Filippinlərdə musson yağışları və tayfun böyük fəsadlar yaradıb
Filippinlərdə təsirli olan musson yağışları və Ragasa ilə Mitag (Mirasol) tayfunları səbəbindən ölkə üzrə 100 mindən çox insan mənfi təsirlənib. Ölkənin müxtəlif bölgələrində 28 mindən artıq ailə fəlakətdən zərər çəkib və çox sayda insan təhlükəsiz ərazilərə təxliyə olunub. Milli Fəlakət Risklərinin Azaldılması və İdarəetmə Şurasının (NDRRMC) açıqlamasına görə, 187 ailə təxliyə mərkəzlərinə yerləşdirilib, əlavə 173 ailə isə müvəqqəti olaraq başqa yerlərdə qalır. Olumsuz hava şəraiti nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər yaralanıb, 5 nəfər isə itkin düşüb.
Hindistanda musson yağışlar ölümlərə səbəb olub
Cammu və Kəşmir ilə Himaçal-Pradeş ştatlarında leysan yağışlar daşqınlara və torpaq sürüşmələrinə səbəb olub. Səlahiyyətlilər magistral yolların çökdüyünü və 30 nəfərin öldüyünü bildirib. Rəsmilər yağışların davam edəcəyini vurğulayaraq, sakinləri riskli ərazilərdən uzaq durmağa çağırıb. X platformasında yayılan məlumatlar, xüsusilə Cammu və Kəşmirdəki Vaishno Devi ziyarətgahı yaxınlığında torpaq sürüşməsi nəticəsində 30 nəfərin həlak olduğunu təsdiqləyir.
Pakistanda musson yağışları nəticəsində 700-dən çox insan həyatını itirib
Iyunun 26-dan bəri Pakistanda musson yağışlarının yaratdığı fəlakətlər nəticəsində ölənlərin sayı 746-ya çatıb. Milli Fəlakət İdarəsinin (NDMA) məlumatına görə, yalnız son 24 saatda, əsasən Gilgit-Baltistan bölgəsində 44 nəfər ölüb. Təxminən iki ay davam edən fəlakətlər nəticəsində yüzlərlə insan həyatını itirib, ölkənin müxtəlif ərazilərində ciddi dağıntılar qeydə alınıb. Şimal-qərb bölgəsindəki axtarış-xilasetmə qrupları Buner rayonunda itkin düşən 150 nəfərin axtarışlarını davam etdirir. Rəsmi qurumlar güclü yağışların cənub bölgələrində də davam edəcəyini açıqlayıb. Bildirilib ki, yağıntılar avtomobil yollarını su altında saxlaya, nəqliyyatı poza, Sind əyalətinin Kəraçi, Heydərabad, Thatta, Badin, Mirpurxas və Sukkur şəhərlərində elektrik və telekommunikasiya şəbəkələrinə ziyan vura bilər.
Filippində musson yağışları və tayfunlar nəticəsində ölənlərin sayı açıqlanıb
Filippində tayfunların və son musson yağışlarının səbəb olduğu fəlakətlər nəticəsində ölənlərin sayı 30-a çatıb.
Pakistanda musson yağışları səbəbindən 200-dən çox insan həyatın itirib
Pakistanda iyunun sonunda ölkəyə təsir edən güclü musson yağışları nəticəsində ölənlərin sayı 202-yə çatıb.
Asiyanın İnkişaf Edən Gücü: Vyetnamın Siyasi və İqtisadi Yolu
Vyetnam möhtəşəm təbiəti, zəngin mədəniyyəti və unikal mətbəxi ilə turistlər üçün cəlbedici bir ölkədir. Amma şəhərlərdə soyğunçuluq və turistlərə qarşı fırıldaqçılıq halları baş verə bilər, ona görə də diqqətli olmaq vacibdir.