Yeni dünya düzəninə doğru: İran müharibəsi qlobal tarazlıqları necə dəyişir?
Müharibələr hər zaman eyni mənanı daşımır. Onlar bəzən gücün zirvə nöqtəsinin elanı, bəzən isə həmin gücün hüdudlarının erkən göstəricisidir. Bu iki məna arasında bir sual yaranır: Amerika və İran öz rollarını xilas etmək, yoxsa çöküşü dayandırmaq üçün son müharibələrini aparırlar?
Tehranın iki strategiyası – “Uçurumda addımlamaq” və “ strateji səbr”
İran 25 ildir ki, dəyişən dünyada dövləti və onun mollaların maraqlarını qorumağa çalışan “inqilabçı” ideoloji ölçü ilə strateji baxış arasında kəskin daxili münaqişə yaşayır. Bir çox siyasi analitiklər İranın son 10 ildə siyasi sizofreniya yaşadığını iddia edir.