiya Ofisinin (UNOCHA) Əməliyyatlar və Müdafiə Birliyinin direktoru Edem Wosornu Suriyaya qayıdan əhali ilə bağlı açıqlama verib.

Wosornu bildirib ki, 8 dekabr 2024-cü ildə Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkə daxilində 1 milyon, qonşu ölkələrdən isə yarım milyondan çox suriyalı öz bölgələrinə qayıdıb. O, BMT-nin Cenevrə ofisinin Qaziantepdən keçirdiyi onlayn brifinqdə çıxış edərək Suriyadakı humanitar vəziyyəti dəyərləndirib.

Wosornu qeyd edib ki, hazırda Suriyada 16,5 milyon insanın humanitar yardıma və müdafiəyə ehtiyacı var. BMT və tərəfdaş qurumlar bütün çətinliklərə baxmayaraq, ay ərzində orta hesabla 2,4 milyon insana yardım çatdırır.

BMT rəsmisi, ABŞ və Avropa İttifaqının Suriyaya qarşı sanksiyaları yumşaltmaq qərarlarını alqışlayaraq, bu addımların ölkədə bərpa və inkişaf prosesinə töhfə verəcəyinə ümid etdiklərini bildirib. O əlavə edib ki, beynəlxalq qurumlar Suriyadakı müvəqqəti idarəetmə strukturları ilə sıx əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, Edem Wosornu ilin əvvəlindən bu yana minə yaxın humanitar yardım maşınının Suriyaya daxil olduğunu və bu prosesdə Türkiyə də daxil olmaqla bir sıra tərəfdaşların mühüm rol oynadığını vurğulayıb.

Məqalədə: #BMT #Suriya #Bəşşar Əsəd #Suriyalı qaçqınların geri qaytarılması #Suriyalı qaçqınlar #Suriyalı qaçqınların qayıdışı #Suriyada humanitar vəziyyət #UNOCHA Suriyaya yardım #Suriyaya beynəlxalq yardım

Mövzu üzrə digər xəbərlər

Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb
Suriya

Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb

20:24
Əhməd əş-Şaraa BMT Baş Assambleyasında çıxış edəcək
Suriya

Əhməd əş-Şaraa BMT Baş Assambleyasında çıxış edəcək

15:57
İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir
Suriya

İƏT və Suriya insan hüquqları üzrə əməkdaşlığı genişləndirir

15:18
Suriyada yanacağın bahalaşmasına qarşı etirazlar ikinci gündür davam edir
Suriya

Suriyada yanacağın bahalaşmasına qarşı etirazlar ikinci gündür davam edir

10:59

Son Xəbərlər

Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
Qəzzada müharibə nəticəsində ölənlərin sayı 73 min 789-a çatıb
20:48
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
BƏƏ-Suriya münasibətləri dostluq və qardaşlığa əsaslanır - Məhəmməd bin Rəşid
20:44
Sudan dünyanın ən böyük aclıq və köçkünlük böhranı ilə üzləşib - BƏP
Sudan dünyanın ən böyük aclıq və köçkünlük böhranı ilə üzləşib - BƏP
20:32
İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam
İsraillə danışıqların məqsədi müharibəni bitirməkdir - Nəvaf Salam
20:28
Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb
Əhməd əş-Şaraa Dubayda ərəb mediasının rəhbərləri ilə görüşüb
20:24
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.